ƏMLAK

Tikinti şirkətlərinin nəzərinə - FHN-DƏN YENİ QAYDA
18 NOYABR
612

Tikinti şirkətlərinin nəzərinə - FHN-DƏN YENİ QAYDA

2016-11-18 16:00:00

Fövqəladə Hallar Nazirliyi (FHN) “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nı təsdiqləyib. Fins.az qaydaları təqdim edir. 

 

Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanunun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli 357 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun hazırlanmışdır və hündürlükdə işlərin təşkili və həyata keçirilməsi zamanı işlərin təhlükəsizliyinin təmin edilməsini tənzimləyir.

1.2. Bu Qaydaların tələbləri hündürlükdə görülən bütün işlərə, bu işləri həyata keçirən işçilərə, həmçinin həmin işçilərlə əmək münasibətlərinə girmiş təşkilat-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və fiziki şəxslərə şamil edilir.

1.3. Hündürlükdə görülən işlərə aşağıdakılar aiddir:

1.3.1. işçinin 1,8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu işlər;

1.3.2. işçinin üfüqi səthə nisbətən mailliyi 75o-dən çox olan nərdivanla (pilləkənlə) 5 m-dən çox hündürlüyə qalxması və ya hündürlükdən enməsi zamanı görülən işlər;

1.3.3. hündürlüyü 1,8 m-dən çox olan hasarlanmamış yerdən 2 m-ə yaxın məsafədə yerləşən, eləcə də qoruyucu hasarının hündürlüyü 1,1 m-dən kiçik olan meydançalarda görülən işlər;

1.3.4. su səthinin, çıxıntılı əşyaların, maşın və ya mexanizmlərin üzərində yerinə yetirilməsi zamanı, işçinin 1,8 m-dən az hündürlükdən düşməsi mükünlüyü ilə əlaqədar olan risklərin mövcud olduğu işlər.

1.4. İstehsal şəraitindən asılı olaraq hündürlükdə görülən işlər aşağıdakı növlərə bölünür:

1.4.1. ayaqaltı vasitələrindən (məsələn, ayaqaltılar, üzərində işləmək üçün körpülər, teleskopik qüllələr, inşaat nənniləri, nərdivanlar və s.) istifadə olunmaqla hündürlükdə görülən işlər, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu hasara alınmış meydançalarda yerinə yetirilən işlər;

1.4.2. 5 m və daha çox hündürlükdə ayaqaltı vasitələri olmadan, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlər.

1.5. İşəgötürənlər hündürlükdə işlərin görülməsi zamanı bu Qaydaların tələblərinə zidd olmayan təhlükəsizlik normalarını tətbiq etmək hüququna malikdirlər.

 

2. Hündürlükdə işləyən işçilərə dair tələblər

 

2.1. Hündürlükdə işlərin yerinə yetirilməsinə 18 yaşına çatmış şəxslər buraxılırlar.

2.2. Hündürlükdə işləri yerinə yetirən işçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 226-cı maddəsinə uyğun olaraq icbari ilkin (işə qəbul edilərkən) və vaxtaşırı tibbi müayinədən keçməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin), iş yerlərinin Siyahısı”na müvafiq olaraq hündürə qalxmaqla yerinə yetirilən işlərə cəlb olunan işçilərlə əmək müqaviləsi bağlanılarkən tibbi arayış tələb olunmalıdır.

2.3. Hündürlükdə işləyən işçilər yerinə yetirdikləri işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmalıdırlar. İxtisas səviyyəsi (dərəcəsi) peşə-iхtisas təhsili (təlimi) barədə sənədlə təsdiq edilir.

2.4. Aşağıdakılar yerinə yetirildikdən sonra işçilər hündürlükdə işlərə buraxılırlar:

2.4.1. əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırıldıqdan sonra;

2.4.2. əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin öyrənilməsi və biliklərinin yoxlanılmasından sonra;

2.4.3. hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədildikdən sonra.

2.5. Hündürlükdə işlərə başlamazdan əvvəl işəgötürən və ya onun müvəkkil etdiyi şəxs aşağıdakı işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsi metodlarının və üsullarının öyrədilməsini təşkil etməlidir:

2.5.1. ilk dəfə hündürlükdə işləməyə buraxılanlara;

2.5.2. əvvəllər müvafiq təlimat almamış, başqa işdən keçənlərə;

2.5.3. hündürlükdə işlərə bir ildən çox fasilə vermiş işçilərə .

2.6. Hündürlükdə işlərin yerinə yetirilməsinin təhlükəsiz metod və üsullarının öyrədilməsi bu Qaydalarda nəzərdə tutulmuş tələblərə (1 nömrəli Əlavə) uyğun olaraq həyata keçirilir.

2.7. Ayaqaltı vasitələri tətbiq olunmaqla, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu hasarlı meydançalarda işləri yerinə yetirən, hündürlükdə işlərin təhlükəsiz görülməsi üzrə tələbləri mənimsəmiş, bu sahədə bilik və vərdişlərin yoxlanılmasından müvəffəqiyyətlə keçmiş işçilərə hündürlükdə işləməyə buraxılmaq üçün vəsiqə (2 nömrəli Əlavə) verilir.

2.8. Ayaqaltı vasitələrindən istifadə olunmadan, 5 m və daha çox hündürlükdə görülən işlərə, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə buraxılan işçilərə işəgötürən tərəfindən bu Qaydalarda müəyyən edilmiş formaya (3 nömrəli Əlavə) uyğun tərtib edilmiş, işləməyə icazə verən naryad-buraxılış vərəqi (bundan sonra-naryad-buraxılış) verilir.

2.9. Ayaqaltı vasitələrindən istifadə olunmadan, 5 m və daha çox hündürlükdə görülən işlərə, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlüyü olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə buraxılan işçilər, eləcə də hündürlükdə göstərilən işlər yerinə yetirilərkən texniki-texnoloji və ya təşkilati tədbirləri təşkil edən işçilər hündürlükdə işlərin təhlükəsizliyi üzrə aşağıdakı 3 qrupa bölünürlər :

2.9.1. 1-ci qrup - briqada tərkibində və ya işəgötürənin əmri ilə təyin olunmuş işçinin bilavasitə nəzarəti altında işlərə buraxılan işçilər;

2.9.2. 2-ci qrup – ustalar, briqadirlər, staj rəhbərləri, eləcə də məsul iş icraçıları tərəfindən naryad-buraxılış üzrə təyin olunan işçilər;

2.9.3. 3-cü qrup – işəgötürən tərəfindən təyin olunan, hündürlükdə işlərin təhlükəsiz təşkilinə və yerinə yetirilməsinə, eləcə də təlimatların keçirilməsinə, qəza vəziyyətləri yaranarkən və xilasetmə işlərinin həyata keçirilməsi zamanı işçilərin təxliyyəsi və xilas edilməsi üzrə tədbirlər planının (bundan sonra - təxliyyə planı) tərtib edilməsinə cavabdeh işçilər, fərdi mühafizə vasitələrinə xidmət göstərən və vaxtaşırı baxış keçirən işçilər, naryad-buraxılış verən işçilər, hündürlükdə naryad-buraxılış əsasında yerinə yetirilən işlərə cavabdeh rəhbərlər; hündürlükdə işlərin icrası planınını (bundan sonra – icra planı) təsdiq etmək səlahiyyətinə malik vəzifəli şəxslər. 3-cü qrup işçilərə həmçinin, hündürlükdə işlərin öyrədilməsini həyata keçirən mütəxəssislər, eləcə işlərin təhlükəsiz metod və üsullarla yerinə yetirilməsi təlimlərini həyata keçirən təşkilatların attestasiya komissiyalarının üzvləri və işəgötürənlər aiddir.

2.10. 1-ci və 2-ci qrup işçilərə hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının dövri olaraq öyrədilməsi ildə bir dəfədən, 3-cü qrup işçilərə isə 3 ildə bir dəfədən az olmayaraq həyata keçirilir.

2.11. Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının dövri surətdə öyrədilməsi imtahanla yekunlaşır.

2.12. İmtahan hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının öyrədilməsini həyata keçirən təşkilat rəhbərinin əmri ilə yaradılan attestasiya komissiyaları tərəfindən keçirilir. Attestasiya komissiyalarının tərkibi müvafiq hazırlıq və attestasiya keçmiş müəllimlərdən və mütəxəssislərdən (3-cü qrup işçilər) təşkil edilir. İmtahandan müvəffəqiyyətlə keçən işçilərə hündürlükdə işlərin yerinə yetirilməsinə buraxılış vəsiqəsi verilir (4 nömrəli Əlavə).

2.13. Kanatla çıxış sisitemləri tətbiq olunmaqla hündürlükdə işləri yerinə yetirən işçilərə əlavə olaraq hündürlükdə işlərin şəxsi uçot kitabçası (5 nömrəli Əlavə) verilir.

2.14. Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının öyrədilməsi başa çatdıqdan sonra işəgötürən işçilərin təcrübə keçməsini təmin edir.

2.15. Keçirilən təcrübənin məqsədi işlərin təhlükəsiz yerinə yetirilməsi üzrə işçilərin nəzəri biliklərinin möhkəmləndirilməsi, həmçinin bilavasitə iş yerində praktiki vərdiş və bacarıqların, işlərin yerinə yetirilməsinin təhlükəsiz metod və üsullarının mənimsənilməsi və inkişaf etdirilməsindən ibarətdir.

2.16. Təcrübə müddəti onun məzmunundan asılı olaraq işəgötürən (onun müvəkkil etdiyi şəxs) tərəfindən müəyyən edilir və iki iş günündən (növbəsindən) az olmayaraq müəyyən edilir.

2.17. 1-ci və 2-ci qrup işçilər üçün təcrübə rəhbəri işəgötürən tərəfindən, hündürlükdə iş təcrübəsi 1 ildən az olmayan briqadirlər, ustalar, təlimatçılar və ixtisaslı fəhlələrdən təyin edilir.

2.18. Bir təcrübə rəhbərinə eyni zamanda iki nəfərdən çox işçi təhkim oluna bilməz.

2.19. Hündürlükdə işlərin təhlükəsiz metod və üsulları üzrə biliklərin yoxlanması ildə 1 dəfədən az olmayaraq keçirilir. Hündürlükdə işlərin təhlükəsiz metod və üsulları üzrə biliklərin yoxlanılması işəgötürən tərəfindən yaradılmış attestasiya komissiyası tərəfindən həyata keçrilir.

2.20. Hündürlükdə işlərin təhlükəsiz metod və üsulları üzrə biliklərin yoxlanılmasının nəticələri protokolla rəsmiləşdirilir. Protokolda yoxlamanın keçirildiyi tarix, yoxlama keçən şəxsin soyadı, adı, atasının adı və yoxlamanın nəticələri göstərilir. Protokolu attestasiya komissiyasının üzvləri imzalayırlar.

 

3. Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi

 

3.1. İşəgötürən təhlükəsizliyi təmin etmək üçün mümkün olduğu qədər işçilər tərəfindən hündürlükdə yerinə yetirilən işləri ixtisar etməlidir. Hündürlükdə görülən işləri ixtisar etmək mümkün olmadıqda işəgötürən taxta inventarlarıın, körpülərin, ayaqaltı qurğu və vasitələrin, qaldırıcıların, tikinti fasad qaldırıcılarının, asma taxta konstruksiyaların, maşın və mexanizmlərin, eləcə də kollektiv və fərdi mühafizə vasitələrinin tətbiqini təmin etməlidir.

3.2. İşəgötürən hündürlükdə işlərin yerinə yetirilməsi başlayana qədər aşağıdakı texniki-texnoloji və təşkilati tədbirlərin həyata keçirilməsini təşkil etməlidir:

3.2.1. İcra planının hazırlanması və yerinə yetirilməsini, yaxud işlərin icrasına aid texnoloji xəritələrin işlənməsi və təsdiq edilməsini, iş yerlərinin hasarlanmasını, xəbərdaredici və göstəriş verən plakatların (nişanların) asılmasını, kollektiv və fərdi mühafizə vasitələrindən istifadə olunmasını nəzərdə tutan texniki-texnoloji tədbirləri;

3.2.2. hündürlükdə işlərin təşkilinə və təhlükəsiz yerinə yetirilməsinə, naryad-buraxılışın verilməsinə, qəza vəziyyəti və xilasetmə işlərinin yerinə yetirilməsi zamanı təxliyyə planının tərtib olunmasına, eləcə də fərdi mühafizə vasitələrinə xidmət və vaxtaşırı baxış keçirilməsinə cavabdeh şəxslərin təyin edilməsi daxil olan təşkilati tədbirləri.

3.3. Aşağıdakı hallarda hündürlükdə işlərin yerinə yetirilməsinə icazə verilmir:

3.3.1. açıq yerlərdə hava axınının (küləyin) sürəti 15 m/san və daha çox olduqda;

3.3.2. iş cəbhəsi hüdudlarında görünməni istisna edən tufan və ya duman olduğu halda, eləcə də konstruksiyalar buz bağladıqda və avadanlığın, mühəndis konstruksiyalarının xətlərində (o cümlədən elektrikötürücü xətlərin dayaqlarında), ağaclarda buz təbəqəsinin qalınlığı artdıqda;

3.3.3. konstruksiyaların küləktutan səthlərinin quraşdırılması (sökülməsi) zamanı küləyin sürəti 10 m/san və daha çox olduqda.

