ƏMLAK

Bakıda kommersiya obyektlərinin icərə haqqları – ARAŞDIRMA
28 AVQUST
338

Bakıda kommersiya obyektlərinin icərə haqqları – ARAŞDIRMA

2017-08-28 10:02:00

Əmlak bazarına icarə məqsədi ilə təklif olunan kommersiya obyektlərinin orta icarə qiymətləri 2017-ci ilin II rübü üzrə 7.83 dollar/kv.m qeydə alınıb ki, bu da öz növbə- sində 2017-ci ilin I rübü ilə müqayisədə 1.66% artıb. Son rüb ərzində kommersiya obyektlərinin seqmentləri arasında ən çox icarə qiymət dəyişikliyinə “zirzəmi” təyinatlı obyektlər məruz qalıb.

Bu seqment üzrə 1 kv.m-in orta qiyməti 3.54% artaraq 3.39 dollar/kv.m təşkil edib. Digər seqmentlərə gəldikdə isə “xidmət” təyinatlı obyektlərdə icarə qiymətləri 2.63% artaraq 6.47 dollar/kv.m, “ofis” təyinatlı obyektlərdə qiymətlər 2.81% artaraq 6.75 dollar/kv.m, “sə- naye” təyinatlı obyektlərdə qiymətlər 2.22% artaraq 4.5 dollar/kv.m, “boş yer” və “mağaza” təyinatlı obyektlərdə isə icarə qiymətləri müvafiq olaraq 1.52% və 0.50% artaraq ayrı-ayrılıqda 7.87 dollar/kv.m və 18.02 dollar/kv.m bəndində qərarlaşıb. Yerləşməsindən, sahəsinin ölçüsündən və təmirliyindən ası- lı olaraq ən baha qiymətə icarəyə təklif olunan “ofis” təyinatlı obyektlər əsasən Bakı şəhərinin Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarında qeydə alınmışdır. Bu rayonlarda ofislərin 1 kv.m-nin icarə qiymətləri müvafiq olaraq 8.7 dollar/kv.m, 6.9 dollar/ kv.m, 7.3 dollar/kv.m və 6.9 dollar/kv.m təşkil edib.

Şəhər üzrə bahalı ma- ğaza təyinatlı yerlər ofis təyinatlı yerlərdə olduğu kimi Səbail və Nəsimi rayonlarında yerlə- şir, müvafiq olaraq 20.4 dollar/kv.m 17.1 dollar/ kv.m. Nisbətən ucuz qiymətə olan mağazalar isə Yasamal və Nərimanov rayonlarında qeydə alınıb, hər bir kvadrat metrinə görə müvafiq olaraq 16.3dollar/kv.m və 16.2dollar/kv.m. Xidmət və boş yer təyinatlı kommersiya sahələrinə gəldikdə isə ən bahalılar Səbail və Nəsimi rayonlarında, ən ucuzları isə Abşeron, Xəzər və Qaradağ rayonlarında yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294