ƏMLAK

Sahəsi 3 min kv. metr olan sex 25 min manata – HƏRRACA ÇIXARILDI
02 DEKABR
561

Sahəsi 3 min kv. metr olan sex 25 min manata – HƏRRACA ÇIXARILDI

2016-12-02 09:56:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 27-də növbəti əmlak hərracı keçiriləcək. Fins. az xəbər verir ki, həmin gün ümumilikdə 8 kiçik müəssisə və obyekt satışa çıxarılacaq. Onların sırasında əmlak kompleksi, qazdoldurma məntəqəsi, yardımçı təsərrüfat, sexlər və digərləri var. 

Həərraca çıxarılacaq obyektlərdən biri də  Balakən rayonu, Qabaqçöl qəsəbəsində yerləşən 33 saylı sexdir. Obyektin yerləşdiyi torpaq sahəsi ilə birgə ilkin satış qiyməti 25 min manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10%-I məbləğində beh ödəməlidirlər.

Qeyd edək ki, sexin ümumi torpaq sahəsi 2 802.8 kv.metrdir və hamısı özəlləşdirləcək. Tikilinin faydalı sahəsi isə  403.6 kv.metrdir. 1 mərtəbəli ayrı tikilinin işçisi və debitor borcu yoxdur. Sexin 1 849 manat kreditor borcu qalıb.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Şirvan şəhəri üzrə:
ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 14, əlaqə telefonu: (kod 02121) 5-27-98

Lənkəran şəhəri üzrə:
ünvan: Lənkəran şəhəri, Qala Xiyabani küçəsi 30, əlaqə telefonu: (kod 02525) 5-15-13

Balakən şəhəri üzrə:
ünvan: Balakən şəhəri, Heydər Əliyev prospekti, 70 (Balakən şəhəri İcra Hakimiyyətinin binası) əlaqə telefonu: (kod 02429) 5-10-56

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274