ƏMLAK

Bu şirkətlər də özəlləşdiriləcək – SİYAHI
21 NOYABR
353

Bu şirkətlər də özəlləşdiriləcək – SİYAHI

2016-11-21 08:34:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 20-də növbəti əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata əsasən, bu dəfə 23 səhmdar cəmiyyəti  və avtomobillər hərraca çıxarılacaq.

Hərracda səhmdar cəmiyytlərin səhmlərinin  30-45%-lik hissəsi satılacaq. Bu dəfə əsasən,  bölgələrdə yerləşən  şirkətlər özəlləşdiriləcək. Bu dəfə əsasən,  bölgələrdə yerləşən  şirkətlər özəlləşdiriləcək.  Hərracda Salyan, Biləsuvar, İmişli, İsmayıllı, Cəlilabad, Masallı və Bərdədəki müəssisələr satılacaq.

Onların sırasında “Ağdaş Quşçuluq”, “Bərdə Tikinti Quraşdırma”, “Bərəkət”, “Beyləqan Sənaye Kombinatı”, “İmişli Yağ Pendir”, “Saatlı Broyler”, “Zaqatala Fındıq”, “Sabirabad Təmir-tikinti” və digər səhmdar cəmiyyətlər də var.  Onlardan ən ucuzunun ilkin satış qiyməti  1  827 manat, ən bahası isə 168 min manatmüəyyən edilib. Hərracda iştirak etmək istəyən hüquqi və ya fiziki şəxslər əmlakın ilkin satış qiymətinin 10%-i həcmində beh ödəməlidirlər.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır.

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

- müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 

müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 
fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2016-cı ilin dekabr ayının 20-də saat 09:30-da Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 139 A) keçiriləcəkdir.
Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

Hərraca çıxarılacaq şirkətlərin tam  siyahısı ilə buradan tanış ola bilərsiz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275