ƏMLAK

Mağazalar satışa çıxarılıdı – HƏRRAC 40 MİN MANATDAN BAŞLAYIR
22 NOYABR
423

Mağazalar satışa çıxarılıdı – HƏRRAC 40 MİN MANATDAN BAŞLAYIR

2016-11-22 08:56:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 13-də növ bəti əmlak hərracı keçirəcək. Fins.az-ın məlumatına görə, həmin  gün respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşən 23 kiçik müəssisə və obyekt satışa çıxarılacaq. Onlardan ən ucuzunun ilkin satış qiyməti 2 500 manat, ən bahası isə 665 min manat müəyyən edilib.

Hərraca çıxarılan obyeklərdən ikisi Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşir. Hökməli dairəsi, Bakı-Şamaxı şosesi, 11-ci km-dəki 4 saylı mağaza yerləşdiyi torpaq sahəsi ilə birgə satılacaq. 1 mərtəbəli ayrı tikilinin ilkin satış qiyməti 40 min manat  müəyyən edilib.

Obyektin ümumi torpaq sahəsi 208  kv.m, faydalı sahəsi isə 168,2 kv.metrdir. Obyektin debitor borcu yoxdur, cəmi  710 manat kreditor borcu qalıb.

Abşeron rayonu, Hökməli dairəsi, Bakı-Şamaxı şosesi, 11-ci km ünvanındakı  21 saylı mağaza da hərraca çıxarılıb. 1 mərtəbəli ayrı tikili nin ilkin satış qiyməti 40 min manat müəyyən edilib.

Mağazanın ümumi torpaq sahəsi 236 kv.metr, faydalı sahəsi isə 200.6 kv.metrdir. Obyektin heç bir debitor borcu yoxdur, cəmi 987 manat kreditor borcu qalıb. Hərracda iştirak etmək istəyən şəxslər əmlakın dəyərinin 10%-i  məbləğində beh ödəməlidirlər.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:


1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Abşeron rayonu üzrə:
ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 315 əlaqə telefonu: 349-21-83

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Neftçala şəhəri üzrə:
ünvan: Neftçala şəhəri, Heydər Əliyev prospekti 33, əlaqə telefonu: (kod 02126) 3-39-21, 050-335-80-13

Sabirabad şəhəri üzrə: 
ünvan: Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 9, əlaqə telefonu: (kod 02123) 5-63-52

Mingəçevir şəhəri üzrə: 
ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 26/11, əlaqə telefonu: (kod 02427) 4-45-00, 4-39-00

Şəki şəhəri üzrə:
ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti, 9A, əlaqə telefonu: (kod 02424) 4-26-10, 4-40-36

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275