ƏMLAK

Yun qəbulu məntəqəsi 21 min manata – HƏRRACA ÇIXARILDI
23 NOYABR
100

Yun qəbulu məntəqəsi 21 min manata – HƏRRACA ÇIXARILDI

2016-11-23 08:56:00

Xəbər verdiyimzi kimi, Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 20-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, bu dəfə respublikanın ayrı-ayrı rayonlarıda yerləşən 16 kiçik müəssisə və obyekt satışa çıxarılacaq. Onların sırasında pavilyon, çayxana, mağaza, yanacaqdoldurma məntəqələri, zavodlar, tixarək obyektləri var.

Hərraca çıxarılan əmlaklardan biri də Daşkəsən ərazi yun qəbulu və tədarükü məntəqəsidir. Daşkəsən rayonu, Bayan kəndində yerləşən məntəqənin yerləşdiyi torpaq sahəsi ilə birgə ilkin satış qiyməti  21 min manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.

1 mərtəbəli ayrı tikilinin ümumi torpaq sahəsi 1 086 kv.metr, faydalı sahəsi isə 950.4 kv.metrdir. Müəssisənin heç bir debitor borcu yoxdur, 3 082 manat kreditor borcu qalıb. Obyekt indi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadıq.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Daşkəsən şəhəri üzrə: 
ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev prospekti 4, əlaqə telefonu: (kod 02221) 5-56-51

Şəmkir şəhəri üzrə:
ünvan: Şəmkir şəhəri, S.Vurğun küçəsi, 162 əlaqə telefonu: (kod 02230) 5-33-71

Xaçmaz şəhəri üzrə:
ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7 əlaqə telefonu: (kod 2332) 5-39-72, 5-33-55, 5-12-27

Zaqatala şəhəri üzrə:
ünvan: Zaqatala şəhəri, Nizami Gəncəvi küçəsi, 9, əlaqə telefonu: (kod 02422), 5-22-52, 5-39-70

Lənkəran şəhəri üzrə:
ünvan: Lənkəran şəhəri, Qala Xiyabani küçəsi 30, əlaqə telefonu: (kod 02525) 5-15-13

Qax şəhəri üzrə:
ünvan: Qax şəhəri, İ.Mustafayev küçəsi, 31 əlaqə telefonu: (kod 2425) 5-43-83

Qobustan şəhəri üzrə:
ünvan: Qobustan şəhəri, Yeni Massiv ərazisi, (DƏDRİX-in 14 saylı ərazi idarəsi), əlaqə telefonu: (kod 02024) 5-29-93

Ağcabədi şəhəri üzrə:
ünvan: Heydər Əliyev prospekti 233, əlaqə telefonu: (kod 2127), 5-14-50

Tərtər şəhəri üzrə:
ünvan: Heydər Əliyev prospekti 46, əlaqə telefonu: (kod 2223), 6-24-54

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271