ƏMLAK

Daha bir ucuz maşın hərracı – 1200 MANATDAN BAŞLAYIR
28 DEKABR 2016
2294

Daha bir ucuz maşın hərracı – 1200 MANATDAN BAŞLAYIR

2016-12-28 09:48:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 24-də növbəti əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata görə, həmin gün özəlləşməyə açılan səhmdar  cəmiyyətləri və kiçik müəssisələrlə yanaşı ayrı-ayrı icra strukturlarının mülkiyyətində olan 6 avtomobil də satışa çıxarılacaq. 

Hərraca çıxarılan maşınların ilkin satış qiyməti 1200 manatdan başlayır. Siyahıda 1500 manata və 2 430 manata satılan maşınlar da  var. Satışa çıxarılan maşınlar 1988-2008-ci illərdə istehsal edilib. 

Hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin maşınların ilkin satış qiymətinin 10%-i məbləğində  beh ödəməlidirlər. 

Komitədən bildiriblər ki,  maşınlar indi Daxili İşlər Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin balansındadır.

Qeyd edək ki, sifarişlər Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
  2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərracı çıxarılan maşınların tam siyahısı ilə buradan tanış ola bilərsiz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298