ƏMLAK

Müflis elan edilmə ilə bağlı “Yeni Həyat”dan - RƏSMİ AÇIQLAMA
14 SENTYABR
683

Müflis elan edilmə ilə bağlı “Yeni Həyat”dan - RƏSMİ AÇIQLAMA

2017-09-14 19:39:00

“Yeni Hayat Şirkətlər Qrupu” MMC, bir neçə gündür mətbuatda “Yeni Həyat” MMC-nin müflis elan edilməsi ilə bağlı yayılmış xəbərlərə dair  rəsmi açıqlama yayıb.

 “Bildirmək istərdik ki, Yeni Həyat Şirkətlər Qrupunun idarə etməsində bir neçə şirkət vardır. Bunlar “Grand Hayat” MTK – Bakı şəhəri Tbilisi prospekti 1034 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, “Hayat Palace” MTK - Bakı şəhəri İzmir küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, “Park Azure” MTK - Bakı şəhəri A. Cəlilov küçəsində yerləşən yaşayış kompleksinin inşasını tamamlayaraq istismara vermişdir, “Megafun” AVM - Bakı şəhəri Nobel prospekti 15 ünvanında yerləşən alış-veriş və əyləncə mərkəzi. Komplekslərə xidmət göstərən “Hayat Management” MMC-dir.

 Müflis elan edilməsi barədə xəbər yayılmış “Yeni Həyat” MMC Zərifə Əliyeva ünvanında yerləşən yaşayış binasının inşasını həyata keçirərək istismara təhvil vermişdir və 2015-ci il tarixindən etibarən rəsmi olaraq fəaliyyəti dayandırılmışdır və binaya xidmətin göstərilməsi üçün “Hayat Management” MMC-yə təhvil verilmişdir. 

 Bildirmək istərdik ki, Yeni Həyat Şirkətlər Qrupunun müflis olunması barəsində yerləşdirilən məlumatlar tam yalnışdır və heç bir əsası yoxdur. Şirkətimiz tam gücü ilə fəaliyyətini davam etdirir və layihələrimiz mərhələli şəkildə təhvilə hazırlanmaqdadır",-  açıqlamada deyilir.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294