ƏMLAK

MİDA Bakıda yaşayış binalarının tikintisinə investorlar cəlb edir
13 İYUN
305

MİDA Bakıda yaşayış binalarının tikintisinə investorlar cəlb edir

2017-06-13 10:53:00

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Yasamal Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış evlərinin tikintisi üçün investorlar cəlb etməyi planlaşdırır. Bu barədə MMC-dən məlumat verilib.

Seçim müsabiqə yolu ilə aparılır.

MMC kompleksin ərazisində 3 yaşayış binasının tikintisinə investorlar cəlb etməyi nəzərdə tutur.

Müsabiqədə iştirakın dəyəri 300 manat təşkil edir.

Potensial investorlardan təkliflər iyunun 29-dək qəbul olunacaq. Xəbər verildiyi kimi, 24 dekabr 2016-cı il tarixində Bakıda Yasamal Yaşayış Kompleksinin təməli qoyulub. Kompleks 2018-ci ildə istifadəyə veriləcək.

Ümumi sahəsi 11,6 hektar olan şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin ikibloklu doqquzmərtəbəli, 12-sinin isə birbloklu 12 mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31 kvadratmetrdən 33 kvadratmetrədək, ikiotaqlı mənzillərin sahəsi təqribən 50 kvadratmetrdən 58 kvadratmetrədək, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcək.

Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq.

Kompleksdə mənzillərlə yanaşı, bir sıra sosial obyektlər də tikiləcək. Onların arasında 240 yerlik uşaq bağçası və 960 şagird yerlik orta təhsil məktəbi də var. 

© İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288