ƏMLAK

Bakıda özəlləşdirməyə çıxarılan – ƏN UCUZ 10 ƏMLAK - QİYMƏTLƏR
07 İYUL
664

Bakıda özəlləşdirməyə çıxarılan – ƏN UCUZ 10 ƏMLAK - QİYMƏTLƏR

2017-07-07 12:47:00

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşkil etdiyi özəlləşdirmə hərraclarına çoxsaylı müxtəlif əmlaklar çıxarılır. Bunlar səhmdar cəmiyyətlərin səhm paketləri, kiçik müəssisə və obyktlər, istifadəsiz qeyri-yaşayış sahələri, avadanlıq və avtomobillərdir.

Hərraclara çıxarılan əmlakların sayı və çeşidi böyük olduqca onların qiymətləri də fərqlənir. Özəlləşidirmə hərraclarında bir neçə milyon manatdan tutmuş bir neçə min manata qədər qiymətdə əmlaklar satışa çıxarılır.

Fins.az əhali və kiçik investorlar üçün maraqlı olduğunu nəzərə alaraq bu dəfə Bakı şəhərində özəlləşdiriməyə çıxarılan 10 ən ucuz obyekti təqdim edir.

10. Bakının mərkəzində ucuz qiymətə təklif olunan dövlət əmlaklarından biri də Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi, ev-3 ünvanda yerləşir. Belə ki, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 mərtəbəli binanın yarımzirzəmisi hərraca çıxarılır. Həmin əmlakın ümumi faydalı sahəsi 14,14 kvadratmetr, ilkin start qiyməti isə 7500 manatdır.

9. Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi-1 ünvanda yerləşən əmlak da ucuz qiymətə hərraca çıxarılıb. Doqquzmərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Ümumi faydalı sahəsi 33 kvadratmetr olan bu dövlət əmlakının özəlləşdirilməsi üçün ilkin start qiymət 7500 manat səviyyəsində müəyyən olunub.

8. Nəsimi rayonu, F.Qasımzadə küçəsi-16 ünvanda yerləşən binanın da zirzəmisi Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Birmərtəbəli binanın zirzəmisinin ümumi faydalı sahəsi 32.7 kvadratmetr, ilkin staış qiyməti isə 6500 manatdır.

7. Ucuz qiymətə hərraca çıxarılacaq dövlət əmlaklarından biri də Nəsimi rayonu, F.Qasımzadə küçəsi-28 ünvanda yerləşir. Belə ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındakı birmərtəbəli binanın zirzəmisinin bir hissəsi hərraca çıxarılacaq. Ümumi faydalı sahəsi 45,8 kvadratmetr olan bu əmlakın ilkin start qiyməti 6000 manat səviyyəsində müəyyən olunub.

6. Yasamal rayonu, Ş.Mehdiyev küçəsi-3 ünvanda yerləşən doqquzmərtəbəli binanın zirzəmisi də ilk onluqda yer alan ən ucuz əmlaklar sırasındadır. Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan binanın 28,3 kvadratmetrlik hissəsinin özəlləşdirilməsi üçün ilkin start qiymət 5000 manat səviyyəsində müəyyən edilib.

5. Bakıda hərraca çıxarılacaq ən ucuz dövlət əmlakları sırasında mağazalar da var. Bunlardan biri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsindəki 41/3 saylı mağazadır. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan bu əmlakın ümumi faydalı sahəsi  21,2 kvadratmetr, ilkin satış qiyməti isə 4500 manatdır.

4. Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllə, ev B ünvanda yerləşən beşmərtəbəli binanın da zirzəmisi hərraca çıxarılır. Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan əmlakın ümumi faydalı sahəsi 47,4 kvadratmetr, ilkin start qiyməti cəmi 4500 manatdır.

3. Yasamal rayonu, M.Müşfiq küçəsi-2, 501-ci məhəllədə yerləşən doqquzmərtəbəli binanın zirzəmisi 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.  Əmlakın ümumi faydalı sahəsi 35,6 kvadratmetrdir. Onun özəlləşdirilməsi üçün ilkin start qiymət 4450 manatdır.

2. Paytaxtda özəlləşdiriləcək ən ucuz dövlət əmlakları arasında ikinci yerdə Nərimanov rayonu, Xətai prospekti-35 ünvanda yerləşən birmərtəbəli binanın zirzəmisidir. Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olacaq zirzəminin bir hissəsi iyunun 20-dəhərraca çıxarılacaq. Ümumi faydalı sahəsi 22,5 kvadratmetr olan obyektin ilkin start qiyməti 3750  manatdır.

1. Bakı şəhərində özəlləşdirilən dövlət əmlakları sırasında ən ucuz qiymətli obyekt Biləcəri qəsəbəsində doqquzmərtəbəli binanın zirzəmisinin bir hissəsidir. Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan bu daşınmaz əmlakın ümumi faydalı sahəsi 10 kvadratmetr, torpaq sahəsi 2 250 kvadratmetrdir. Əmlakın ilkin satış qiyməti 2 250 manatdır. Qeyri-yaşayış sahəsi kateqoriyasına aid edilən həmin əmlak Biləcəri qəsəbəsindəki 5057/68-ci məhəllə, bina-10 ünvanda yerləşir.

© Səyyah.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289