ƏMLAK

Hökumət qarşısında məsələ qaldırmışıq – KOMİTƏ SƏDRİ
22 NOYABR
393

Hökumət qarşısında məsələ qaldırmışıq – KOMİTƏ SƏDRİ

2016-11-22 11:38:00

“Biz hökumət qarşısında özəlləşdirilən obyektlərin borc problemlərinin, onlarda sosial ödəmələrin problemləri ilə bağlı məsələlər qaldırmışıq”.

Fins.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovbildirib.

“Bu problemlə bağlı borcların silinməsi və köhnə borcların təmizlənməsi, restruktrizasiya edilməsi ilə bağlı yeni təkliflər vermişik. Bu da özəlləşmədə yeni dövrün başlanmasına işarədir”, - deyə K.Həsənov bildirib.

Komitə sədri əlavə edib ki, bu il 10-dan çox hərracda 500-dən artıq dövlət müəssisə və obyekti satışa çıxarılıb. Xarici şirkətlərin hərraca çıxarılan hansı obyektlərə daha çox maraq göstərməsinə gəlincə, K.Həsənov qeyd edib ki, xarici investorlar əsasən neft kimyası, neft maşınqayırması, aqrar sektorlarda olan müəssisələrlə maraqlanırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272