3.4. Hündürlükdə işlərin təşkilinə və təhlükəsiz yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxslər aşağıdakıları yerinə yetirməlidirlər:

3.4.1. qəza vəziyyəti və xilasetmə işlərinin yerinə yetirilməsi zamanı təxliyyə planının işlənilməsi;

3.4.2. stasionar iş yerləri üçün hündürlükdə işlərin icra edilməsinə aid texnoloji xəritələrin işlənməsinin və tətbiqinin təşkil edilməsi;

3.4.3. stasionar olmayan iş yerləri üçün icra planının təsdiq edilməsi;

3.4.4. naryad-buraxılış sənədinin tərtib olunması;

3.4.5. istehsalçının istismar sənədlərinin göstərişlərinə uyğun olaraq kollektiv və fərdi mühafizə vasitələrinin verilməsini təşkil etmək, eləcə də onlara vaxtında xidmət göstərilməsi, vaxtaşırı yoxlanılması;

3.4.6. işçilərə hündürlükdə işlərin görülməsinin təhlükəsiz metod və üsullarının öyrədilməsini təşkil etmək, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə müvafiq təlimatların keçirilməsi;

3.4.7. hündürlükdə işlərin xüsusi uçot kitabçalarının tərtib edilməsi.

3.5. İşəgötürən hündürlükdə yerinə yetirilən işlərin təhlükəsizliyini təmin etmək üçün aşağıdakıları təşkil etməlidir:

3.5.1. mühafizə vasitələrinin düzgün seçilməsi və istifadə edilməsi;

3.5.2. mühafizə vasitələrinin markalanmasına aid göstərişlərə riayət olunması;

3.5.3. istehsalçının istismar sənədlərində göstərilmiş mühafizə vasitələrinə xidmət göstərilməsi və vaxtaşırı yoxlanması.

 

4. Naryad-buraxılış tərtib olunmaqla hündürlükdə işlərin təşkili

 

4.1. İşəgötürən hündürlükdə işlər yerinə yetirilməyə başlamazdan əvvəl naryad- buraxılış sənədi tərtib olunmaqla yerinə yetiriləcək işlərin siyahısını təsdiq etməlidir. Siyahıya bu Qaydaların 2.7-ci bəndində göstərilən işlərdən başqa stasionar olmayan iş yerlərindəki işlər də daxil edilməlidir.

4.2. İstisna hallarda (qəzaların qarşısının alınması, işçilərin həyatı üçün təhlükənin, qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması) işəgötürən tərəfindən təyin olunan, hündürlükdə işlərin təhlükəsiz təşkilinə və yerinə yetirilməsinə cavabdeh işçilərin rəhbərliyi altında hündürlükdə yerinə yetirilən işlər naryad-buraxılış tərtib olunmadan yerinə yetirilə bilər.

4.3. Əgər göstərilən işlər 24 saatdan çox davam edərsə, naryad-buraxılış sənədinin tərtib olunması yerinə yetirilməlidir.

4.4. Naryad-buraxılış sənədi hündürlükdə işlərin icra olunma yerini, onların məzmununu, keçirilmə şəraitini, başlama və qurtarma vaxtlarını, işi yerinə yetirən briqadanın tərkibini, işlərin yerinə yetirilməsi zamanı cavabdeh şəxsləri müəyyən edir. Əgər hündürlükdə görülən işlər naryad-buraxılış sənədinin tərtib olunmasını tələb edən başqa növ işlərlə eyni vaxtda yerinə yetirilirsə, o zaman bir naryad-buraxılış sənədi tərtib oluna bilər.

4.5. Yerinə yetiriləcək işlərin siyahısında göstərilən işlərin icra edilməsi üçün işəgötürən icra planının işlənilməsini təmin etməlidir. İcra planının məzmunu bu Qaydaların 6 nömrəli Əlavəsində nəzərdə tutulmuşdur.

4.6. Tikililərin və ya kommunikasiyaların mühafizə zonalarında hündürlükdə işlərin yerinə yetirilməsi zamanı naryad-buraxılış sənədi bu tikilinin və ya kommunikasiyanın sahibinin yazılı razılığı olduğu halda verilir.

4.7. Naryad-buraxılış sənədi tərtib olunmaqla hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək üçün aşağıdakılar təyin olunur:

4.7.1. rəhbərlər və mütəxəssislər sırasından naryad-buraxılış sənədi vermək hüququna malik vəzifəli şəxslər;

4.7.2. rəhbərlər və mütəxəssislər sırasından məsul iş rəhbəri;

4.7.3. fəhlələr (briqadirlər, manqabaşı və yüksəkixtisaslı fəhlələr) sırasından məsul iş icraçısı.

4.8. Naryad-buraxılış sənədini verən vəzifəli şəxslər aşağıdakıları yerinə yetirməlidirlər:

4.8.1. icra planında işçilərin təhlükəsizliyini təmin edən texniki-texnoloji tədbirləri, işlərin icra edilmə yerlərini müəyyən etmək;

4.8.2. məsul iş rəhbərini təyin etmək;

4.8.3. eyni vaxtda işlərin icra edilməsi üçün bir məsul iş rəhbərinə verilən naryad-buraxılış sənədlərinin sayını müəyyən etmək;

4.8.4. məsul iş icraçısını təyin etmək;

4.8.5. işlərin icra edilmə yerini və həcmini müəyyən etmək, naryad-buraxılış sənədində istifadə olunan avadanlığı və mexanikləşdirmə vasitələrini göstərmək;

4.8.6. məsul iş rəhbərinə və ya iş içraçısına naryad-buraxılış sənədinin iki nüsxəsini vermək, bu barədə naryad- buraxılış üzrə işlərin uçotu jurnalında (7 nömrəli Əlavə) qeydlər etmək;

4.8.7. məsul iş rəhbərini naryad-buraxılış sənədinə əlavə edilən layihə sənədi, texnoloji sənədlərlə, hasarlanmanın sxemi ilə tanış etmək;

4.8.8. naryad-buraxılış sənədində nəzərdə tutulmuş işlər icra olunarkən təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarəti təşkil etmək;

4.8.9. işlər başa çatdığında naryad-buraxılış üzrə işlərin uçotu jurnalında qeydlər olunmaqla bağlanılmış naryad-buraxılış sənədini məsul iş rəhbərindən qəbul etmək.

4.9. Naryad-buraxılış sənədini verən vəzifəli şəxslər aşağıdakılara cavabdehdirlər:

4.9.1. naryad-buraxılış sənədinin vaxtında, düzgün tərtib edilməsinə və verilməsinə;

4.9.2. naryad-buraxılış sənədində göstərilən və hündürlükdə işlər yerinə yetirilərkən işçilərin təhlükəsizliyini təmin edən tədbirlərə;

4.9.3. təhlükəsizliyə cavabdeh olan briqadanın tərkibinə və işçilərin təyin olunmasına;

4.9.4. naryad-buraxılış sənədində göstərilən təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarətin təşkilinə;

4.9.5. naryad-buraxılış sənədlərinin saxlanılmasına və uçotuna.

4.10. Məsul iş rəhbəri və ya iş icraçısı aşağıdakıları yerinə yetirməlidirlər:

4.10.1. naryad-buraxılış sənədi verən vəzifəli şəxsdən işlərin icrası üçün naryad-buraxılış almaq, bu barədə naryad-buraxılış üzrə işlərin uçotu jurnalında qeydlər aparmaq;

4.10.2. uçot jurnalları ilə işləmək üçün lazım olan icra planı, layihə, texnoloji sənədlərlə, qəza vəziyyəti və xilasetmə işləri zamanı təxliyyə planı ilə tanış olmaq və işlər yerinə yetirilərkən bu sənədin olmasını təmin etmək;

4.10.3. məsul iş rəhbərinin iştirakı ilə iş yerlərinin hazırlığını, naryad-buraxılış sənədində nəzərdə tutulmuş təhlükəsizlik tədbirlərini yerinə yetirməsini, briqada üzvlərinin naryad-buraxılış sənədində göstərilmiş alətlərlə, materiallarla, mühafizə vasitələri ilə, nişanlarla, hasarlarla komplektləşdirilməsini, eləcə də briqada üzvlərinin hündürlükdə işlərə buraxılma haqqında vəsiqələrinin və bu vəsiqələrin qüvvədə olma müddətlərinin olmasını yoxlamaq;

4.10.4. naryad-buraxılış sənədində göstərilən alətlərin, materialların, mühafizə vasitələrinin, nişanların və hasarların hazırlanması və saz vəziyyətə gətirilməsi üzrə məsul iş icraçısına göstəriş vermək;

4.10.5. iş yerinə gələn kimi şəxsən baxış keçirməsi yolu ilə işə başlamaq üçün iş yerinin hazırlanması üzrə tədbirlərin təşkilini, təmin edilməsini və nəzarətini həyata keçirmək, naryad-buraxılış sənədinə və ya icra planına uyğun olaraq xilasedici qəza və təxliyyə vasitələri dəstinin, ilk yardım dəstinin, təhlükəsizlik nişanlarının, qoruyucu hasarların və iş yerlərinin düzgün yerləşdirilməsi də daxil olmaqla hündürlükdən düşməyə qarşı işçilərə verilmiş fərdi mühafizə vasitələrinin tamlığını yoxlamaq;

4.10.6. briqada tərkibinin naryad-buraxılış sənədində göstərilənlərə uyğun olduğunu yoxlamaq;

4.10.7. hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi üzrə tədbirlər barədə məlumatları briqada üzvlərinin diqqətinə çatdırmaq, naryad-buraxılış sənədində göstərilən siyahıya uyğun onları təlimatlandırmaq;

4.10.8. təlimat keçirilərkən briqada üzvlərinə işlərin icra edilmə ardıcıllığını, qəza və fövqəladə hallarda hərəkət qaydalarını izah etmək, hüquq və vəzifələrini onların diqqətinə çatdırmaq;

4.10.9. təlimatdan sonra hündürlükdə işlərin təhlükəsiz icra edilməsi üzrə tədbirlərin briqada üzvləri tərəfindən tam mənimsənildiyini yoxlamaq;

4.10.10. iş yerinin işə başlamaq üçün hazırlanması zamanı, iş icra olunarkən və başa çatdıqdan sonra, hündürlükdə işlərin təhlükəsizliyi üzrə naryad-buraxılış sənədində göstərilən tədbirlərin yerinə yetirilməsini təşkil və təmin etmək;

4.10.11. naryad-buraxılış üzrə briqadanın bilavasitə iş yerində işləməsinə icazə vermək;

4.10.12. hər bir briqada üzvünə onun iş yerini göstərmək;

4.10.13. məsul iş icraçısının icazəsi olmadan briqada üzvlərinə iş yerini tərk etməyi, naryad-buraxılış sənədində nəzərdə tutulmayan işlərin yerinə yetirilməsini qadağan etmək;

4.10.14. verilmiş naryad-buraxılış sənədində nəzərdə tutulmayan əlavə təhlükəli istehsal faktorları aşkar olunduğu halda, eləcə də briqadanın tərkibi dəyişdikdə yeni naryad-buraxılış sənədi tərtib olunana qədər işləri dayandırmaq;

4.10.15. işlər yerinə yetirilən zaman nizamlı fasilələri təşkil etmək, fasilələrdə briqada üzvlərini iş yerindən çıxarmaq və fasilələr bitdikdən sonra iş yerinə yalnız şəxsi baxış keçirdikdən işçilərin işləməsinə icazə vermək;

4.10.16. işlər başa çatdıqdan sonra materialların, alətlərin, qurğuların, hasarların, zibilin və başqa əşyaların yığışdırılmasını təşkil etmək, briqada üzvlərini iş yerindən çıxarmaq.

4.11. Məsul iş rəhbəri aşağıdakılara cavabdehdir:

4.11.1. naryad-buraxılış sənədində göstərilən bütün zəruri təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə;

4.11.2 işlərin yerinə yetirilmə şərtləri üzrə lazım olan, onun tərəfindən qəbul edilən əlavə təhlükəsizlik tədbirlərinə;

4.11.3. briqada üzvlərinin təlimatlandırılmasına;

4.11.4. hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsinin təşkilinə.

4.12. Məsul iş icraçısı briqada üzvü sayılır. O, məsul iş rəhbərinin əmrlərini yerinə yetirir. Briqada işə buraxılan andan etibarən məsul iş icraçısı daim iş yerində olmalı və briqada üzvlərinin təhlükəsizlik tədbirlərini yerinə yetirməklə və işlərin icrasının texnologiyasına əməl etməklə, işlərinə fasiləsiz nəzarət etməlidir. Məsul iş icraçısı müvəqqəti olaraq iş yerini tərk etməli olduğu halda və öz vəzifələrini onu əvəz edə biləcək məsul iş rəhbərinə və ya naryad-buraxılış sənədi vermək hüququna malik işçiyə həvalə etmək imkanı olmadıqda, briqadanı iş yerindən çıxarmalıdır.

4.13. Briqada üzvü – fəhlə aşağıdakılara əməl etməlidir:

4.13.1. yalnız ona tapşırılan işi yerinə yetirmək;

4.13.2. briqadanın başqa üzvləri ilə fasiləsiz vizual əlaqə, eləcə də səsli və ya radiodanışıq rabitəni həyata keçirmək;

4.13.3. işçilərin təhlükəsizliyini təmin edən fərdi mühafizə vasitələrindən, alətlərdən və texniki vasitələrdən istifadə etməyi bacarmaq;

4.13.4. verilmiş fərdi mühafizə vasitələrinə hər istifadədən əvvəl şəxsi baxış keçirmək;

4.13.5. fərdi mühafizə vasitələrini, alətləri və texniki vasitələri saz vəziyyətdə saxlamaq;

4.13.6. istehsalatda zərər çəkənlərə ilk yardım göstərməyi bacarmaq.

