ƏMLAK

“Aztelekom” və BTRİB özəlləşdirilə bilər
30 DEKABR 2016
403

“Aztelekom” və BTRİB özəlləşdirilə bilər

2016-12-30 11:58:00

Rabitə və Yüksək Texnologiya Nazirliyinin nəzdində fəaliyyət göstərən “Aztelekom” MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və “AzİnTelecom” MMC kimi təşkilatların özəlləşdirilməsi, habelə nazirliyin digər müəssisələrdəki dövlətə məxsus paylarının təqdim edilməsi nəzərdən keçirilə bilər.

Bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində deyilir.

Qeyd olunur ki, özəlləşdirmə və dövlətə məxsus payların təqdim edilməsi tədbirləri çərçivəsində, habelə müstəqil tənzimləyici qurum yaradılanadək RYTN-nin tənzimləyici qurum kimi daha effektiv fəaliyyət göstərməsi məqsədilə bu sahələrə özəl investisiyaların cəlb edilməsi imkanları dərin və ətraflı şəkildə təhlil ediləcək.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8311
  • € EUR
    1.9483
  • ₽ RUB
    0.0308