ƏMLAK

Yeməkxana cəmi 15 min manata – HƏRRACA ÇIXARILDI
24 NOYABR
150

Yeməkxana cəmi 15 min manata – HƏRRACA ÇIXARILDI

2016-11-24 09:59:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 13-də növbəti əmlak hərracı keçirəcək. Fins.az-ın məlumatına görə, həmin  gün respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşən 23 kiçik müəssisə və obyekt satışa çıxarılacaq. Onlardan ən ucuzunun ilkin satış qiyməti 2 500 manat, ən bahası isə 665 min manat müəyyən edilib.

Hərraca çıxarılan obyeklərdən biri də Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsi, 8K ünvanındakı  12/2 saylı yeməkxanadır. 1 mərtəbəli bitişik tikilinin yerləşdiyi torpaq sahəsi ilə birgə ilkin satış qiyməti 15 min manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.

Yeməkxananın ümumi   torpaq sahəsi 160.7 kv.metr və hamısı özəlləşdiriləcək. Obyektin faydalı sahəsi 143.1 kv.metrdir. Yeməkxananını heç bir debitor borcu yoxdur, cəmi 100 manat kreditor borcu qalıb.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Sabirabad şəhəri üzrə: 
ünvan: Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 9, əlaqə telefonu: (kod 02123) 5-63-52

Şirvan şəhəri üzrə:
ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 14, əlaqə telefonu: (kod 02121) 5-27-98

Şəmkir şəhəri üzrə:
ünvan: Şəmkir şəhəri, S.Vurğun küçəsi, 162 əlaqə telefonu: (kod 02230) 5-33-71

Goranboy şəhəri üzrə:
ünvan: Goranboy şəhəri, İlham İsmayılov küçəsi 31, əlaqə telefonu: (kod 02224) 5-21-67

Zaqatala şəhəri üzrə:
ünvan: Zaqatala şəhəri, Nizami Gəncəvi küçəsi, 9, əlaqə telefonu: (kod 02422), 5-22-52, 5-39-70

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272