ƏMLAK

Kərəm Həsənov Ağdaşda vətəndaşları qəbul edib
26 NOYABR
455

Kərəm Həsənov Ağdaşda vətəndaşları qəbul edib

2016-11-26 13:45:00

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Ağdaşda vətəndaşları qəbul edib.

Komitədən fins.az-a verilən məlumata görə, qəbul zamanı Ağdaş, Yevlax rayonları və Mingəçevir şəhərindən olan vətəndaşların müraciətlərinə baxılıb. İştirak edən vətəndaşların müraciətləri həm özəlləşdirmə, həm də daşınmaz əmlakın sənədləşdirilməsi barədə olub. Bir sıra vətəndaş dövlət əmlakının özəlləşdirilməsi prosedurları, dövlət mülkiyyətində olan əmlakların icarəsi barədə müraciət edib.

Qəbulda vətəndaşların onlara məxsus mülkiyyətin sənədləşdirilməsi ilə bağlı müraciətlərinə də baxılıb. Bir neçə vətəndaş torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi məsələləri barədə müraciət edib.

Komitə sədri daşınmaz əmlakın qeydiyyatında xidmətləri daha rahat və əlçatan etmək məqsədilə keçirilən “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərini xüsusi vurğulayıb.

Komitə sədrinin qəbulda verdiyi tapşırıqlar nəticəsində bir sıra müraciətlər operativ həll olunub. Vətəndaşlara özəlləşmə, torpaq idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı və digər əlaqədar fəaliyyətlə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub. Araşdırılması tələb olunan müraciətlər isə qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272