ƏMLAK

Sosial evlərə qeydiyyata düşənlərin sayı – AÇIQLANDI
01 İYUN
472

Sosial evlərə qeydiyyata düşənlərin sayı – AÇIQLANDI

2017-06-01 12:47:00

Güzəştli mənzil” elektron sistemi vasitəsilə vətəndaşların müraciətləri davam edir. Mənzil İnşaatı Dövlət Agentliyindən Fins.az-a verilən məlumata görə, ilk 2 gün ərzində ümumilikdə 1032 müraciət qəbul olunaraq qeydiyyata alınıb.

Onlardan 423 nəfərinin müraciəti artıq cavablandırılıb. Belə ki, 366 nəfərin güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənərək hər birinin şəxsi elektron kabinetinin yaradılması təmin edilib. 41 nəfərə sənədlərdəki çatışmazlıqların aradan qaldırılması zərurəti ilə bağlı bildiriş göndəril, 16 nəfərə isə imtina verilib.

Müraciətlərin 50%-dən çoxu vətəndaşların özləri tərəfindən “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə edilmiş, qalan hissəsi isə müvafiq “ASAN Xidmət” mərkəzlərində “MİDA” MMC-nin əməkdaşlarının köməkliyi ilə sistemdə qeydiyyata alınıb.

Xatırladaq ki, “Güzəştli mənzil” sistemi www.e-gov.az ünvanında yerləşən “Elektron hökumət” portalında yaradılıb. Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Vətəndaşlar Elektron İmzanı (www.e-imza.az) və ya Asan İmzanı (www.asanimza.azmüvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

MİDA-dan bildirilib ki, güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qəbulu davamlı prosesdir. Vətəndaşın hansı tarixdə müraciət edəcəyindən asılı olmayaraq, elektron kabinetə sahib olmuş bütün şəxslər gələcəkdə mənzil seçimində bərabər hüquqa malik olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285