ƏMLAK

Kirayə qiymətləri düşüb
25 AVQUST
568

Kirayə qiymətləri düşüb

2017-08-25 15:44:00

Bakıda iyul ayında mənzillərin kirayə qiymətləri azalıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində azalma 1,98 faiz, il ərzində isə 5,65 faiz təşkil edib.

N.İbrahimov bildirib ki, obyeklərin icarəsi bazarında isə qiymətlərdə ay ərzində 1,67 faiz, il ərzində 10,24 faiz azalma olub. Ümumi daşınmaz əmlak bazarında isə ay ərzində 3,54 faiz, il ərzində isə 10,75 faiz ucuzlaşma müşahidə olunub.

O qeyd edib ki, qiymətlərin aşağı düşməsini yay mövsümü ilə əlaqələndirmək olar: "Yay ayları olduğundan daşınmaz əmlak bazarında aktivlik xeyli aşağı düşüb".

Qeyd edək ki, kirayə qiymətlərinin aşağı düşməsi mənzil alışlarını azaldır. Kirayə gəlirləri azaldığından kirayə məqsədilə yeni mənzillər alınmır.

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293