ƏMLAK

Daşınmaz əmlaka qoyulan investisiyaların həcmi məlum oldu
14 İYUL
233

Daşınmaz əmlaka qoyulan investisiyaların həcmi məlum oldu

2017-07-14 10:25:00
Bu ilin birinci yarısında dünya investorlarının daşınmaz əmlaka yatırdığı sərmayələrin ümumi məbləği 289 milyard dollara çatıb. Fins.az JLL şirkətinə istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin yanvar-iyun aylarının nəticələri ilə müqayisə oluna bilər.

Cuzi enişə baxmayaraq, ekspretlər bu nəticənin son 10 il ərzində analoji müddətin orta hesabatından 18% daha yüksəkdir. Belə qərara gəlmək olar ki,  investorların aktivliyi qlobal siyasi qeyri-müəyyənliyə baxmayaraq, yüksək səviyyədə qalıb.

JLL şirkətinin Dünya Maliyyə Bazarlarının Araşdırması departamentinin direktoru Devid Qrin-Morqanın dediyinə görə, “Fransada prezident seçkilərinin nəticələri Avropa İttifaqının gələcəyi haqda qorxuları alt-üst edib:

“Lakin ilin sonunadək geosiyasi məsələlər bazarın vəziyyətinə təsir göstərəcək. Davam edən Brexit prosesləri, ABŞ-la müttəfiq ölkələrin arasında artan gərginlik investorlara narahatçılıq verir. Eyni zamanda Federal Ehtiyyat və Avropa Mərkəzi Bankı maliyyə siyasətinin tədricən normallaşmasını elan edib, bu da şübhəsuz ki, gələcək investisiya qərarlarına təsir edəcək”.

Qrin-Morqan onu da qeyd edib ki, ekspertlər kapitallaşma dövriyyəsinin aşağı dərəcələrinə rəğmən ilin sonuna qədər icarə haqqlarının və daşınmaz əmlak qiymətlərinin artmasını gözləyir. 2017-cı ildə investisiya əməliyyatlarının proqnozlarının həcmi 650 milyard dollar təşkil edib. Bu da ötən ilin nəticələri ilə müqayisə oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0209
  • ₽ RUB
    0.0292