ƏMLAK

Bu maşınlar da hərraca çıxarıldı – QİYMƏTLƏR
20 İYUN
1312

Bu maşınlar da hərraca çıxarıldı – QİYMƏTLƏR

2017-06-20 15:29:00
Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 21-də növbəti hərrac barədə elan verib. Həmin gün hərracda səhmdar cəmiyyətləri, kiçik müəssisə və obyektlərlə yanaşı dövlət qurumlarının balansında olan avtomobillər də satılacaq.
Fins.az Komitəyə istinadən xəbər verir ki, bu dəfə 1992-2007-ci illərdə istehsal edilən 5 maşın hərraca çıxarılacaq. Onlardan ən ucuzunun ilkin satış qiyməti 1200 manatdır. Bu qiymətə Azərbaycan Milli Elmlər Akademiyası "Azərbaycan Ensiklopediyası" Elmi Mərkəzinin balansında olan  "Doğan -S" markalı maşın satılır. 
Bundan başqa siyahıda olan maşınlardan 2-si Daxili İşlər Nazirliyinə, 3-ü isə Azərbaycan Milli Elmlər Akademiyası "Azərbaycan Ensiklopediyası" Elmi Mərkəzinə məxsusdur. Elmə mərkəzə məxsus olan digər maşınlar 1500 manata və 1700 manata satılır.
2007-ci ildə istehsal edilən maşınların qiyməti isə daha bahadır. Ən bahası "BMW 320"dir - 5200 manat. 
Qeyd edək ki, hərracda iştrak etmək istəyən şəxslər maşınların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər. Sifarişlər  Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  qəbul olunacaq: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
Hərraca çıxarılan maşınların tam siyahısı ilə buradan tanış ola bilərsiz.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287