ƏMLAK

Daha bir ucuz maşın hərracı – 1 000 MANATDAN BAŞLAYIR
21 NOYABR
11790

Daha bir ucuz maşın hərracı – 1 000 MANATDAN BAŞLAYIR

2016-11-21 08:52:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 20-də növbəti əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata görə, həmin gün özəlləşməyə açılan səhmdar  cəmiyyətləri və kiçik müəssisələrlə yanaşı ayrı-ayrı icra strukturlarının mülkiyyətində olan 3 avtomobil də satışa çıxarılacaq. 

Hərraca çıxarılan maşınların ilkin satış qiyməti 1000 manatdan başlayır. Siyahıda 1300 manata və 4 000 manata satılan maşınlar da  var. Satışa çıxarılan maşınlar 1998-2004-cü illərdə istehsal edilib. 

Hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin maşınların ilkin satış qiymətinin 10%-i məbləğində  beh ödəməlidirlər. 

Komitədən bildiriblər ki,  maşınlar indi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və  Şabran rayon İcra Hakimiyyətinin balansındadır.

Qeyd edək ki, sifarişlər Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
  2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərracı çıxarılan maşınların tam siyahısı ilə buradan tanış ola bilərsiz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270