ƏMLAK

Bakıda mənzil almaq hələ üstəlik sərfəli qiymətə? Bu mümkündür!
19 MAY 2017
1054

Bakıda mənzil almaq hələ üstəlik sərfəli qiymətə? Bu mümkündür!

2017-05-19 10:03:00

Eviniz sökülmək üzrədir və siz təlaş içində uyğun mənzil axtarırsınız? Narahatsınız ki, bu axtarış sizi haralara qədər aparacaq? Az ilə yetinməyin, sizin üçün həqiqətən sərfəli olan variantları seçin! Çoxdandır ki, sizi artıq təngə gətirmiş köhnə evinizi həyatınıza hüzur gətirəcək rahat bir mənzilə dəyişmək istəyirsiniz?

Azərbaycanın daşınmaz əmlak bazarında sizin üçün uyğun təkliflər var!

Əgər vaxtı düzgün seçsəniz pulunuza qənaət etmiş olarsınız!

Nə qədər təəccüblü olsa da böhran mənzil almaq üçün ən yaxşı vaxtdır. Dünya təcrübəsi də göstərir ki, məhz iqtisadi böhran olan müddət daşınmaz əmlakın ən çox satıldığı müddətdir. Bunun bir neçə səbəbi var: həm mənzil tikənlərin orta alıcılıq qabiliyyətini nəzərə alan çoxsaylı sərfəli təklifləri, həm də daşınmaz əmlak bazarında rəqabətin artması, bu isə o deməkdir ki, alıcının mənzil bazarındakı təkliflər arasında ən yaxşısını seçmək imkanı yaranıb.

Böhran sanki bir lakmus kağızı kimi müxtəlif tikinti şirkətlərinin təqdim etdiyi bir çox layihədən ən sərfəli olanının aşkar etməyə imkan yaradır.

Mütəxəssislər qeyd edir ki, mənzillər artıq minimal qiymətə çatıb və kvadrat metrin qiymətinin daha da aşağı salınması gözlənilmir.

Bundan başqa, məhz indi Azərbaycanın daşınmaz əmlak bazarında istənilən zövqdə cəlbedici təklifləri tapmaq mümkündür, bu isə o deməkdir ki, mənzili məhz indi – nə qədər ki, sərfəli aksiyalar və kampaniyalar qüvvədədir – almaq lazımdır. Bəlkə də bu, sizin ömür boyu gözlədiyiniz bir imkandır. Sərfəli saziş bağlamağın əsl vaxtıdır!

“Panorama Park” – arzularınızdakı ev

Hələ bir neçə il bundan qabaq yeni tikililərdəki evlər bizə heç vaxt sahib ola bilməyəcəyimiz bir sərvət kimi gəlirdi. Geniş otaqlar, qaydaya salınmış infrastruktur – “stalinka” və “xruşovka” binalarının darısqal balaca otaqlarında yaşayan insanlar heç təsəvvürlərinə belə gətirməzdilər ki, nə vaxtsa rahat Yaşayış kompleksində mənzil sahibi olacaqlar.

Bu gün isə Alians Development tikinti şirkətinin sərfəli təklifləri sayəsində bu arzu gerçək oldu!

Tikintisi bu il bitəcək “Panorama Park” yaşayış kompleksindən mənzil alaraq siz tikinti sahəsində ən müasir tələblərə cavab verən həqiqətən keyfiyyətli və rahat bir mənzil əldə edirsiniz.

Bu Yaşayış kompleksinin adı heç də təsadüfi deyil: əlverişli yerdə (Gəncə və Nobel prospektlərinin kəsişməsində) yerləşməsi sayəsində “Panorama Park”-ın mənzillərinin pəncərəsindən Bakı buxtasının möhtəşəm mənzərəsi görünür.

Burada hər şey ən xırda təfərrüatlarına qədər düşünülüb. Burada sakinlərin rahatlığı və təhlükəsizliyi üçün hər şey var: gecə-gündüz işləyən mühafizə və videokameralar, hər bir binada 3 lift quraşdırılıb: 2-si insanlar üçün , 1-i isə yük üçün nəzərdə tutulub. Hətta evdə işıq sönsə belə onlar liftdə qalmayacaq çünki məhz bu hallar üçün liflərdə UPS quraşdırılıb!
“Panorama Park” İSO 9001 standartlarına uyğun tikilir. Bu kompleksin binaları 9 bal zəlzələyə tab gətirə bilər.

Panorama Park” binalarının tikintisi zamanı istifadə olunan tikinti materialları tam sertifikasiyadan keçib, bu isə keyfiyyətə və etibarlılığa zəmanət verir.

Ventilyasiya olunan fasad sayəsində tikinti şirkəti binanın maksimal səs və istilik izolyasiyasına nail olub. İstilik izolyasiyası enerjinin istifadəsini 30%-ə qədər aşağı salır, bu isə ev sahiblərinin xərclərinə qənaət etməsinə imkan yaradır.

Bu Yaşayış kompleksinin tikintisində istifadə olunan tikinti materialları haqqında bütün məlumatlar açıqdır. Şəffaflıq - Alians Development şirkətinin ən əsas prinsiplərindən biri. Hər bir potensial alıcı layihə sənədləri, tikinti materiallarının keyfiyyət sertifikatları, memarlıq, funksional-texnoloji və mühəndis-texniki sənədlərlə tanış ola bilər.

