ƏMLAK

Şəhər içində şəhər – ƏMLAK SƏRGİSİNDƏN REPORTAJ
22 NOYABR
607

Şəhər içində şəhər – ƏMLAK SƏRGİSİNDƏN REPORTAJ

2016-11-22 17:14:00

Əmlak Məsələləri Dövlət komitəsi “Elan Expo” və Atılım Fuarcılık şirkətlərinin birgə təşkilatçılığı ilə təşkil olunan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi işə başlayıb. Sərgidə Türkiyə, BƏƏ, Macaristan, Rusiya, İspaniya, Portuqaliya, Lüksemburq, Kipr, Gürcüstan və Ukraynadan 100-ə yaxın tikinti şirkəti yer alıb.

 Villa alırsan, otel sahibi olursan 

Sərgi gözəl bir şəhərin balaca formasını xatırladırdı. Yaşayış, biznes və istirahət məkanlarının 3D maketləri və xüsusi zövqlə hazırlanmış stendlər izləyicilərin diqqətini cəlb edirdi. Stenddə xarici şirkətlərlə yanaşı, Azərbaycanın yerli daşınmaz əmlak bazarının iştirakçıları da maraqlı stendlərlə təmsil olunurdular. AAAF Park  Astara, Xərdalan və Gənclər şəhərciyi layihələrinin 3D maketlərini təqdim etdi. AAAF Media-nın icraçı direktoru Rəşad Əliyevin Fins.az-a açıqlamalarına görə, Astara layihəsi üzrə villaların satışına başlanıb. Regiondakı bütün turizm potensialını canlandıran bir layihə olan AAAF Park Astara Xəzərin Astara sahili boyuncu 20 hektar ərazini əhatə edir. Kompleks Azərbaycanın İranla  sərhəddindən başlayır və böyük alış-veriş, istirahət, mehmanxana, idman infrastrukturu, yaşayış binalarını əhatə edən geniş bir ərazini əhatə edir.   Ümumilikdə 213 kvadratdan 12 villa satışa çıxarılıb. Hər bir villanın qiyməti 213 min dollardır və onu alan şəxlər Astara Kompleksinin təkibindəki 5 ulduzlu “Toado” otelinin pay sahibinə çevrilir. Beləliklə otelin 12 sahibi olacaq və hər bir payçı otelin əldə etdiyi qazancdan öz gəlirini götürəcək. 

 Qiymət 438 min manatdan başlayır

Sabis Sun kompleksini isə “şəhər içində şəhər” adlandırmaq olar. Kompleksin ərazisində təkcə qolf sahəsi 66 hektar ərazini tutur. Burada 6 mərtəbəli bina evləri və iki mərtəbəli villalar, böyük idman və istirahət, ticarət mərkəzləri mövcdudur. Kompleksin ərazisi süni gölləri və yaşıllıq zolaqları ilə məşhurdur. İlk olaraq, bu ildən villalar satışa çıxarılacaq. Artıq 234 villa tam hazırdır və bir villanın start qiyməti 438 min manatdan başlayır. Binalar isə altı mərtəbəlidir və minimum 100 kvadrat metr olan mənzillərin start qiyməti isə 220 min manatdır. Kompleks ərazisində mövcud olan 26 binada 394 mənzil istifadəyə veriləcək. 

Sizdə prosedurlar çox çətindir

Türkiyəni təmsil edən Ağaoğlu şirkətinin rəsmisi Mərd Halik hazırda İstanbulda həyata keçirdikləri lahiyə barədə danışdı. M.Halik şirkətlərinin əsasən böyük komplekslər inşa etdiyini söylədi. “Azərbaycanda hər hansı bir lahiyəniz varmı” sualına Halik bir müddət əvvəl Lənkəran bölgəsində bir lahiyələrinin olduğunu lakin sonradan bu lahiyənin yarımçıq qaldığını bildirdi. Onun sözlərinə görə, lahiyənin yarımçıq qalmasına səbəb kimi işə başlamaq üçün prosedurların çətin olduğunu göstərdi.  Türkiyədən olan digər bir şirkət nümayəndəsi azərbaycanlıların daha çox lüks tikililərlə maraqlandıqlarını bildirdi: “Siz azərilər lüks yaşamağı çox sevirsiniz. Bu üzdən Türkiyədəki bu kateqoriya əmlaklarımızı bu sərgidə nümayiş etdirmək qərarına gəldik”. 

 Xaricdə azərbaycanlıların kirayə biznesi 

Almaniyanı təmsil edən şirkət nümayəndəsi azərbaycanlıların əsasən, Almaniyadakı evləri alıb kirayə verdiklərini bildirdi. Sərgidə həmçinin BƏƏ-nin şirkətləri də təmsil olunurdu. Bu ölkənin nümayəndəsi bildirdi ki, vətəndaşlarımız daha çox BƏƏ də otel nömrələrini alıb kirayə verirlər və beləliklə az pul qazanmırlar. 

Qeyd edək ki, sərgidə xarici əmlaklarla əsasən biznesmen azərbaycanlılar maraqlanırlar. Sadə  vətəndaşları isə daha çox yerli tikinti şirkətlərinin binaları və təklif etdikləri qiymətlər, xüsusilə kredit şərtləri maraqlandırır. 

Sərgidə həmçinin ölkəmizdə işləyən və ya yaşayan əcnəbi vətəndaşlarının maraqlandığının şahidi olduq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270