ƏMLAK

Bakıda köhnə evlərin satışı artıb – STATİSTİKA
06 YANVAR
1998

Bakıda köhnə evlərin satışı artıb – STATİSTİKA

2017-01-06 16:21:00

Ötən ilin noyabr ayının yekunlarına əsasən Bakının təkrar mənzil bazarında təklif  4 %  artıb.  Nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 10 700-ə qalxıb. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən fins.az-a verilən məlumata görə,  mənzillərin orta qiyməti hər kvadrat metr üçün 1 474 manat olub. İlkin bazarda isə bu qiymət 1 441 manat təşkil edib. 

Qeyd edək ki, 2016-cı ildə təkrar mənzil bazarında təklifin maksimal həcmi  ilin iyun və noyabr aylarında qeydə alınıb və 10,2% təşkil edib. İyul-avqust aylarında satışa çıxarılan mənzillərin sayı 1,3% azalıb.

Təkrar bazarda müşahidə olunan təklif portfelinin strukturunun əhəmiyyətli dərəcədə dəyişməsi qeyd olunur. Belə ki, əgər 2015 –ci ildə ümumi təklifin 61%-ı köhnə tikili, 39%-ı isə yeni tikililər təşkil etmişdisə, 2016-cı ilin noyabr ayında  58%-ı - yeni tikililər, 42%-ı isə köhnə tikililərin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8492
  • ₽ RUB
    0.0305