Bundan başqa, mənzillərin gələcək sahibləri istəsələr tikinti sahəsini ziyarət edə və işlərin gedişatı ilə tanış ola bilərlər.

Panorama Park”-da 450 avtomobil üçün nəzərdə tutulan iki mərtəbəli avtomobil dayanacağı, mağaza, idman və fitnes zalları, gözəllik salonu və hətta SPA mərkəzi var. Tikinti şirkəti uşaqları da düşünüb. Onlar üçün qapalı Yaşayış kompleksinin ərazisində uşaq bağçası fəaliyyət göstərəcək, evin yanındakı abadlaşdırılan ərazidə isə uşaqlar və böyüklər üçün oyun və idman meydançaları yerləşir.

Tikinti şirkətləri nə təklif edir?

Alians Development şirkətinin peşəkar komandası binaların tikintisi və məkanların daxili hissəsinin hazırlanması üzrə xidmətlərin tam spektrini təqdim edir, bu isə o deməkdir ki, siz tam hazır mənzilin sahibi ola bilərsiniz. Sizə yalnız mebeli gətirmək qalır və siz artıq burada yaşaya bilərsiniz. 
Əgər xüsusi istəkləriniz varsa, təmirsiz mənzil də ala bilərsiniz. Əgər etibar etdiyiniz tikinti briqadası yoxdursa, Alians Development şirkəti sizə layihənin hazırlanmasından başlayaraq onun həyata keçirilməsinə qədər bütün xidmətləri təklif edir.

Panorama Park” Yaşayış kompleksində sizin istəklərinizə uyğun olaraq 1,2,3,4,5 otaqlı müxtəlif ölçülü və istiqamətli müasir, rahat və əlverişli mənzilləri əldə etmək mümkündür.


Üstəlik sizin sənədlərlə işiniz uzanmayacaq, mənzili almaq üçün minimal sayda lazımi sənədləri təqdim etmək kifayətdir.

İnana bilməzsiniz, amma hətta “bir otaq” sizə geniş və işıqlı kimi görünəcək. Bu, müasir qabarit normativləri və rahat planlaşdırma sayəsindədir.

Rədd edə bilməyəcəyiniz təkliflər

İndi isə ən vacib məsələyə keçək! Alians Development şirkətinin eksklüziv təklifləri daşınmaz əmlak almaq istəyən hər kəsin marağına səbəb olacaq. Bu, təbiidir, çünki bu təkliflərdən imtina etmək həqiqətən çətindir.

İnanmaq çətindir, amma “Panorama Park” Yaşayış kompleksində mənzil əldə edən zaman siz yaşayış sahəsinin hər 10 kvadrat metrini ödənişsiz əldə edirsiniz! Kampaniya təmirsiz mənzillərə də aiddir.

50 kv. metrlik sahə aldığınız zaman yalnız 45 kv. metrin ödənişini edirsiniz, qalan 5 kv. metri binanı tikən şirkət tərəfindən təqdim olunur. Bu kampaniya adətən olduğu kimi yalnız mənzilin tam ödənişini edən alıcılar üçün deyil, həmçinin, yaşayış sahəsini 10% məbləğində ilkin ödəniş və illik 9% ödənişlə kreditin daxili xətti ilə 5 il ərzində hissə-hissə ödəməklə əldə edən alıcılar üçün nəzərdə tutulub.

Əgər mənzilin qiymətindən 30% həcmində ilkin ödəniş etsəniz, sizə 50 aylıq müddətinə tamamilə faizsiz hissə-hissə ödəmək imkanı təqdim olunur! Bundan başqa, əgər ilkin ödənişin məbləği tam məbləğin 50%-ni təşkil edirsə, qalan hissəni siz əlavə pul ödəmədən 60 ay ərzində ödəyə bilərsiniz.

Məsələn: Ümumi sahəsi 50.93 kvadrat metr olan mənzil üçün ödənişin yarısını edərək (50%-i 30 048 AZN təşkil edir), qalan hissəni rahatlıqla 5 il ərzində ödəyə bilərsiniz (ayda 500 manat).

Və unutmayaq ki, “Panorama Park” Yaşayış kompleksində mənzilin alınması həmişə uğurlu kapital qoyuluşudur.

Daşınmaz əmlak, hələ üstəlik beləsi həmişə qiymətli olacaq. Bu isə o deməkdir ki, siz yalnız yaşayış sahəsini deyil, həmçinin, sabaha inam qazanacaqsınız.

Mənzillər, aksiyalar və Panorama Park Yaşayış kompleksinə dair hər şey barədə ətraflı məlumatı (+99455) 400 27 77 / 400 27 19 / *2727 nömrələri ilə əlaqə saxlayaraq və İnternet-səhifələrdə əldə edə bilərsiniz:

https://www.facebook.com/alians.baku/

https://www.facebook.com/panoramaparkbaku/

http://alians.az/

http://panoramapark.az/az/

Cəsarətli olun, irəli! Köhnəni yenisinə, ən yaxşısına və rahat olanına dəyişin! Arzularınızdakı mənzil sizi gözləyir!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır