ƏMLAK

Ucuz maşınlar hərraca çıxarıldı – 2000 MANATDAN BAŞLAYIR
30 NOYABR
2394

Ucuz maşınlar hərraca çıxarıldı – 2000 MANATDAN BAŞLAYIR

2016-11-30 15:06:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 27-də növbəti əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata görə, həmin gün özəlləşməyə açılan səhmdar  cəmiyyətləri və kiçik müəssisələrlə yanaşı ayrı-ayrı icra strukturlarının mülkiyyətində olan 10 avtomobil də satışa çıxarılacaq. 

Hərraca çıxarılan maşınların ilkin satış qiyməti 2000 manatdan başlayır. Siyahıda 2500 manata, 3600 manata və 5 500 manata satılan maşınlar da  var. Satışa çıxarılan maşınlar 2000-2007-cü illərdə istehsal edilib. 

Hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin maşınların ilkin satış qiymətinin 10%-i məbləğində  beh ödəməlidirlər. 

Komitədən bildiriblər ki,  maşınlardan4-ü indi Vergilər Nazirliyinin, 3-ü DİN-nin, 1-i Xüsusi Dövlət Mühafizə Xidmətinin, 2-si isə Xəzər rayon İcra Hakimiyyətinin balansındadır.

Qeyd edək ki, sifarişlər Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
  2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərraca çıxarılan maşınların tam siyahısı ilə buradan  tanış ola bilərsiz. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272