ƏMLAK

Bakıda kirayə evlər bahalaşdı – QİYMƏTLƏR
14 SENTYABR
456

Bakıda kirayə evlər bahalaşdı – QİYMƏTLƏR

2017-09-14 12:25:00

Yeni tədris ilinin başlaması ilə avqust-sentyabr aylarında Bakıda kirayə mənzillərin qiymətlərində həmişə dəyişiklik müşahidə edilir. Əmlak ekspertləri bildirirlər ki, bu il isə qiymətlərlə bağlı bir o qədər də ajiotaj hiss edilmədi.

Maklerlər artıq ajiotaj yarada bilmirlər”

Alsat.az əmlak elanları sayının rəhbəri, əmlak eksperti Vaqif Hüseynov Fins.az-a bildirib ki, hazırda kirayə mənzillərin qiymətində hər hansı dəyişiklik müşahidə edilmir. Ekspert hesab edir ki, insanların elanlar informasiya texnologiyalarından, xüsusilə də sosial şəbəkə və elan saytlarından istifadəsinin artması ilə bağlıdır: “Əvvəllər avqust ayının sonundan etibarən bütün rayondan Bakıya üz tutan tələbələr və valideynlər maklerlərə müraciət edirdilər. Markerlər də tələbin artdığını görərək qiymətləri dərhal artırırdılar və bazarda ümumi kirayə qiymətləri artırdı. İndi isə gənclər əvvəlcədən sosial şəbəkə və elan saytlarında bununla bağlı elan verib ev axtarırlar”.

Bundan əlavə əvvəl tələbə olan gənclər kirayə mənzillərlə bağlı startup layihələrinə başlayıblar. Belə ki, kirayə evlər maklerlərdən götürüb onu bir nəfərə deyil, bir neçə nəfər tələbəyə kirayə verirlər. Başqa sözlə, bir tələbə bütün evi kirayələmək üçün 200-250 manat ödəməli olacaqdısa, indi sadəcə bir nəfərlik kirayə haqqı, yəni 100 manat ödəmiş olur. Ekspertin sözlərinə görə, otaq yoldaşlarını tanımaması bir qədər risk yaratsa da, tələbələr buna da razı olurlar.

V.Hüseynov: “Kirayə evlər bahalaşmayıb”

V.Hüseynov bildirib ki, hazırda tələbələrə əsasən plana düşmüş həyət evləri və köhnə tikililərdə kirayə ev verilir. 28 May metrosu ətrafı, R.Behbudov küçəsində bir otaqlı mənzillərin kirayəsi 200, 2 otaqlı evlərin kirayəsi isə 450 manata qədərdir. Elmlər Akademiyası metrosu ətrafında isə 1 otaqlı evlər 300, 2 otaqlı evlər isə 550 manata təklif edilir.

Tələbələr seçdiyi evlərin kirayəsi 14% bahalaşıb”

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov isə Fins.az-a bildirib ki, avqust ayının sonu sentyabr ayının əvvəlində Bakıda ümumilikdə mənzillərin kirayəsi 10% bahalaşıb. Tələbələrin üstünlük verdiyi ucuz evlərin kirayə qiyməti isə 14% artıb. Hazırda ümumi şəhər üzrə 1 otaqlı mənzilin kirayəsi 339 manat, 2 otaqlı 590 manat, 3 otaqlı 950 manat, 4-5 və çox otaqlı evlərin kirayəsi 1500 manat təşkil edir.

İlin sonuna doğru kirayə qiymətləri manatın məzənnəsindən aslı olacaq”

N.İbrahimov bildirib ki, kirayə qiymətləri sentyabr ayının sonu oktyabrda stabilləşəcək. İlin sonuna doğru isə yenidən əvvəlki səviyyədə düşəcək. V.Hüseynov isə hesab edir ki, kirayə qiymətləri manatın məzənnəsindən aslı olaraq dəyişə bilər. Belə ki, xarici borcların qaytarılması, o cümlədən idxalın atması, digər mövsümü amillər manatın yenidən nisbi ucuzlaşmasına səbəb ola bilər. Belə olan halda kirayə qiymətləri də 10-15% civarında bahalaşacaq. Adi qaydada isə kirayə mənzil bazarında ciddi dəyişiklik gözlənilmir.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293