4.14. Naryad-buraxılış üzrə işlərin icrasına başlayan işçi aşağıdakılarla tanış olmalıdır:

4.14.1. yerinə yetirilən işlərin növünə və həcminə uyğun olaraq əməyin təhlükəsizliyi təlimatı ilə;

4.14.2. iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik şərtləri və vəziyyəti ilə, sağlamlığa zərər verə biləcək mövcud risklərlə, işlərin təhlükəsiz yerinə yetirilmə qaydaları və üsulları ilə;

4.14.3. zərərli və təhlükəli istehsal faktorlarının təsirindən mühafizə üzrə tədbirlərlə;

4.14.4. kollektiv və fərdi mühafizə vasitələrinin mövcud olması və vəziyyəti ilə, onların tətbiqi üzrə təlimatları ilə;

4.14.5. daxili əmək intizamı qaydaları və görüləcək işlərin yerinə yetirilməsi rejimləri ilə.

4.15. Hər briqada üzvü məsul iş içraçısının göstərişlərini, eləcə də buraxıldığı işdə əməyin mühafizəsi və texniki təhlükəsizlik, ixtisas, iş növləri üzrə təlimatın tələblərini yerinə yetirməlidir.

4.16. Naryad-buraxılış üzrə işlərə başlamazdan əvvəl işçinin düşməsi təhlükəsi ilə əlaqədar risklərin aşkar edilməsi üçün, iş yerinə bu Qaydalara uyğun baxış keçirilməlidir. İş yerinə baxış keçirilməsi məsul iş icraçısının iştirakı ilə məsul iş rəhbəri tərəfindən yerinə yetirilir. İş yerinə baxış keçirilərkən işçinin düşməsinə səbəb ola biləcək təhlükələr, o cümlədən aşağıdakılar müəyyən edilməlidir:

4.16.1. anker qurğularının etibarsızlığı;

4.16.2. işlərin icra olunduğu zonada kövrək (dağılan) səthlərin, açılan və ya bağlı olmayan lüklərin, dəliklərin olması;

4.16.3. hasarlanmayan hündürlük fərqi olan sürüşkən işçi səthlərin olması;

4.16.4. inşaat ayaqaltılarının, taxtabəndlərin, asma nərdivanın, söykəmə nərdivanın, qaldırıcı kranın səbəti üzərində işləyərkən onların dayanıqlığının pozulması, dağılması və ya aşması ilə işçinin mümkün ola bilən tarazlığını itirməsi;

4.16.5. konstruksiyanın, avadanlığın və ya onun elementlərinin bilavasitə üzərində işləyərkən dağılması.

4.17. Qeyri-stasionar iş yerlərinə baxış keçirilərkən aşağıdakılar nəzərə alınmalıdır:

4.17.1. hava şəraiti;

4.17.2. işçinin üzərinə materialların və əşyaların düşmə ehtimalı;

4.17.3. qaynaq və qaz alov avadanlığının, kəsici və ya ətrafa qəlpə səpələyən alətlərdən istifadə olunması;

4.17.4. konstruksiyaların elementlərində komponentlərin və mühafizə vasitələrinin hissələrinin zədələnmə riskini yaradan iti ucların olması;

4.17.5. anker qurğularının yeri ilə əlaqədar bu Qaydalarda göstərilmiş təhlükəli faktorların (10 nömrəli Əlavə) olması;

4.17.6. düşmə faktoru (işçinin düşmə hündürlüyünün amortizatorun işə düşməyə başlayana qədər sığorta sisteminin birləşdirici elementlərinin cəmi uzunluğa nisbəti ilə müəyyən olunan, işçinin mümkün ola bilən hündürlükdən düşməsinin xarakteristikası);

4.17.7. ehtiyat hündürlüyün olmaması faktoru (ehtiyat hündürlük, stropun və birləşdiricilərin cəmi uzunluğu, işə düşən amortizatorun uzunluğu, işçinin boyu, eləcə də altdakı səthdən düşmə dayandıqdan sonra işçinin tarazlıq vəziyyətinə qədər qalan boş yer nəzərə alınaraq hesablanır);

4.17.8. düşmə zamanı rəqqas faktoru (işçinin düşməsi rəqqasvari hərəkətlə müşayiət olunduqda anker qurğusunun yerinin işçinin yerləşməsinə nisbətən seçilməsi zamanı yaranır).

4.18. Naryad-buraxılış sənədində və icra planında nəzərdə tutulmuş, hündürlükdə işlərin təhlükəsizliyini təmin edən kompleks tədbirlərin dəyişdirilməsinə yol verilmir.

4.19. Naryad-buraxılış sənədi hündürlükdə iş başlayandan etibarən 15 təqvim günündən çox olmayan müddətə verilir. Naryad-buraxılış sənədini yalnız bir dəfə 15 təqvim günündən çox olmayan müddətə uzatmaq olar. İşdə fasilələr olduğu zaman naryad-buraxılış həmin müddət üçün artırılır. İş prosesində naryad-buraxılışda nəzərdə tutulmayan təhlükəli istehsal faktorları və zərərli əmək şəraiti yarandığı halda məsul iş rəhbərinin qərarı ilə işlər dayandırılır, naryad-buraxılış sənədi ləğv edilir, yalnız yeni naryad-buraxılış sənədi verildikdən sonra işlər bərpa olunur.

4.20. Naryad-buraxılış sənədinin vaxtını onu verən işçi və ya naryad-buraxılış sənədini vermə hüququna malik başqa işçi uzada bilər.

4.21. Başa çatmış işlərin naryad-buraxılış sənədi bir ay saxlandıqdan sonra məhv edilir. Naryad-buraxılış üzrə işlər yerinə yetirilərkən istehsalatda bədbəxt hadisə baş verərsə, o zaman bu naryad-buraxılış sənədləri istehsalatda bədbəxt hadisənin təhqiqat materialları ilə birgə müəssisənin arxivində saxlanılmalıdır.

4.22. Naryad-buraxılış sənədi üzrə görülmüş işlərin qeydiyyatı naryad-buraxılış üzrə işlərin uçotu jurnalında aparılır.

4.23. Naryad-buraxılış sənədində və icra planında nəzərdə tutulan işlərin təhlükəsizliyini təmin edən tədbirlər pozulduqda və ya işçilərin həyat və sağlamlığı üçün təhlükəli vəziyyət aşkar olunduqda məsul iş icraçısı tərəfindən briqada üzvləri istehsal sahəsindən çıxarılmalıdırlar. Yalnız aşkar olunan pozuntular aradan qaldırıldıqdan sonra briqada üzvləri yenidən işə buraxılır.

4.24. Naryad-buraxılış sənədini verən və ya bu sənədi vermək hüququna malik olan işçiyə briqadanın tərkibini dəyişdirməyə icazə verilir. Briqadanın tərkibinin dəyişdirilməsi barədə göstərişlər naryad-buraxılış sənədində öz imzası ilə göstəriş verən işçinin soyadı, adı, atasının adını yazan məsul iş rəhbərinə və ya məsul iş icraçısına telefon, radiorabitə vasitəsilə və ya birbaşa ötürülür.

4.25. Məsul iş icraçısı briqadanın tərkibinə daxil edilmiş işçiləri təlimatlandırmalıdır.

4.26. Məsul iş rəhbəri, məsul iş icraçısı və ya briqada tərkibinin yarıdan çoxu dəyişdirildiyi halda, iş şəraiti dəyişdiyində naryad-buraxılış sənədi ləğv olunur və yalnız yeni naryad-buraxılış sənədi verildikdən sonra işlər bərpa olunur.

4.27. Naryad-buraxılış sənədini verən şəxs sənəddə müvafiq qeyd aparmaqla briqadanın başqa işə keçirilməsini məsul iş rəhbərinə və ya məsul iş icraçısına həvalə edə bilər.

4.28. İş növbəsinin başa çatması ilə əlaqədar işdə yaranan fasilələr zamanı briqada hündürlükdəki iş yerini tərk etməlidir.

4.29. Məsul iş icraçısı naryad-buraxılış sənədini məsul iş rəhbərinə və ya sənədi verən şəxsə təhvil verməlidir. O olmadığı halda sənədi naryad-buraxılış üçün ayrılmış yerə qoymalıdır.

4.30. Məsul iş icraçısı naryad-buraxılış sənədinin özündə olan nüsxəsində işlərin bitməsini imzası ilə təsdiqləyir.

4.31. Hazırlanmış iş yerlərində sonrakı iş növbəsinə təkrar icazənin verilməsini məsul iş rəhbəri həyata keçirir.

4.32. Məsul iş icraçısı məsul iş rəhbərinin icazəsi ilə naryad-buraxılış sənədində müvafiq qeyd aparmaqla hazırlanmış iş yerinə briqada üzvlərini buraxır.

4.33. Sonrakı iş növbəsi başladığı zaman məsul iş icraçısı hasarların, təhlükəsizlik nişanlarının bütövlüyünə və tamlığına əmin olmalı və bundan sonra briqada üzvlərini işə buraxmalıdır.

4.34. İşə buraxılma barədə icazə məsul iş icraçısında olan naryad-buraxılış sənədinin nüsxəsində qeyd edilərək rəsmiləşdirilir.

4.35. İşlər başa çatdıqdan sonra məsul iş icraçısı briqadanı iş yerindən çıxarmalı, briqada tərəfindən quraşdırılmış müvəqqəti hasarları sökməli, bunların yerinə daimi hasarlar quraşdırmalı, təhlükəsizlik plakatlarını, bayraqları, anker qurğularını yığışdırmalı, iş yerinin təmizliyini yoxlamalı, alətlərin olmamasına diqqət yetirməli, naryad-buraxılış sənədində işin tam bitməsini öz imzası ilə təsdiqləyərək işin başa çatması barədə naryad-buraxılış sənədini verən işçiyə məlumat verməlidir.

4.36. İş yerinə baxış keçirildikdən sonra naryad-buraxılış üzrə işlərin uçotu jurnalının müvafiq qrafasında naryad-buraxılış sənədi üzrə işlərin tamamlanması qeyd olunaraq rəsmiləşdirilməlidir.

4.37. Məsul iş rəhbəri iş yerini yoxladıqdan sonra naryad-buraxılış sənədində işin tam bitməsini qeyd edib sonrakı gündən gec olmayaraq, naryad-buraxılış sənədini verən işçiyə təhvil verməlidir.

 

5. İstehsal sahələri və istehsal meydançaları ilə bağlı təhlükəsizlik tələbləri

 

5.1. Hündürlükdə işlər yerinə yetirilərkən işəgötürən iş yerində qoruyucu, sığortalayıcı və siqnal verən hasarların olmasını təmin etməli, daşınan yükün ən böyük qabarit ölçüləri nəzərə alınmaqla təhlükəli zonaların sərhədlərini, əşyaların və közərmiş metal hissəciklərin (məsələn, qaynaq işləri zamanı) ətrafa hansı məsafəyə atılmasını, maşın və avadanlıqların hərəkət edən hissələrinin ölçülərini müəyyən etməlidir. Hasarların və təhlükəsizlik nişanlarının quraşdırılma yeri işlərin həyata keçirilməsinə dair texnoloji xəritələrə və ya texniki reqlament, norma və qaydalara uyğun olaraq icra planında göstərilir.

5.2. Qoruyucu hasarların tətbiqi mümkün olmayan yerlərdə təhlükəsizlik sistemləri vasitəsilə ilə hündürlükdə işlərin icra edilməsinə icazə verilir.

5.3. Hündürlükdə işlər icra edilən yerin altında (aşağısında) işlərin görülməsi zamanı yüksək təhlükə zonası müəyyən edilir, işarələnir və hasarlanır. Təhlükəli zonanın müəyyən edilməsi bu Qaydalarda (11 nömrəli Əlavə) nəzərdə tutulmuşdur. İşlər bir şaquli xətt boyunca yerinə yetirildiyində, aşağı yerlər iş yerindən şaquli xətt üzrə 6 m məsafədən çox olmayaraq quraşdırılan müvafiq qoruyucu qurğularla (döşəmələrlə, torla, sipərlə) təchiz olunmalıdır.

5.4. Hündürlükdən yıxılma, yuxarıdan düşən materiallar, alətlər və əşyalardan, eləcə də quraşdırılma, xidmət göstərmə, təmir, montaj və ya sökülmə prosesində konstruksiya hissələri ilə xəsarət alma mümkün olan yüksək təhlükəli zonaya işçilərin və kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün işəgötürən bu zonanın hasarlanmasını təmin etməlidir.

5.5. Hasarların quraşdırılması mümkün olmadıqda işçilərin yüksək təhlükəli zonaya daxil olmaması üçün məsul iş icraçısı işçilərin yüksək təhlükəli zonaya yaxınlaşmasını qadağan etməlidir.

5.6. Müəssisənin hasarlanmış ərazilərindən kənarda yerləşən, işlərin icra edildiyi meydançalara kənar şəxslərin icazəsiz daxil olmasının qarşısını almaq üçün bu yerlər hasarlanır. Kənar şəxslərin belə meydançalara müəssisənin işçisinin müşayiəti ilə və qoruyucu dəbilqədə daxil olmasına icazə verilir.

5.7. Hündürlükdə hasarların quraşdırılması və sökülməsi işləri sığorta sistemlərinin tətbiqi ilə və təhlükəsizliyi təmin edən texnoloji ardıcıllıqla həyata keçirilməlidir.

5.8. Hündürlükdə hasarların quraşdırılmasını və sökülməsini məsul iş icraçısının bilavasitə nəzarəti altında, xüsusi təlim keçmiş işçilər yerinə yetirməlidir.

5.9. Hündürlükdə yerləşən iş yerlərində qəbul edilən və anbara yığılan materiallar, məhsullar, konstruksiyalar üzərində yığılan taxtalar və ayaqaltılar, meydançaların yükgötürmə qabiliyyətinə əsaslanaraq cari iş üçün tələb olunan həcmdə qəbul edilməli və elə yerləşdirilməlidir ki, işləmək üçün yerlər və iş yerinə keçidlər bağlanmasın.

5.10. İş yeri təmiz saxlanılmalıdır. Tədarükün, materialların, alətlərin, hazır məhsulun, istehsal tullantılarının saxlanılması texnoloji və marşrut xəritələrə uyğun şəkildə həyata keçirilməlidir.

5.11. İstifadə olunmayan materialların, istehsal tullantılarının iş yerlərinin giriş və çıxış keçidlərində yığılmasına yol verilmir.

5.12. Materialların saxlanma yeri icra planında göstərilir.

5.13. İş yerlərində tərkibində zərərli, yanğın və partlayış təhlükəli maddələr olan material ehtiyatları növbənin ehtiyaclarından çox olmamalıdır.

5.14. Fasilələr zamanı iş yerlərində olan texnoloji qurğular, alətlər və digər kiçik əşyalar bağlanmalı və ya yığışdırılmalıdır.

5.15. Materialların saxlanması və nəql edilməsi materialların istehsalçısının təlimatları əsasında yerinə yetirilir.

5.16. İş və ya növbə bitdikdən sonra materialların, alətlərin və ya qurğuların işlərin görüldüyü yerdə buraxılmasına yol verilmir. İri ölçülü qurğular bərkidilməlidir.

5.17. Taxtabənd (taxta lövhədən hazırlanmış döşəmə-texnoloji əməliyyatları yerinə yetirmək üçün fəhlələrin, materialların, mexanizmlərin yerləşdiyi səth) divardakı oyuqlara birtərəfli yanaşan zaman oyuğun aşağı kənarı onun səviyyəsindən aşağıdırsa taxtabənd hasarlanmalıdır.

5.18. İşçilərin düşə biləcəyi divardakı oyuqlar qapanır, hasarlanır və ya təhlükəsizlik nişanları ilə işarələnirlər.

5.19. İş yerləri dam örtüyünün üzərindədirsə bu zaman burada yerləşdirilən materialların, avadanlıqların, ləvazimatların və insanların ağırlığı layihədə nəzərdə tutulmuş, dam örtüyünə düşən yükün çəkisindən çox olmamalıdır.

5.20. Meydançalarda və iş yerlərində olan keçidlər aşağıdakı tələblərə cavab verməlidir:

5.20.1. keçidin eni 0,6 m-dən az, onun döşəməsindən dam örtüyünün elementlərinə qədər olan məsafə 1,8 m-dən az olmamalıdır;

5.20.2. işçilərin 5 m-dən çox hündürlükdə olan iş yerlərinə qalxıb-enməsi üçün tətbiq edilən nərdivanlar və ya pərçimlər təhlükəsizlik sistemləri ilə təchiz edilməlidir.

5.21. Hündürlükdə bir iş yerindən digərinə təhlükəsiz keçmək üçün qoruyucu hasarları olan keçiddə körpü qurğuları olmadığı halda bərk və ya elastik anker xətləri olan, anker qurğuları kimi istifadə edilən, üfüqi vəziyyətdə olan və ya üfüqi xəttə nəzərən 7o bucaq altında yerləşən sığorta sistemləri tətbiq edilməlidir.

5.22. Ayaqaltılar təyinatına görə istifadə olunmalıdır və müəssisədə bunların istifadə şərtlərinə texniki nəzarət təyin edilir.

5.23. Hündürlükdə işləri yerinə yetirmək üçün istifadə olunan ayaqaltılar, taxtabəndlər və başqa qurğular standart layihələr üzrə hazırlanmalı və müəssisə tərəfindən inventar uçota götürülməlidir.

5.24. İnventar ayaqaltılara və taxtabəndlərə aid istehsalçının pasportu olmalıdır.

5.25. Pasportu olmayan ayaqaltıların quraşdırılması bütün əsas elementlərin möhkəmliyə, ümumilikdə isə ayaqaltıların dayanıqlığa hesablanması ilə fərdi layihə üzrə yerinə yetirilməlidir. Layihə hündürlükdə işlərin təhlükəsiz təşkil edilməsi üzrə təyin olunmuş məsul şəxs tərəfindən imzalanmalıdır və müəssisənin baş mühəndisi (texniki direktoru) və ya bilavasitə müəssisə rəhbəri (fərdi sahibkar) tərəfindən təsdiq edilməlidir.

5.26. Ayaqaltı vasitələr əl ilə quraşdırılarkən bir işçinin payına düşən quraşdırma elementlərinin kütləsi aşağıdakılardan çox olmamalıdır:

5.26.1. 25 kq –ayaqaltı vasitələr hündürlükdə quraşdırılarkən;

5.26.2. 5 kq – yerdə və ya dam örtüyü üzərində (montaj kranları və bucurqadlar vasitəsi ilə iş yerində quraşdırmaqla) ayaqaltı vasitələrin quraşdırılması zamanı.

5.27. Ayaqaltı və onun elementləri aşağıdakı tələblərə cavab verməlidir:

5.27.1. quraşdırılma və sökülmə zamanı işçilərin təhlükəsizliyini təmin etməlidir;

5.27.2. istehsalçı müəssisənin pasportuna uyğun olaraq hazırlanmalı və quraşdırılmalıdır, təyinatına uyğun ölçülərə, möhkəmliyə və dayanıqlığa malik olmalıdır;

5.27.3. məhəccərlər və başqa qoruyucu qurğular, platformalar, döşəmələr, konsollar, dayaqlar, köndələn atılan tirlər, pilləkənlər və panduslar asan quraşdırılmalı və etibarlı bərkidilməlidir;

5.27.4. dağılmadan və dayanıqlığını itirmədən saxlanmalı və istismar olunmalıdır.

5.28. İşçilərin ayaqaltılara və taxtabəndlərə qalxdığı yerlərdə onların yerləşdirilmə sxemi və yol verilə bilən yüklənmə göstərilməklə plakatlar, eləcə də qəza vəziyyəti yarandığı halda işçilərin təxliyyə sxemləri yerləşdirilməlidir.

5.29. 6 m və daha çox hündürlükdə quraşdırılmış ayaqaltılarda işlərin yerinə yetirilməsi üçün ikidən az olmayan döşəmə - işçi (yuxarı) və qoruyucu (aşağı) döşəmə olmalıdır, binaya və ya tikiliyə bitişən ayaqaltıda olan hər iş yeri isə bunlardan əlavə yuxarıdan, işçi döşəmədən 2 m-dən çox olmayan hündürlükdə olan döşəmə örtüklə qorunmalıdır.

5.30. Bir şaquli xətt üzrə bir neçə yarusda, aralıq qoruyucu döşəmələr olmadan işlərin yerinə yetirilməsinə yol verilmir.

5.31. Ayaqaltıların aşağısında və yaxınlığında işlərin yerinə yetirilməsi, insanların və nəqliyyatın hərəkəti nəzərdə tutulmadığı hallarda qoruyucu (aşağı) döşəmənin quraşdırılması vacib deyil.

5.32. Çoxyaruslu xarakterə malik işlərin icrası zamanı ayaqaltının platformasının, döşəmənin, taxtabəndin, pilləkənlərin (nərdivanların) yuxarıdan düşən əşyalardan qorunması üçün onlar kifayət qədər ölçüyə və möhkəmliyə malik qoruyucu ekranlarla təchiz olunur.

5.33. Ayaqaltılar işçilərin qalxması və enməsi üçün bir-birindən 40 m-dən çox olmayan məsafədə nərdivanlarla və ya pilləkənlərlə təchiz edilir. Uzunluğu 40 m-dən az olan ayaqaltılarda ən azı iki nərdivan və ya pilləkən quraşdırılır. Nərdivanların və ya pilləkənlərin yuxarı ucu ayaqaltının köndələn tirinə bərkidilir. Nərdivandan döşəməyə çıxmaq üçün oyuqların ətrafı hasarlanır. Nərdivanların üfüqi xəttə nəzərən meyl bucağı 60o-dən çox olmamalıdır. Pilləkənlərin mailliyi 1:3 nisbətindən böyük olmamalıdır.

5.34. Ayaqaltılara yük qaldırmaq üçün bloklardan, maili dayaqlardan və başqa kiçik mexanikləşdirmə vasitələrindən istifadə edilir ki, bunlar da icra planına uyğun olaraq bərkidilməlidir.

5.35. Yüklərin daşınması üçün təyin olunan aralıqlar hərtərəfli hasarlanmalıdır.

5.36. Taxtabəndlər keçidin yaxınlığında nəqliyyat vasitələrinin qabarit ölçülərindən 0,6 m-dən az olmayan məsafədə quraşdırılırlar.

5.37. Yer səthindən, döşəmədən və ya meydançadan 4 m-dən çox hündürlükdə olan, üzərində dayaqlar quraşdırılan ayaqaltılar, hündürlükdə işlərin təhlükəsiz təşkili üçün təyin olunmuş məsul şəxs tərəfindən qəbul olunduqdan sonra istismara buraxılırlar.

5.38. Podratçı təşkilat tərəfindən quraşdırılan ayaqaltılardan istifadə etməklə işlər yerinə yetirilərkən, hündürlükdə işlərin təhlükəsiz təşkili üzrə məsul şəxsin iştirakı ilə, işlər gedən ərazidə hündürlükdə işlərin təhlükəsiz təşkilinə cavabdeh işçilər tərəfindən istismara qəbul edilməlidir.

5.39. Ayaqaltıların qəbul nəticələri onu istismara qəbul edən müəssisənin baş mühəndisi (texniki direktor) və ya bilavasitə müəssisənin rəhbəri (fərdi sahibkar) tərəfindən təsdiq edilir. Öz ehtiyacları üçün podratçı müəssisə tərəfindən quraşdırılan ayaqaltıların qəbul nəticələrinin bu müəssisənin sahə (sex) rəisi tərəfindən təsdiq edilməsinə icazə verilir.

5.40. Qəbul nəticələrinin təsdiq olunmasına qədər taxta qurğularda işləməyə yol verilmir.

5.41. Hündürlüyü 4 m-ə qədər olan hündür döşəmələr və taxta qurğular, onların qəbulu və baxış keçirilməsi barədə jurnalda (8 nömrəli Əlavə) qeydlər edilərək məsul iş rəhbəri tərəfindən qəbul edildikdən sonra istismara buraxılır.

5.42. Taxta qurğuların və hündür döşəmələrin qəbulu zamanı onların istehsalçı müəssisənin pasportuna uyğunluğu, ayrı-ayrı elementlərin bərkidiçi düyünlərinin möhkəmliyi, dayanıqlığını təmin edən bəndlərin və dayaqların olması, taxtabəndlərin və hasarların qüsursuz olması, dayaqların şaquliliyi, dayaq meydançalarının etibarlılığı və yerləbirləşmənin olması (metaldan hazırlanan ayaqaltılar, qurğular üçün) yoxlanılır.

5.43. Ayaqaltılara istehsalçı müəssisənin pasportunda nəzərdə tutulmuş vaxtlarda mütəmadi olaraq, eləcə də ekstremal hava və seysmik şəraitin təsirindən, onların möhkəmliyinə və dayanıqlığına təsir edə biləcək digər şəraitlərdən sonra baxış keçirilir. Ayaqaltılarda deformasiya aşkar olunduğu halda, bu deformasiyalar aradan qaldırılmalı, sonra bu Qaydaların 5.37-ci və 5.41-ci bəndlərinin tələblərinə uyğun olaraq təkrar qəbuldan keçirilməlidir.

5.44. İş icraçısı (briqadir) hər iş növbəsi başlamazdan əvvəl, hündürlükdə işlərin təhlükəsiz təşkilinə cavabdeh işçilər isə 10 iş növbəsində bir dəfədən az olmayaraq ayaqaltılara baxış keçirirlər. Baxışın nəticələri ayaqaltıların və taxtabəndlərin qəbulu və baxışı jurnalında qeyd olunur.

5.45. Ayaqaltılara baxış keçirilərkən aşağıdakılar müəyyən edilir:

5.45.1. ayaqaltıların konstruksiya elementlərində onların möhkəmliyinə və dayanıqlığına təsir edə biləcək qüsurların və zədələrin olub olmaması;

5.45.2. ayaqaltıların möhkəmliyi və dayanıqlığı;

5.45.3. lazımi hasarlanmanın olması;

5.45.4. sonrakı işlər üçün ayaqaltıların yararlı olması.

5.46.Üzərində bir ay ərzində və daha çox müddətdə işlər yerinə yetirilmədikdə, işlər başlamazdan əvvəl ayaqaltılar yenidən yoxlanıb qəbul edilməlidir.

5.47. Ayaqaltıların döşəməsi və nərdivanları (pilləkənləri) iş prosesində vaxtaşırı və hər gün işin sonunda zibildən, qış vaxtı qardan və buzdan təmizlənməli, lazım gəldiyi halda döşəməyə qum səpilməlidir.

5.48. Təsadüfi ayaqaltılardan (yeşiklər, çəlləklər) istifadə olunmasına yol verilmir.

5.49. Ayaqaltıların quraşdırılması və sökülməsi icra planında nəzərdə tutlmuş ardıcıllığa riayət olunaraq yerinə yetirilir. Ayaqaltıların quraşdırılması və sökülməsində iştirak edən işçilər işlərin təhlükəsiz metodları və üsullarına dair təlimlər keçməli və işlərin icra olunma üsulları, ardıcıllığı və təhlükəsizlik tədbirləri barədə təlimatlandırılmalıdırlar.

5.50. Binaya bitişik ayaqaltılar sökülən zaman sökülən ərazidə birinci mərtəbənin bütün qapı yerləri və bütün mərtəbələrin balkona çıxışları bağlanılır.

5.51 Ayaqaltıların qismən sökülməsinə və qalan hissələrin üzərində sonradan işlərin yerinə yetirilməsi üçün saxlanmasına yol verilmir.

5.52. Ayaqaltıların, taxtabəndlərin quraşdırıldığı və ya söküldüyü zonaya kənar şəxslərin (bilavasitə bu işlərlə məşğul olmayan) girişi bağlı olmalıdır.

5.53. Binaların girişində yerləşdirilən ayaqaltılar yuxarıdan təsadüfən düşə biləcək əşyalardan qorunması üçün yan tərəflərdən tam örtülü qoruyucu sipərlə təchiz olunurlar.

5.54. Qoruyucu sipərlər ayaqaltıların kənarından ən azı 1,5 m kənara çıxmalı və ayaqaltına tərəf 20o bucaq altında mailliyə malik olmalıdır.

5.55. Keçidlərin hündürlüyü 1,8 m-dən az olmamalıdır.

5.56. Ayaqaltı vasitələrinin bilavasitə yaxınlığında kütləvi keçidlər təşkil olunduğu zaman insanların keçib getdiyi yerlər bütöv qoruyucu örtüklə təchiz olunur, ayaqaltıların fasadı isə gözcüklərinin ölçüsü 5x5 mm-dən böyük olmayan qoruyucu torla bağlanır.

5.57. Hərəkət edən ayaqaltı vasitələrini istismar edərkən aşağıdakı tələblər yerinə yetirilməlidir:

5.57.1. ayaqaltı vasitələrin eninə və uzununa istiqamətdə, üzərində hərəkət etdirildiyi səthin meylliyi bu tipli ayaqaltı vasitələri üçün hazırlanmış istehsalçı müəssisənin pasportunda və ya təlimatında göstərilən ölçüdən çox olmamalıdır;

5.57.2. küləyin sürəti 10 m/san-dən çox olduğu hallarda ayaqaltı vasitələrin hərəkətinə icazə verilmir;

5.57.3. ayaqaltı vasitələri hərəkət etdirilməzdən əvvəl materiallardan və taradan təmizlənməli və onların üzərində adamlar olmamalıdır;

5.57.4. ayaqaltı vasitələrində qapılar içəriyə doğru açılmalı və öz-özünə açılmasının qarşısını alan ikiqat hərəkətli fiksasiya qurğusuna malik olmalıdır.

5.58. Asma ayaqaltı vasitələri, taxtabəndlər və nənnilər montaj olunduqdan (yığıldıqdan, hazırlandıqdan) və müvafiq sınaqlardan keçirildikdən sonra istismara buraxılır.

5.59. Asma ayaqaltı vasitələri və ya taxtabəndlər bir neçə dəfə istifadə olunduqdan sonra sınaq keçmədən o halda istismara buraxılır ki, ayaqaltı vasitələrin asıldığı konstruksiyalar hesablandığı yükün ikiqatından az olmayan yüklə yoxlanılmış olsun və ayaqaltı vasitələrin bərkidilməsi isə lazımi sınağa davam gətirən standart qurğularla həyata keçirilsin.

5.60. Sınaqların nəticələri ayaqaltı vasitələrin və döşəmələrin qəbulu və baxış keçirilməsi jurnalında əks olunur.

5.61. Asma ayaqaltı vasitələrinin yellənməsinin qarşısını almaq üçün onlar binanın (tikilinin) və ya konstruksiyanın daşıyıcı hissəsinə bərkidilməlidir.

5.62. Nənnilər və hərəkət edən ayaqaltı vasitələrinin üzərində növbə ərzində işlər yerinə yetirilmirsə, onlar yerə endirilməlidir.

5.63. Hər gün işə başlamazdan əvvəl nənnilərə, hərəkətli ayaqaltı vasitələrinə və kanatlara baxış keçirilməli və yoxlanmalı, işçi kanatın qırılmasının imitasiyası ilə sınaqlar keçirilməlidir.

5.64. Hündürlükdə asma nənnilərdə iş zamanı işçilərin təhlükəsizliyi ayaqaltı vasitələr üzərində işləyərkən təqdim olunan təhlükəsizliyin ümumi tələblərindən əlavə təhlükəsizliyin sığorta sistemlərindən istifadə olunmaqla təmin edilməlidir.

5.65. Ayaqaltı vasitələri hərəkət edərkən üzərində işçilərin olmasına yol verilmir.

 

6. Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin tətbiqinə dair tələblər

 

6.1. Bu Qaydalarda nəzərdə tutulmuş, hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlər (12 nömrəli Əlavə) aşağıdakı növlərə bölünür:

6.1.1. tutub saxlayan sistemlər;

6.1.2. mövqedə saxlama sistemləri;

6.1.3. sığorta sistemləri;

6.1.4. xilasetmə və təxliyyə sistemləri.

6.2. Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlər aşağıdakı tələblərə cavab verməlidir:

6.2.1. iş yerlərində mövcud şəraitə, yerinə yetirilən işin xarakterinə və növünə uyğun olmalıdır;

6.2.2. işçinin sağlamlıq vəziyyətinə uyğun olmalıdır;

6.2.3. zəruri düzəlişlərdən sonra işçinin cinsinə, boyuna və ölçülərinə uyğun olmalıdır.

6.3. Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlər aşağıdakılar üçün nəzərdə tutulmuşdur:

6.3.1. işçini hündürlükdən düşməsinin qarşısı alınacaq vəziyyətdə tutub saxlamaq (tutub saxlama və ya mövqedə saxlama sistemləri) üçün;

6.3.2. yıxılmanın təhlükəsiz dayandırılması (sığorta sistemi) və onun nəticələrinin ağırlığının azaldılması üçün;

6.3.3. xilasetmə və təxliyyə üçün.

6.4. İşəgötürən fərdi mühafizə vasitələrinin verilməsinin standart normalarına uyğun olaraq və iş şəraitinin qiymətləndirilməsinin nəticələrinə əsasən hündürlükdən düşməyə qarşı fərdi mühafizə vasitələri ilə uyğunlaşan elementləri, komponentləri və ya yarım sistemləri birləşdirərək işçini hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlə təmin edir.

6.5. İşçilərin kollektiv və fərdi mühafizə vasitələri istehsalçının texniki sənədlərinin təlimatlarında göstərilən tələblərə uyğun olaraq təyinatına görə istifadə olunmalıdır. Texniki sənədləri olmayan mühafizə vasitələrindən istifadəyə yol verilmir.

6.6. İşçilərin kollektiv və fərdi mühafizə vasitələri müvafiq qaydada qeydiyata alınmalı və istehsalçının sənədlərində göstərilmiş tələblərə uyğun olaraq, onlara xidmət göstərən və vaxtaşırı yoxlamalar keçirən müəssisə tərəfindən texniki cəhətdən saz vəziyyətdə saxlanmalıdır.

6.7. Bütün kollektiv və fərdi mühafizə vasitələrinin üzərinə müəyyən olunmuş tələblərə uyğun olaraq uzun müddətli markalar vurulmalıdır.

6.8. İşəgötürən işçilərə müəyyən olunmuş vaxtlarda fərdi mühafizə vasitələrinin verilməsinə nəzarəti təşkil etməli və onların hesabatını aparmalıdır.

6.9. İşçilərə fərdi mühafizə vasitələrinin verilməsi və onlardan təhvil alınması fərdi mühafizə vasitələrinin verilməsi barədə şəxsi uçot kartında qeyd edilməlidir.

6.10. İşəgötürən istismar sənədlərindəki göstərişlərə uyğun olaraq hündürlükdə işlərin təhlükəsizliyinin təmin etmə sistemlərinin saz vəziyyətdə olmasının daim yoxlanılmasını, eləcə də mühafizə xassələri aşağı düşmüş elementlərin, komponentlərin və ya yarımsistemlərin vaxtında dəyişdirilməsini təmin etməlidir.

6.11. İstismar edildiyi müəssisələrdə fərdi mühafizə vasitələrinin hündürlükdən ağırlaşdırılmış yüklə düşməsi üzrə dinamik və statik sınaqları keçirilmir.

6.12. Hündürlükdə işləməyə buraxılan işçilər onlara verilən fərdi mühafizə vasitələrinə hər istifadədən əvvəl və sonra baxış keçirməlidirlər.

6.13. Mühafizə vasitələrinin işləmə müddəti, saxlanması, istismar və istifadə qaydaları istehsalçı tərəfindən müəyyən olunur və məhsula əlavə edilən sənədlərdə göstərilir.

6.14. Hündürlükdə işlərin təhlükəsizliyinin təmin etmə sistemləri aşağıdakılardan ibarətdir:

6.14.1. anker qurğuları;

6.14.2. bağlayıcı iplər (sığorta edən, tutub saxlamaq, mövqedə saxlamaq, oturaq vəziyyət üçün);

6.14.3. birləşdirici-amortizasiya yarımsistemləri (stroplar, kanatlar, karabinlər, amortizatorlar, dartıcı tipli mühafizə vasitələri, elastik və ya sərt anker xəttində sürüngəcli tipli düşmədən qoruyan mühafizə vasitələri).

6.15. Hündürlükdə işlərin təhlükəsizliyinin təmin etmə sistemlərinin anker qurğularının tipi və yeri icra planında və ya naryad-buraxılış sənədində göstərilir.

6.16. Tutub saxlayan sistemlərin anker qurğuları və mövqedə saxlayan sistemlər 13,3 kN-dən az olmayan yükə dağılmadan tab gətirirlərsə, işə yararlı sayılırlar.

6.17. Əgər bir işçi üçün sığorta sistemlərinin anker qurğusu 22 kN-dan az olmayan yükə dağılmadan tab gətirirsə, işə yararlı sayılır. İki işçi üçün sığorta sistemlərinin birləşdirilməsində anker bərkidicilərinin nöqtələri (düyünləri) 24 kN-dan az olmayan yükə dağılmadan tab gətirməlidir və bundan başqa hər əlavə işçiyə 2 kN əlavə edilir (məsələn, üfüqi elastik anker xətləri üçün -26 kN üç nəfər üçün, 28 kN 4 dörd nəfər üçün).

6.18. Anker qurğusunda yükün hesablanması qaydasına (13 nömrəli Əlavə) uyğun olaraq, anker qurğusu kimi öz aralarında bir neçə anker nöqtəsinin birləşməsindən istifadə etməyə yol verilir.

6.19. Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edən tutub saxlayıcı sistemlərdən istifadə edilərkən, bu Qaydaların 12 nömrəli əlavəsində nəzərdə tutulmuş 1-ci qrafik sxeminə uyğun olaraq, stropun uzunluğunun və ya çəkib dartan kanatın maksimal uzunluğunun məhdudlaşdırılması düşmə təhlükəsi olan işçi zonada, eləcə də səthi kövrək materialdan olan sahələrdə, açılan lüklərdə və deşiklərdə istisna olunmalıdır.

6.20. Tutub saxlayıcı sistemlərdə ip (qayış) kimi həm tutan, həm də sığortalayıcı kəmərdən istifadə olunur.

6.21. Tutub saxlayıcı sistemlərin birləşdirici-amortizasiya yarımsistemlərinin stropları kimi uzunluğu sabit və ya tənzimlənən vəziyyətdə tutmaq və ya mövqedə saxlamaq üçün stroplardan, o cümlədən elastik, amortizatorlu stroplardan və dartılan qoruyucu qurğulardan istifadə olunur.

6.22. Bu Qaydaların 12 nömrəli əlavəsində nəzərdə tutulmuş, hündürlükdə işlərin təhlükəsizliyinin təmin edən mövqedə saxlayan sistemindən 2-ci qrafik sxeminə uyğun olaraq işçinin dayaqda (dirəkdə) rahat işinin təmin olunması üçün hündürlükdə işçinin vəziyyətini təsbit etmək lazım olduğu halda istifadə edilir, bu zaman işçi dayaq nöqtəsindən aşağıda müəyyən duruş vəziyyəti alaraq düşmə riskini minimuma endirir.

6.23. Mövqedə saxlama sistemindən istifadə edilməsi sığorta sisteminin mütləq (hökmən) olmasını tələb edir.

6.24. Mövqedə saxlama sistemlərinin birləşdirici-amortizasiya yarımsistemləri kimi sabit və tənzimlənən uzunluğu mövqedə saxlamaq üçün stroplardan ibarət birləşdiricilərdən istifadə edilməlidir. Elastik və ya sərt anker xətlərində sürüngəc tipli mühafizə vasitələrindən də istifadə edilir.

6.25. Bu Qaydaların 12 nömrəli Əlavəsində nəzərdə tutulmuş, hündürlükdə işlərin təhlükəsizliyinin təmin edən sığorta sistemindən 3-cü qrafik sxeminə uyğun olaraq iş yerinə baxış keçirilərkən dayaq səthi ilə kontaktını itirən işçinin dayaq nöqtəsindən aşağıya düşmə riski aşkar olunduğu halda mütləq istifadə olunur. Bu halda sığorta sistemlərindən istifadə edilməsi hündürlükdən düşmənin dayandırılması yolu ilə düşmə nəticəsində alınan xəsarətləri minimuma endirir.

6.26. Sığorta sistemlərində sığortalayıcı kəmər kimi ipdən istifadə edilir. İşçinin düşməsi dayandırılan zaman onun onurğasına təsir edən zərbədən xəsarət alma riskinin böyük olması və ya hadisənin ölümlə nəticələnməsi, qoruyucu kəmərdən çıxıb yıxılması və ya asılmış vəziyyətdə işçinin uzun müddət qoruyucu kəmərlə statik vəziyyətdə qala bilməməsi səbəbinə görə boyun qayışı olmayan qoruyucu kəmərlərin istifadə olunması qadağandır.

6.27. Sığorta sistemlərinə aid birləşdirici-amortizasiya yarımsistemlərinin tərkibinə mütləq amortizator daxil edilir. Birləşdirici-amortizasiya yarımsistemləri stroplardan, dartıcı qoruyucu qurğulardan, elastik və ya sərt anker xətlərində sürüngəc tipli mühafizə vasitələrindən hazırlana bilər.

6.28. İcra planında və ya naryad-buraxılış sənədində göstərilmiş sığorta sisteminin anker qurğusunun tipi və yeri aşağıdakıları təmin etməlidir:

6.28.1. işçinin bilavasitə düşməsi zamanı (məsələn, obyektin elementlərinə dəyib zərbə alması) və ya düşmə zamanı dayandığı anda (məsələn, düşmə dayandırılan zaman yaranan təsirlərdən) xəsarət alma riskinin azaldılması üçün düşmə faktorunun minimal olmasını;

6.28.2. düşmənin rəqqaslı trayektoriyasının tam qarşısını almaq və ya maksimal dərəcədə azaltmaq;

6.28.3. işçinin altında onun düşməsi dayandırıldıqdan sonra stropun və ya dartıcı kanatın qoruyucu qurğusunun cəmi uzunluğunu, işə düşən amortizatorun və bütün birləşdiricilərin uzunluğunu nəzərə almaqla kifayət qədər boş məkanın olmasını.

6.29. Anker xətləri, kanatlar və ya konkret konstruksiyaların stasionar istiqamətləndiriciləri, onların tətbiq olunma, quraşdırılma və istismar xüsusiyyətlərini müəyyən edən istehsalçı müəssisənin təlimatlarının tələblərinə cavab verməlidir.

6.30. Qəza vəziyyəti və xilasedici işlər yerinə yetirilən zaman təxliyyə planında hündürlükdə işlər icra olunarkən qəza və ya bədbəxt hadisə baş verdiyi halda adamların təxliyyəsini həyata keçirməyə imkan verən təxliyyə və xilasedici vasitələrin tətbiqi nəzərdə tutulmalıdır.

6.31. Düşməsi dayandırıldıqdan sonra asılmış vəziyyətdə, sığorta sistemində qalan işçinin xəsarət alma riskini azaltmaq üçün təxliyyə planı maksimal dərəcədə qısa müddət ərzində (10 dəqiqədən çox olmayaraq) işçini asılmış vəziyyətdən azad etməyə imkan verən tədbirləri və vasitələri (məsələn, öz-özünü xilas etmə sistemi) nəzərdə tutmalıdır.

6.32. Bu Qaydaların 12 nömrəli Əlavəsində nəzərdə tutulmuş, hündürlükdə işlərin təhlükəsizliyinin təmin etmə sistemlərinin 4-cü və 5-ci qrafik sxemlərinə uyğun olaraq xilasetmə və təxliyyə sistemlərinin tərkibinə daxildir:

6.32.1. əlavə və ya artıq istifadə olunmuş, lakin əlavə yükə hesablanmış anker qurğuları və ya anker xətləri;

6.32.2. tutub saxlayıcı, mövqedə saxlayan, enib-qalxma və ya sığorta sistemləri;

6.32.3. təxliyyə planından asılı olaraq lazım olan qaldırma və ya endirmə vasitələri (məsələn, bucurqadlar, bloklar, tripodlar, qaldırıcılar);

6.32.4. xərəklər, şinlər, hərəkəti dayandıran vasitələr;

6.32.5. tibbi yardım üçün dərman qutusu.

6.33. Hündürlükdə konkret iş şəraitindən asılı olaraq işçilər hündürlükdən düşməyə qarşı təhlükəsizlik sistemləri ilə birlikdə aşağıdakı fərdi mühafizə vasitələri ilə təmin olunmalıdırlar:

6.33.1. xüsusi geyimlə - zərərli istehsal faktorlarının təsirindən asılı olaraq;

6.33.2. dəbilqələrlə – başın yuxarıdan düşən əşyalardan, eləcə də əşyalara və ya konstruksiyaya dəyərək zərbələrdən alınan xəsarətlərdən qorunması üçün, başın üst hissəsinin 440 V-a qədər gərginlikli dəyişən elektrik cərəyanı ilə vurulmasından qorunması üçün;

6.33.3. qoruyucu gözlüklərlə, sipərlərlə, qoruyucu ekranla–tozdan, uçuşan hissəciklərdən, işıqdan və ya şüalanmadan qorunmaq üçün;

6.33.4. qoruyucu əlcəklər və ya uzun əlcəklərlə, qoruyucu kremlərlə və başqa vasitələrlə -əlləri qorumaq üçün;

6.33.5. xüsusi ayaqqabılarla – ayaqlardan xəsarət almaq təhlükəsi olan işlərdə işləmək üçün;

6.33.6. tənəffüs orqanlarını mühafizə edən vasitələrlə -tozdan, tüstüdən, buxardan və qazdan qorunmaq üçün;

6.33.7. fərdi oksigen aparatları və başqa vasitələrlə - oksigen çatışmayan şəraitdə işləmək üçün;

6.33.8. qulaqları qoruyan vasitələrlə;

6.33.9. elektrik qurğularında istifadə edilən qoruyucu vasitələrlə;

6.33.10. xilasedici jiletlər və kəmərlərlə - suya düşmə təhlükəsi olduqda;

6.33.11. siqnalverən jiletlərlə - nəqliyyat vasitələrinin hərəkət etdiyi yerdə işlər yerinə yetirilərkən.

6.34. Hündürlükdə işləyən işçilər çənəaltı qayışı bağlı olan qoruyucu dəbilqələr geyinməlidirlər. Dəbilqənin daxili hissəsi və çənəaltı qayışı taxılıb çıxarıla bilən olmalı və dəbilqənin gövdəsinə bərkidilmək üçün konstruksiyaya malik olmalıdır. Çənəaltı qayış uzunluq boyunca tənzimlənən olmalı, bərkidilmə üsulu onun tez açıla bilmə imkanını təmin etməli və dəbilqənin işçinin başından öz-özünə düşməsinə və ya əyilməsinə yol verməməlidir.

6.35. Enib-qalxma kanat sistemindən istifadə edən işçilərə (obyektdən, ilin fəsillərindən və iqlim şəraitindən asılı olaraq) istehsalçının istismar sənədlərinə uyğun olaraq, sürüşməyə qarşı dayanıqlı xassəyə malik xüsusi ayaqqabılar verilir.

6.36. Odlu işləri yerinə yetirən elektrik-qaz qaynaqçıları və başqa işçilər üçün sığorta sisteminin stropu polad kanatdan, zəncirdən və ya xüsusi odadavamlı materiallardan hazırlanmalıdır.

6.37. İcazə verilməmiş və ya nasaz fərdi mühafizə vasitələri ilə işçilərin hündürlükdə işləməsinə yol verilmir.

 

7. Kanatla yanaşma sistemi

 

7.1. Bu Qaydaların 14 nömrəli Əlavəsində nəzərdə tutulmuş, qrafik sxemə uyğun olaraq, yalnız iş yerinə baxış keçirilərkən digər daha təhlükəsiz metod və avadanlıqların istifadə edilməsi məqsədəuyğun olmadığı halda kanatla yanaşma sistemi tətbiq edilir.

7.2. İşçinin şaquli (üfüqi xəttə nisbətən 70o-dən çox) və maili (üfüqi xəttə nisbətən 30o-dən çox) səthlər üzrə qalxıb enməsi üçün, eləcə də dayaq olmayan fəzada asılı vəziyyətdə işləri yerinə yetirməsi üçün anker qurğularından və birləşdirici yarımsistemlərdən (elastik və ya sərt anker xətti, stroplar, kanatlar, karabinlər, enmə və qalxma üçün qurğular) ibarət olan kanatla yanaşma sistemi tətbiq edilir.

7.3. Kanatla yanaşma sistemindən istifadə olunmaqla görülən işlər, anker qurğusu və birləşdirici yarımsistemlərdən (elastik və ya sərt anker xətti, amortizator, stroplar, kanatlar, karabinlər, tutucular, sığortalayıcı kəmərlər) ibarət sığorta sistemlərindən məcburi istifadə edilməklə yerinə yetirilir.

7.4. Bir kanatdan eyni zamanda həm sığorta sistemi, həm də kanatla yanaşma sistemi üçün istifadə etməyə yol verilmir.

7.5. Hündürlükdə kanatla yanaşma sistemindən istifadə olunmaqla görülən işlər icra planının işlənilməsini tələb edir və naryad-buraxılış sənədi üzrə yerinə yetirilir.

7.6. Kanatla yanaşma sisteminin və sığorta sisteminin anker qurğularına bərkidilməsi yerləri və üsulları icra planında və ya naryad-buraxılış sənədində göstərilir.

7.7. Kanatla yanaşma sistemi və sığorta sistemi ayrıca anker qurğularına malik olmalıdır. Əgər bərkitmə (dayaq) nöqtələrinin hər biri dağılmadan 22 kN-dan az olmayan yükə tab gətirirsə, yararlı hesab olunurlar.

7.8. Qəza vəziyyəti zamanı və xilasetmə işləri həyata keçirilərkən təxliyyə planı ilə xilasetmə və təxliyyə sistemlərinin iş vaxtı istifadə olunan bərkitmə nöqtələrinə birləşdirilməsi (bağlanması) nəzərdə tutulmuşdursa, bu nöqtələr (düyünlər) dağılmadan 24 kN-dan az olmayan yükə tab gətirməlidirlər.

7.9. Kanatın zədələnə və ya əzilə biləcəyi yerlərin mühafizəsi həyata keçirilməlidir.

7.10. Bir ucu bağlanmış bütün kanatlar (elastik anker xətləri) sonlu məhdudlaşdırıcılara (məsələn, enmə zamanı kanatın ucunu keçməmək üçün düyün) malik olmalıdırlar. Fərdi mühafizə vasitələri istehsalçılarının tövsiyələrinə uyğun olaraq, kanatın ucundakı məhdudlaşdırıcı ağırlaşdırıcı ilə birləşdirilir.

7.11. Bir işi bir neçə işçi eyni vaxtda yerinə yetirərkən işçilərin şaquli xətt üzrə bir-birinin başı üzərində işləməsinə yol verilmir.

7.12. Kanatla yanaşma sistemlərində birləşdirici yarımsistemlərin anker qurğusuna bağlanması üçün düyünlərdən istifadə olunması yolverilməzdir. Alətlərin, inventarın, qurğu və materialların asılması üçün istifadə olunan düyünlər, eləcə də kanatlarda tətbiq edilən uzatmalar icra planında göstərilməli və iş zamanı boşaldılmamalı və ya açılmamalıdır.

7.13. İstisna hallarda (təcili təxliyyə, həyat üçün təhlükə) yuxarıdan düşmə riskinin qiymətləndirilməsini nəzərə alaraq, kanatla yanaşma və sığorta sistemlərində eyni vaxtda istifadə etmək üçün bir kanatdan istifadə olunmasına icazə verilir.

7.14. Kanatla yanaşma sistemindən istifadə olunmaqla yerinə yetirilən işlərin müddəti 30 dəqiqədən çox olarsa, o zaman oturacaqdan istifadə olunmalıdır.

7.15. Konstruktiv olaraq sığorta bağlamasının tərkibinə daxil olmayan işçi oturacağı bel nahiyəsində bel üçün dayağa malik olmalıdır. İşçilərin təhlükəsiz və səmərəli işləməsini yaxşılaşdırmaq üçün işçi oturacaqda ayaqlar üçün hündürlük üzrə tənzimlənən dayaq (ayaqaltı) nəzərdə tutulur.

7.16. Kanatla yanaşma sistemində çox halda sintetik liflərdən hazırlanmış statik kanatlardan istifadə olunur. Müvafiq qaldırıb-endirmə qurğularından istifadə etməklə polad kanatlardan da istifadə etməyə yol verilir.

7.17. Həm kanatla yanaşma sistemində, həm də onunla birlikdə istifadə olunan sığorta sistemində tətbiq edilən kanatların uzunluğu, eləcə də işlərin yerinə yetirilməsi üçün lazım olan kanatların uzadılma üsulları icra planında müəyyən edilir.

7.18. İş növbəsi müddətində işdə olan fasilələr zamanı (məsələn, nahar fasiləsi, iş şəraitinə görə fasilə) briqada üzvləri iş yerindən (hündürlükdən) kənarlaşdırılmalı, sığorta sistemlərinin komponentləri yığışdırılmalı, kanatla yanaşma sisteminin kanatları isə ya qaldırılmalı, ya da kənar şəxslər onlara yaxınlaşmamalıdırlar. Fasilədən sonra briqada üzvləri məsul iş icraçısı olmadan iş yerinə qayıtmamalıdırlar. Belə fasilədən sonra naryad-buraxılış sənədində qeyd olunmadan məsul iş icraçısı işlərin icra olunmasına icazə verir.

 

8. İşçilərin konstruksiyalar və hündür obyektlər üzrə yerdəyişməsi zamanı təhlükəsizlik tələbləri

 

8.1. İşçilərin hündürlükdə konstruksiyalar üzrə yerdəyişməsi (qalxması və enməsi) zamanı yuxarıdan (düşmə faktoru 0) anker qurğusunu mövqedə saxlamaqla sığorta sistemini təşkil etmək mümkün olmadığı halda onların təhlükəsizliyini təmin etmək üçün bu Qaydaların 15 nömrəli əlavəsində nəzərdə tutulmuş, konstruksiyalar üzrə hərəkət zamanı işçinin təhlükəsizliyin təmin edilməsi sistemlərindən 1-ci və 2-ci qrafik sxemlərinə uyğun olaraq istifadə edilir, sistemlərin 3-cü qrafik sxeminə uyğun olaraq özü-özünü sığorta etməklə və ya aşağıdan ikinci işçi ilə (sığorta edən) təhlükəsizliyini təmin edir.

8.2. İşçi özünü sığortaetmə sistemindən (özünü qoruma) istifadə edərkən 2-ci qrupa malik olmalı və öz hərəkətləri ilə fasiləsiz qorunmasını təmin etməlidir.

8.3. Konstruksiyalar və hündür obyektlər üzrə yerini dəyişərkən (qalxan və enən zaman) ikinci işçi ilə birincinin təhlükəsizliyini təmin etmək üçün dinamik kanatlı tormoz sisteminə malik asılı olmayan anker qurğusu quraşdırılmalıdır. Kanatın bir ucu qalxıb-enən işçinin sığortalayıcı kəmər, ikinci ucu sığorta edən işçi tərəfindən tutulub saxlanılır, bununla da kanat boşalmadan birinci işçini etibarlı şəkildə tutub saxlamağa imkan yaranır. Müxtəlif tormoz sistemlərinin qrafik sxemləri, onların xarakteristikaları, sığorta kanatının əyilmə bucağından asılı olaraq anker qurğularında yaranan qüvvələrin nisbəti və dartılma qüvvəsi bu Qaydaların 16 nömrəli əlavəsində nəzərdə tutulmuşdur.

8.4. Konstruksiyanın elementləri üzrə yuxarıya doğru qalxarkən sığorta edənin təhlükəsizliyi təmin etməsi aşağıdan həyata keçirilirsə, yuxarı qalxan işçi hər 2-3 m-dən bir konstruksiyanın elementlərinə birləşdiricilərlə birlikdə əlavə anker qurğuları quraşdırmalı və bunlardan kanat keçirməlidir.

8.5. Qalxıb-enən işçinin təhlükəsizliyi təmin edilən zaman, sığorta fünksiyasını yerinə yetirən işçi əllər üçün nəzərdə tutulmuş fərdi mühafizə vasitələrindən istifadə edərək sığorta kanatını iki əllə tutub saxlamalıdır.

8.6. Sığorta funksiyasını yerinə yetirən işçi 2-ci qrupa malik olmalıdır.

8.7. Ağacda yerini dəyişən işçinin təhlükəsizliyi ikinci (sığorta edən) işçi tərəfindən təmin olunmalıdır. Ağaca çıxan işçi hər 2-3 m məsafədən bir ağaca birləşdiricilərlə birlikdə əlavə anker qurğuları quraşdırmalı və bunlardan kanatı keçirməlidir.

8.8. İşçi bilavasitə ağac üzərində onun kəsilməsini yerinə yetirərkən mövqedə saxlama qurğusundan istifadə etməli və ya ağacın üstündə ağackəsən işçinin çiynindən yuxarıda ağaca bərkidilmiş anker qurğusundan keçən kanat vasitəsilə sığorta edən tərəfindən tutulub saxlanmalıdır.

8.9. Hər iki işçi 2-ci qrupa malik olmalı, ağacların kəsilməsi (qırılması) üzrə işlərin təhlükəsiz yerinə yetirilmə üsulları və qaydaları üzrə xüsusi hazırlıq keçməlidirlər.

 

9. Sərt və elastik anker xətləri

 

9.1. Hündürlükdə bir iş yerindən digərinə təhlükəsiz keçmək üçün sığorta sistemləri tətbiq edilməlidir. Bunların tərkibində anker qurğusu kimi sərt və elastik anker xətləri istifadə edilir.

9.2. Konkret konstruksiyaların anker xətləri, onların tətbiqinin, quraşdırılmasının və istismarının xüsusiyyətlərini müəyyən edən istehsalçı müəssisənin texniki tələblərinə cavab verməlidir.

9.3. Anker xətləri binanın, tikilinin konstruktiv elementlərinə bərkidilmək üçün qurğu ilə təchiz olunmalıdır. Kanatdan istifadə edilərkən onun dartılması üçün təyin olunan qurğu bərkidilən nöqtələr arasındakı məsafədən asılı olaraq quraşdırılmanın, çıxarılmanın, yerini və uzunluğunu dəyişdirmənin rahatlığını təmin etməlidir.

9.4. Anker xəttinin detallarının konstruksiyası işçinin əllərinin xəsarət alma ehtimalını istisna etməlidir.

9.5. Bütövlükdə kanatın kütləsi konkret konstruksiyaların kanatlarına aid standartlar və texniki şərtlərlə müəyyən edilməlidir.

9.6. Keçid körpülərin quraşdırılması mümkün olmadığı halda və ya hündürlükdə, iş yeri hüdudlarında işçinin yerdəyişməsini tələb edən xırda işlər yerinə yetirilərkən və maili səth üzrə işçinin sürüşmə imkanı olmadıqda üfüqi vəziyyətdə yerləşdirilmiş anker xətləri tətbiq olunmalıdır.

9.7. Kanat ayaq pəncəsi üçün dayaq səthinin səviyyəsində və ya ondan yuxarıda quraşdırılmalıdır.

9.8. Rigellərin aşağı qurşaqları üzrə keçərkən kanat ayaq pəncəsi üçün dayaq səthinin səviyyəsindən 1,5 m-dən az olmayan hündürlükdə, kranaltı tirlər üzrə keçərkən isə 1,2 m-dən az olmayan hündürlükdə quraşdırılmalıdır.

9.9. Kanatın bərkidildiyi nöqtələr arasındakı uzunluq quraşdırıldığı binanın, tikilinin konstruktiv elementlərinin ölçülərindən asılı olaraq təyin edilməlidir.

9.10. Kanatın uzunluğu 12 m-dən çox olduğu halda aralıq dayaqlar quraşdırılır. Bu dayaqlar arasındakı məsafə 12 m-dən çox olmamalıdır, bu halda kanatın toxunduğu aralıq dayağın səthində itiuclu çıxıntılar olmamalıdır.

9.11. Aralıq dayaq və onun bərkidilən düyünləri 500 kqQ-dən az olmayan şaquli statik yükə hesablanmalıdır.

9.12. İşçinin ayaq pəncəsi üçün dayaq səthinin səviyyəsindən 1,2 m-dən çox hündürlükdə quraşdırılan kanatın statik qırıcı qüvvəsi 40400N-dan (4040kqQ) az, 1,2 m-ə qədər hündürlükdə quraşdırılan kanat üçün isə 56000N-dan (5600 kqQ) az olmamalıdır.

9.13. İşçinin ayaq pəncəsi üçün dayaq səthinin səviyyəsindən 1,2 m-dən çox hündürlükdə quraşdırılan üfüqi anker xəttinin polad kanatlarının diametri 8 mm-dən az olmamalıdır. Polad kanatlar əsasən 1558 MPa-dan (155,8 kqQ/m2) aşağı olmayan markalanma qrupuna aid olmalıdır.

9.14. Kanat ayaq pəncəsi üçün dayaq səthinin səviyyəsindən yuxarıda quraşdırılan zaman o, əvvəlcə (aralıq dayaqlara bərkidilənə qədər) kanatın bağlanacağı nöqtələr arasındakı məsafədən asılı olaraq 1000N-dan (100kqQ) 4000N-a (400kqQ) qədər qüvvə ilə dartılmalıdır.

9.15. Kanat dartılarkən tutacağa düşən qüvvə 160 N-dan (16kqQ) çox olmamalıdır.

9.16. Dartılan kanatın aralığının ortasında sallanma nəzərə alınaraq ilkin dartma qüvvəsinin qiyməti bu Qaydaların 13 nömrəli Əlavəsində nəzərdə tutulmuş, anker qurğusundakı yükün hesablama qiymətinə uyğun olaraq müəyyən edilir.

9.17. Ehtiyat hündürlük hesablanan zaman kanatın sallanması nəzərə alınmalıdır.

9.18. Polad kanatın bərkitmə detalları, eləcə də kanatın bağlandığı binanın və ya digər qurğuların konstruktiv elementləri 0,5 san ərzində təsir edən, üfüqi tətbiq edilən 22000N (2200 kqQ) yükə hesablanmalıdır.

9.19. Kanatın detalları mənfi 45o-dən müsbət 50o-yə qədər temperaturda və 100%-ə qədər nisbi rütubətdə özünün qoruyucu və istismar xassələrini saxlamalıdır.

9.20. Kanatın korroziyaya məruz qala bilən bərkitmə detalları korroziyaya qarşı örtüyə malik olmalıdır.

9.21. Müəssisədə istehsalçının istismar sənədlərinə uyğun olaraq kanatların istismarı üzrə təlimatlar müəyyən olunmuş qaydada işlənilməli və təsdiq edilməlidir.

9.22. Əgər kanata xarici baxış keçirilmə nəticəsində onun detalları üzərində zədələr və ya çatlar aşkar edilməyibsə, o zaman onun istismarına icazə verilir. Bu halda kanatın bağlandığı binaların, tikililərin və başqa qurğuların konstruktiv elementlərində də istismar zamanı hər hansı zədələr (dağılmalar) və ya çatlar aşkar olunmamalıdır.

9.23. Anker xəttinin hər kanatı aşağıdakı məlumatlar daxil olan markalanmaya malik olmalıdır:

9.23.1. əmtəə nişanı (və ya istehsalçı müəssisənin qısa adı);

9.23.2. qırıcı statik qüvvənin əhəmiyyəti;

9.23.3. kanatın uzunluğu;

9.23.4. hazırlanma tarixi (ay, il);

9.23.5. kanatın hazırlandığı standartın və ya texniki şərtlərin işarəsi.

 

10. Nərdivanların, meydançaların və pilləkənlərin tətbiqi zamanı təhlükəsizlik tələbləri

 

10.1. Söykəmə nərdivanların və asma nərdivanların konstruksiyası iş zamanı sürüşmə və aşma (devrilmə) imkanlarını istisna etməlidir. Söykəmə və asma nərdivanların aşağı uclarında torpağa batırmaq üçün metal iti ucluqlar olmalıdır. Hamar dayaq səthlərdə (parket, metal, lövhə, beton) belə nərdivanlardan istifadə edərkən onların aşağı uclarına rezindən və ya başqa sürüşkən olmayan materialdan başmaqlar taxılmalıdır.

10.2. Söykəmə nərdivan quraşdırılarkən onun yuxarı ucunun yerdəyişməsi mümkün olan hallarda etibarlı şəkildə dayanıqlı konstruksiyalara bağlanmalıdır.

10.3. Borulara və ya xətlərə söykəmə nərdivanların yuxarı ucları küləyin təsirindən və ya təsadüfi təkanlardan yıxılmasının qarşısını alan xüsusi qarmaq-tutucularla təchiz olunurlar.

10.4. Konstruksiyalarda və ya xətlərdə işləmək üçün tətbiq edilən asma nərdivanlarda onları konstruksiyalara və ya xətlərə möhkəm bağlanmağı təmin edən qurğu olmalıdır.

10.5. Nərdivanların və meydançaların qaldırılmasından əvvəl onlar montaj edilən konstruksiyalara quraşdırılmalı və bərkidilməlidir. Söykəmə nərdivanın uzunluğu işçiyə nərdivanın yuxarı ucundan 1 m-dən az olmayan məsafədəki pilləsində ayaq üstə duraraq işləyə bilmək imkanını təmin etməlidir.

10.6. 1,8 m-dən çox hündürlükdə söykəmə nərdivanla işləyən zaman tikilinin və ya nərdivanın konstruksiyasına bağlanan sığorta sistemi tətbiq edilməlidir (bu şərtlə ki, nərdivan tikinti və ya başqa konstruksiyaya bərkidilsin).

10.7. İşçi meydançası olmayan söykəmə nərdivanları yalnız işçilərin binanın ayrı-ayrı yarusları arasında keçmələri və ya binanın tikinti konstruksiyalarına söykənməsi (dayanması) tələb olunmayan işlərin yerinə yetirilməsi üçün tətbiq etməyə yol verilir.

10.8. Söykəmə və ya asma nərdivanlardan istifadə olunarkən aşağıdakılara yol verilmir:

10.8.1. nərdivanın hasarı və ya dayağı olmayan ən yuxarı iki pilləsində durub işləməyə;

10.8.2. söykəmə və ya asma nərdivanın pilləsində birdən çox adamın olmasına;

10.8.3. söykəmə nərdivanla yük qaldırmağa və ya endirməyə, üzərində alət saxlamağa.

