ƏMLAK

Hövsandakı sosial evlərin baş planı hazırlanıb
14 İYUL
296

Hövsandakı sosial evlərin baş planı hazırlanıb

2017-07-14 09:49:00

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan və Nazirlər Kabinetinin 22.02.2017-ci il tarixli sərəncamı ilə “MİDA” MMC-yə ayrılmış 20 ha torpaq səhəsini əhatə edəcək Hövsan Yaşayış Kompleksinin şəhərsalma əsaslandırılmasının (baş planın) hazırlanması işləri başa çatdırılıb.

Fins.az-ın məlumatına görə, bu barədə MİDA-nın 2017-ci ilin 6 ayı ərzində fəaliyyətinin nəticələrinə həsr olunan hesabat iclasında bildirilib.

Qeyd olunub ki, layihə-smeta sənədlərinin hazırlanması üzrə təşkil olunmuş tender proseduru yekunlaşmaq üzrədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288