ƏMLAK

Sosial evlərin veriləcəyi vaxt məlum oldu
12 DEKABR 2016
5630

Sosial evlərin veriləcəyi vaxt məlum oldu

2016-12-12 16:57:00

2017-ci ildə büdcə  xərclərinin  azaldılması sosial evlərin inşasına təsir etməyəcək. Fins.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin sədri  Samir Nuriyev məlumat verib.

Bildirib ki, ilk evlərin tikintisi 2 il sonra başa çatdırılaraq təhvil veriləcək: “Yasamal yaşayış kompleksinin layihə smeta sənədləri tam hazırdır. Sənədlər Dövlət ekspertizasının keçirilməsi üçün təqdim olunub. Ekspertiza öz rəyini verdikdən sonra, çox güman ki, 2 ay ərzində layihəyə start veriləcək”.

S.Nuriyev yaxın gələcəkdə güzəştli kateqoriyadan olan şəxslərin siyahısına digər vətəndaşların  da aid ediləcəyini istisna etməyib:

“Həm sosial ipoteka, həm də sosial mənzilləri alacaq insanların kateqoriyaları müəyyən edilib. Gələcəkdə təkliflər olarsa, həmin siyahının genişləndirilməsinə də baxıla bilər”.

Xatırladaq ki,  Agentlik aşağıdakı kateqoriyalaradan olan şəxslərə güzəştli mənzil veriləcəyini açıqlayıb:

- Gənc ailələrin üzvü olan şəxslər, yəni

- Şəhid ailələrinin üzvləri;

- Milli qəhrəmanlar (özü, əri və ya arvadı,övladları);

- Məcburi köşkün və ona bərabər tutulan şəxslər;

- Ən azı  3 il dövlət qulluğunda xidmət edən

- Ən azı 5 il  dövlət məktəblərində müəllim işləyən;

- Fəlsəfə doktoru elmi dərəcəsi olan;

- İdman sahəsində xüsusi xidmətləri olan şəxslər.

- Ailə vəziyyətindən asılı olmayaraq bu şəxslər də güzəştli mənzil ala biləcəklər:
Elmlər doktorları;

- Ən azı 15 il dövlət qulluğunda işləyənlər;

- Ən azı 3 il hərbi xidmətdə olanlar;

- Ən azı 3 il Daxili İşlər Orqanlarında xidmət keçən və xüsusi rütbəsi olanlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır