ƏMLAK

Biz evləri bu materialla tikirik – "Panorama Park"dan SİYAHI
29 NOYABR
533

Biz evləri bu materialla tikirik – "Panorama Park"dan SİYAHI

2016-11-29 10:06:00

Yaşayış binalarının tikintisində öz keyfiyyəti ilə fərqlənən Alians  Development and Construction şirkəti “Panorama Park”ın inşaatına 2014-cü ildən başlayıb. Tikinti materiallarının dünya standartlarına uyğun olması, peşəkar komandanın çalışması bu mənzillərin keyfiyyətdə üstünlük qazandırır. Bir sözlə, komfortlu və rahat yaşayış məkanı seçimlərində “Panorama Park” ən düzgün seçimdir.

“Alians” şirkəti müştərinə mənzillər haqqında bütün məlumatları təqdim edirlər. “Panorama Park” yaşayış kompleksində istifadə olunan materialların xüsusiyyətlərini, konstrussiyalarını geniş formatda nəzərinizə çatdırır. Kompleks 2017-ci ilin may ayımda təmirə təhvil veriləcək.

“Panorama Park”-ın tikinti kanstruksiyası ventilyasiya olunan fasad sistemi üzrə tikilərək aşağıda qeyd olunan ardıcıllıqla həyata keçirilir.

1. “Gobustone” - hörgü daşları (Azərbaycan)

2. “Technonikol” – daş yunu (Rusiya)

3. “DuPont” – istilik izolyasiyası (Amerika)

4. “U-kon” -  Alüminium metal konstruksiya (Rusiya)

5. “Gələcəyin Keramikası” – keramika üzlük daşları (Rusiya)

1.     “GOBUSTONE” hörgü daşları istehsalı DIN 4102 üzrə A klass yanmayan tikinti materiallarına daxildir. QOST 30244-94 əsasən, hörgü blokları YM klassına (yanmayan material) daxildir və izolə edən səthin temperaturu +400°C qədər olduqda belə istilik izolyasiyası üçün istifadə oluna bilər. İsveç, Finlandiya və Almaniyada aparılmış çoxsaylı tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, temperatur +400°C qədər qaldırıldıqda, hörgü bloklarının davamlılığı 85% artır. 

Gobustone markası bütün yanğına davamlılıq sinifləri üzrə tətbiq edilir. Bu səbəbdən onlar xüsusilə yanğına qarşı və kompleks ayırıcı divarların tikilməsi üçün yararlıdır. Bundan əlavə, yanğın zamanı hörgü bloklarından tüstü, zəhərli qaz ayrılmır. 
Xüsusiyyətləri: 
* 
yanmayan və oda davamlı material
* termiki izolə edici material
* təbii komponentlərdən hazırlanmışdır 
* temperaturun təsirinə qarşı həssas deyil

          Həndəsi dəqiqlik və işləmə rahatlığı

2.     “Technonikol” -  80kq/m3 sıxlığa malik olan daş yunu istiliyin və soyuğun qarşısını alan, binanın dayanıqlığını və uzunömürlüyünü artıran bir vasitədir.

3.     “DuPontTM Tyvek” - fasad işlərində tikililərdə su buxarının tənzimlənməsini və kondensasiya olunmasını təmin edən nəfəs alan su izolyasiya örtüyüdür.

Bu izolyasiya qatının yağışa, nəmə və soyuğa davamlılığı sayəsində tikililərin dayanıqlılığını və rahatlığını artırmaq üçün istifadə edilən Tyvek, binanın korroziyaya uğramasının və nəmlənməsinin qarşısını alır.

4.     “U-kon” -  alüminium metal konstruksiya betona bərkidilən və üzlük keramika daşlarını saxlamağa xidmət edən bir metal konstruksiya sistemidir.

5.     “Gələcəyin Keramikası” – keramika üzlük daşları yanmaya, nəmə davamlı olmaqla binanın qışda isti, yayda isə sərin qalmasını təmin edən üzlük daşlarıdır. Bu üzlük daşlarının xüsusi özəlliyi rənginin solmamasındadır.

Bu tərtib edilən ventilyasiya olunan fasad konstruksiyanın davamlığına 50 il zəmanət verilməklə həm də sizin gələcəkdə ən önəmli olan kommunal xərclərinizə 30% qənaət etmək imkanı yaradacaq ki, evlərinizin yayda sərin, qışda isti qalmasını təmin edəcək.

Mənzillərinizdən Panorama görüntülərini təmin edən pəncərələr Türkiyə istehsalı olan “Adopen” şirkətinindir.

Xüsusiyyətləri: profili 73 mm. qalınlığa malikdir, rənği – antrasitdir. Şüşə 6 mm+6 mm (tenperli çöl şüşə) parametrinə malikdir. İçində olan dəmir profilin qalınlığı 1.2 mm-dir. Pəncərə daxilində olan xüsüsi dəmir profillər - pəncərələrin deformasiyaya uğramasının qarşısını alır. 

Mənzillərinizin giriş qapıları xüsusi dizaynı ilə fərqlənən Türkiyə istehsalı olan “Trend Çelik Kapı” şirkətinə məxsusdur. Bu qapılar öz keyfiyyəti, ölçüləri ilə sizin evlərinizə böyük əşyaların asanlıqda daxil olmasını, etibarlılığına və uzunömürlülüyünə zəmanət verilməklə böyük zövq yaşadır.

Bina hollarında istifadə olunan keramika “Kerama Marazzi” İtaliya brendi, dünyaca məhşur brendlərdən biridir və bir keyfiyyət nişanıdır.

Bina hollarında, divarlarda dekorativ fransız boyaları zövqlü bir dizaynda evinizi oxşayacaqdır.

Fillandiya istehsalı olan – “Kone” liftləri hər binada 3 lift olmaqla, 2 ədəd lift sakinlər üçün, 1 ədəd list isə yük daşınması üçün nəzərdə tutulub.

1.    1000 kq - 13 nəfər,

2.     320 kq -  4 nəfər,

3.     630 kq - 8 nəfər.
İstifadə olunan materiallar və eksklüziv dizayn  xüsüsi “Panorama Park” yaşayış kompleksi ücün sifariş olunub. Paslanmaz poladdan olan kabin və cızılmayan qapılar uzunömürlü istifadə üçün nəzərdə tutulub. Xüsusi özəlliyi səssiz və sürətli hərəkət etməsidir. Liftlərin UPS mövcudluğu işıqların kəsilməsi zamanı belə sizin mənzil başına çatmanızı təmin edəcəkdir.

Alians Development and Construction sizin gələcəyinizi, rifahınızı düşünərək sizə keyfiyyətli, rahat və uzunömürlü bir mənzili məhz “Panorama Park”dan bəxş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270