ƏMLAK

Türkiyədə əmlak alan azərbaycanlılar artır
21 NOYABR
153

Türkiyədə əmlak alan azərbaycanlılar artır

2016-11-21 13:01:00

Azərbaycan vətəndaşları Türkiyədə daha böyük əmlaka investisiya qoyurlar. Fins.az xəbər verir ki, 2016-cı ilin ilk 9 ayı ərzində azərbaycanlıların həyata keçirdikləri daşınmaz əmlakın alınması ilə bağlı prosedurların sayı 565 olub.

Bu barədə Türkiyənin Daşınmaz Əmlak Platforması olan Daşınmaz əmlak və Daşınmaz əmlaka İnvestisiyalar üzrə Assosiasiya (GYODER) məlumat yayıb. Assosiasiyanın 2016-cı il üzrə məlumatlarına əsasən, azərbaycanlıların Türkiyədə sahib olduqları əmlakın ümumi sahəsi 95 min 90 kvadrat metr təşkil edir.

2015-ci ilin eyni dövrü ərzində Azərbaycan vətəndaşlarının qonşu ölkədə həyata keçirdikləri daşınmaz əmlakın alınması ilə bağlı prosedurların sayı 595, onların sahib olduqları əmlakın ümumi sahəsi isə 87 min 762 kvadrat metr təşkil etmişdir. Beləliklə məlum olur ki, Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sahəsi artıb. Ancaq buna baxmayaraq daşınmaz əmlakın alınması ilə bağlı prosedurların sayı azalıb.

Bu onu göstərir ki, Azərbaycan vətəndaşları Türkiyədə daha böyük əmlaka investisiya qoyurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272