ƏMLAK

Daşınmaz əmlak sahəsində seminar keçiriləcək – PULSUZ
31 MAY
220

Daşınmaz əmlak sahəsində seminar keçiriləcək – PULSUZ

2017-05-31 09:31:00

Gündəlik həyatımızda bütün sahələrdə xidmət keyfiyyəti hər gün inkişaf edir və professionalların sayı durmadan artır. Buna görə də həyatımıza təsir edən hüquqi, tibbi, məişət və ya digər hər hansı bir məsələdə problemi birdəfəlik və uğurla həll edə biləcək mütəxəssis axtarırıq.

Daşınmaz əmlakın satışı, kirayəyə verilməsi, alınması və ya kirayələnməsi də həyatımıza maddi yöndən təsir etdiyi üçün doğru qərar verməyimizi tələb edən, çətin və xəta qəbul etməyən bir prosesdir. Ən doğru qərarı verərək ən qısa müddətdə, özümüz üçün ən sərfəli olacaq nəticəni əldə etməyə çalışırıq. Bu səbəbdən, digər həyatı əhəmiyyətli sahələr kimi, daşınmaz əmlakda mütəxəssislə işləməyi tələb edir.

Təəssüf ki, ölkəmizdə daşınmaz əmlak alanda və ya satanda göstərilən xidmət səviyyəsi də, bir çox hallarda indiki zaman tələblərinə uyğun gəlmir və bu da, bu sahədə professional xidmət edə biləcək daşınmaz əmlak agentlərinin və ya professional rieltorların yetişməsini zəruri edir.

Məhz bu məqsədlə, Houzboom-un dəstəyi ilə, 30 may - 7 İyun tarixlərində, Colab-da daşınmaz əmlak sahəsində aparıcı mütəxəssis tərəfindən, seminar keçiriləcək.

Seminarda:
Rieltor kimdir?
Professional rieltor hansı xüsusiyyətlərə sahib olmalıdır?
Bazar araşdırması və təhlili necə aparılmalı?
Rieltor haqqında mənfi düşüncə haradan qaynaqlanır? və s. kimi mövzular müzakirə ediləcək.

Qeyd: Seminarda bu sahədə yeni olan agentlər, eyni zamanda təcrübəli agent və rieltorlar iştirak edə bilər. Seminar ödənişsizdir.

Əlaqə üçün: +994 55 240 77 22

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+30°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287