ƏMLAK

Bugünkü hərracda 5 dövlət müəssisəsi özəlləşdirilib
13 İYUN
441

Bugünkü hərracda 5 dövlət müəssisəsi özəlləşdirilib

2017-06-13 15:09:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti açıq hərrac keçirilib.

Komitədən Fins.az-a verilən məlumata görə, hərracda 5 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Hərracda Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri-yaşayış sahəsinə, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sahəsinə sifariş verilib. Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, səhiyyə sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Bakının Sabunçu rayonunda, Tovuz, Gəncə və Oğuzda yerləşir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Tovuzda yerləşən “Turan” kiçik dövlət müəssisəsini və Gəncədə olan Təsərrüfat hesablı Təmir Tikinti sahəsini nümunə kimi göstərmək olar. Qeyd edilməlidir ki, “Turan” kiçik dövlət müəssisəsinin torpaq sahəsi 1306 kv.m, ümumi faydalı sahəsi isə 298 kv.m-ə yaxındır. Təsərrüfat hesablı Təmir Tikinti sahəsinin isə torpaq sahəsi 281 kv.m, ümumi faydalı sahəsi 81 kv.m-ə yaxındır. Özəlləşdirilən əmlakların sahəsi 80 kv.m ilə 577 kv.m arasında dəyişir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Gəncə şəhərində yerləşən sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsidir.

Növbəti hərrac iyunun 20-də keçiriləcək. Hərraca ümumilikdə, 193 dövlət əmlakı çıxarılacaq. Bunlardan 25-i səhmdar cəmiyyəti, 90-nı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi və 8-i nəqliyyat vasitəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296