10.9. Aşağıdakı hallarda daşına bilən və asma nərdivanlarda işləməyə yol verilmir:

10.9.1. fırlanan (hərəkət edən) mexanizmlər, işləyən maşınlar, transportyorlar (konveyer) üzərində;

10.9.2. elektrik və pnevmatik alətlərdən, tikinti-montaj tapançalarından istifadə etdikdə;

10.9.3. qaz-qaynaq, qaz-alov və elektrik-qaynaq işlərini yerinə yetirərkən;

10.9.4. naqil xətlərini dartarkən və ağır detalları hündürdə saxlayarkən.

10.10. Pilləkən qəfəslərinin marşlarının pillələrində nərdivanların quraşdırılmasına yol verilmir. Belə şəraitdə işləmək üçün ayaqaltılar tətbiq edilməlidir.

10.11. Nəqliyyat vasitələrinin və insanların qızğın hərəkət etdiyi yerlərdə söykəmə nərdivanla işləyən zaman onun təsadüfi təkanlardan aşmasının qarşısını almaq üçün (nərdivanda ucluqların olub-olmamasından asılı olmayaraq) nərdivanın quraşdırıldığı yer hasara alınmalı və ya qorunmalıdır. Hamar yerdə nərdivanı quraşdırarkən onu bərkitmək mümkün olmadığı hallarda, nərdivanın aşağısında dəbilqə geyinmiş işçi dayanmalı və onu dayanıqlı şəkildə tutmalıdır.

10.12. Nərdivan iki işçi tərəfindən daşınarkən ucluqları arxada qoyaraq və qarşıdan gələnləri təhlükə barədə xəbərdar edərək aparılmalıdırlar. Nərdivan bir işçi tərəfindən daşındığı halda o, maili vəziyyətdə elə tutulmalıdır ki, nərdivanın qabaq ucu yer səthindən 2 m-dən az olmayaraq yuxarı qaldırılsın.

10.13. Söykəmə və asma nərdivanlar istifadədən əvvəl məsul iş icraçısı tərəfindən baxışdan keçirilir (ayaqaltıların və taxtabəndlərin qəbulu və baxış keçirilməsi jurnalında qeydlər etmədən).

10.14. Nərdivanlar quru yerlərdə, təsadüfi mexaniki zədələnmələri istisna edən şəraitdə saxlanılmalıdır.

10.15. Binaların mailliyi 20o-dən çox olan damlarında işləyən işçilərin keçib getməsi üçün, eləcə də işçinin ağırlığına hesablanmayan dam örtüyü olan damlarda işləmək üçün eni 0,3m-dən az olmayan, ayaqları dayamaq üçün köndələn plankalı pilləkənlər quraşdırılır. Bu pilləkənlər iş gedən müddətdə bərkidilir.

10.16. Ayaqaltıların yarusları arasındakı əlaqələr sərt bağlanmış nərdivanlar üzrə həyata keçirilir.

 

11. Montyor əl qarmaqları və ayaqlıqlarının tətbiqi zamanı təhlükəsizlik tələbləri

 

11.1. Montyor əl qarmaqları müəyyən olunmuş tələblərə uyğun olmalıdır və elektrikötürücü və rabitə xətlərinin taxta və dəmir-beton zolaqlı taxta dirəklərdə, elektrikötürücü hava xətlərinin dəmir-beton dirəklərində, eləcə də hava xətlərinin diametri 250 mm olan silindrik, dəmir-beton dayaqlarında işləmək üçün nəzərdə tutulmuşdur.

11.2. Montyor ayaqlıqları (ayaq qarmaqları) hava xətlərinin düzbucaqlı en kəsiyə malik dəmir-beton dirəklərinə, universal ayaqlıqlar – hava xətlərinin unifikasiya edilmiş silindrik və konus dəmir-beton dirəklərinə qalxmaq üçün nəzərdə tutulmuşdur.

11.3. Qarmaqlar və ayaqlıqlar qalıq deformasiya olmadan 1765N (180 kqQ) statik yükə tab gətirməlidir.

11.4. Qarmaqların və ayaqlıqların (tikanlardan başqa) işləmə müddəti istehsalçının sənədlərində, lakin 5 ildən çox olmayaraq müəyyən edilir.

11.5. Qarmağın və ayaqlıqların üzərində aşağıdakılar göstərilməlidir:

11.5.1. istehsalçının əmtəə nişanı;

11.5.2. nömrəsi;

11.5.3. istehsal tarixi.

11.6. Qarmaqlar və ayaqlıqlar istifadədən əvvəl və sonra mütləq yoxlanılmalıdır.

11.7. Qarmaqlara və ayaqlıqlara xidmət və onların vaxtaşırı yoxlanılması istehsalçının istismar sənədləri əsasında yerinə yetirilir.

11.8. Buz bağlamış dirəklərə və xətlərində, konstruksiyalarında hesablanmamış əlavə yük yaradan donmuş buz yığınları olan dirəklərə dırmaşmaq üçün, eləcə də qarmaqlar və ya ayaqlıqların istehsalçısının istismar təlimatlarında göstərilmiş, mümkün hava temperaturundan aşağı temperaturlarda qarmaqlardan və ayaqlıqlardan istifadə etmək qadağandır.

 

12. Hündürlükdə işləyən zaman tətbiq edilən avadanlığa, mexanizmlərə, əl alətlərinə dair təhlükəsizlik tələbləri

 

12.1. Hündürlükdə işləyən zaman avadanlığın, mexanizmlərin, kiçik mexanikləşdirmə vasitələrinin, əl alətlərinin təhlükəsiz istismar tələbləri əməyin mühafizəsi üzrə təlimatlarda göstərilir.

12.2. Hündürlükdə işləyən zaman istifadə olunan avadanlıq, mexanizmlər, əl alətləri, mexanikləşdirilmiş və digər alətlər, inventar, qurğular və materialların yerə düşməsi istisna olunmaqla (çantalarda, yarımçantalarda yerləşdirilməsi, bağlanması, hündürlüklər fərqi olan hüdudlardan kifayət qədər uzaqda yerləşdirilməsi və ya işçinin sığortalayıcı kəmərə bağlanması), təhlükəsizlik tədbirləri təmin edilməklə tətbiq edilməlidir.

12.3. Ağırlığı 10 kq-dan çox olan alətlər, inventarlar, qurğular və materiallar müstəqil anker qurğusu ilə ayrıca kanatda asılmalıdırlar.

12.4. Hündürlükdə işlər başa çatdıqdan sonra avadanlıq, mexanizmlər, kiçik mexanikləşdirmə vasitələri, əl alətləri aşağı endirilməlidirlər.

 

13. Hündürlükdə işləyən zaman yükqaldırıcı mexanizmlər və qurğular, kiçik mexanikləşdrmə vasitələri tətbiq edilməklə təhlükəsizlik tələbləri

 

13.1. Bütün yükqaldırıcı maşınlar, mexanizmlər və qurğular, o cümlədən bucurqadlar, polispastlar, bloklar, tal sistemləri, yüktutan vasitələr və qurğular, tara, inşaat qaldırıcıları (vışkalar), fasad qaldırıcıları müəyyən olunmuş qaydada qeydiyyatdan keçir, istismara buraxılır, vaxtaşırı yoxlamalardan və texniki müayinədən keçirilir, texniki xidmətlə təmin olunur, onların texniki vəziyyətinə və istismar şəraitinə müvafiq nəzarət təyin edilir.

13.2. Takelaj vasitələrinin, mexanizm və qurğularının uçotu və müayinəsi jurnalının nümunəsi bu Qaydalarda (9 nömrəli Əlavə) nəzərdə tutulmuşdur.

13.3. Hər yükqaldırıcı mexanizm və qurğu müvafiq texniki reqlamentdə, standart və ya məhsulun hazırlanmasına aid texniki şərtlərdə nəzərdə tutulmuş sənədlərə malik olmalıdır.

13.4. Hər bir yükqaldırıcı mexanizm və qurğu maksimal təhlükəsiz işçi yükün miqdarı göstərilməklə görünən yerdə aydın markalanma nişanına malik olmalıdır.

13.5. Blokların və polispastların yükqaldırma qabiliyyəti istehsalçı tərəfindən onların pasportunda, qarmağın üstündəki damğada, blokun qurşağında və ya blok qurşağının yan tərəfinə bərkidilən metal lövhəcikdə göstərilir.

13.6. İnşaat qaldırıcılarının (vışkaların) və fasad qaldırıcıların nənnilərindən işlərin yerinə yeririlməsi iş yerinə baxış keçirilməsinə uyğun olaraq tutub saxlayıcı və sığorta sistemlərindən istifadə olunmaqla həyata keçirilir.

13.7. 5 m-dən yuxarıda yerləşən yükqaldırıcı mexanizmlərin iş yeri, bu Qaydaların 12 nömrəli Əlavəsində nəzərdə tutulmuş, hündürlükdən təxliyyə etmə sistemləri (özünü xilasetmə vasitələri) ilə təmin olunmalıdır.

13.8. Yükqaldırıcı mexanizmlərin quraşdırıldığı yerlər və onların iş rejimləri icra planına və ya texnoloji xəritəyə uyğun olmalıdır.

13.9. Mexanizmin müəyyən olunmuş işçi yükdən artıq yüklənməsinə (sınaq istisna olmaqla) və ya daha ağır yük qaldırmasına, eləcə də müvafiq siqnal sistemləri olmadan yükqaldırıcı mexanizmlərin və qurğuların istismar olunmasına yol verilmir.

13.10. İnsanların qaldırılması üçün nəzərdə tutulan liftlər qaldırıcı qurğu ilə elə təchiz olunmalıdır ki, insanların yıxılmasının və ya qapıları bağlı olduğu halda lift ilə qaldırıcı qurğunun tərpənməz konstruksiyası arasına düşməsinin, eləcə də əks yüklərlə və ya yuxarıdan düşə bilən əşyalarla xəsarət almasının qarşısı alınsın.

13.11. Liftin şaxta divarının qapıları qaldırıcı qurğunun yalnız yükün doldurulub- boşaldıldığı, insanların minib-düşdüyü meydançada olarkən açılmasını və qapılar açıq olduğu halda meydançadan liftin hərəkətini dayandırmasını təmin edən qurğu ilə təchiz olunmalıdır.

13.12. Yükqaldırıcının platformasında görünən yerdə və qaldırıcı mexanizmin üzərində kiloqramlarla yükqaldırma qabiliyyəti barədə aydın, ayırd edilən məlumat, qaldırıcı qurğunun girişində və platforması üzərində insanların qaldırılması üçün istifadə etməyi qadağan edən yazı olmalıdır.

13.13. İnsanların qaldırılması üçün təyin olunan və ya icazə verilən qaldırıcı qurğunun platformasında və ya liftində görünən yerdə eyni vaxtda qaldırıla biləcək insanların maksimal sayı göstərilməlidir.

13.14. Qaldırılma, yerdəyişmə, aşağı endirilmə prosesində yük (yükün hissələri) onun düşmə imkanını istisna edən etibarlı stropla tutma və ya dayaq sisteminə malik olmalıdır.

13.15. Qaldırılacaq yükün kütləsi qaldırılmadan əvvəl müəyyən edilməlidir.

13.16. Yükqaldırıcı mexanizmlərə və sökülə bilən yüktutan qurğulara düşən yük onların yükqaldırma qabiliyyətini keçməməlidir.

13.17. İlgəkləri, sapfaları, halqaları olan yüklər üçün onları stropla tutma sxemləri işlənir. Belə çıxıntıları olmayan yüklər üçün stropla tutma üsulları işlənilərək, icra planında göstərilməlidir. Daha çox tez-tez rast gəlinən yüklərin stropla tutma sxemləri iş yerlərində asılır.

13.18. Yükü qaldırmaq üçün onun ağırlığa hesablanmayan çıxıntılarından, şturvallarından, ştuserlərindən və başqa hissələrindən stropla tutulmasına yol verilmir.

13.19. Uzunölçülü yüklər (tirlər, sütunlar) qaldırılan və endirilən zaman kanatlardan və tros dartıcılarından istifadə olunmaqla istiqamətləndirilməlidirlər.

13.20. Pilləkən və digər meydançalardan yüklər qəbul edilərkən və ya göndərilərkən işlərin təşkili və meydançaların təchizatı elə həyata keçirilməlidir ki, işçilər meydança hasarlarından bayıra əyilməsinlər.

13.21. Nəqliyyat vasitələrinin müntəzəm hərəkətdə olduğu yerlərdə yüklər qaldırılarkən, hasarlar quraşdırılır və nəqliyyat vasitələri üçün dolayı yol təşkil edilir, yaxud da tək-tək yüklərin qaldırılması zamanı nəqliyyat vasitələrinin hərəkəti dayandırılır.

13.22. İstehsal işlərinə bilavasitə aidiyyatı olmayan şəxslər yüklərin qaldırılması və yerdəyişməsi işlərinin getdiyi zonadan kənarlaşdırılmalıdırlar.

13.23. Yüklərin daşındığı zonada bütün qapı və pəncərə yerləri bağlanmalı və ya hasarlanmalı, xəbərdaredici təhlükəsizlik nişanları asılmalıdır.

13.24. Yükləri əvvəlcədən hazırlanmış və onların aşmasını, düşməsini və sürüşməsini istisna edən yerə endirməyə icazə verilir. Stropların yükün altından rahat çıxarılması üçün onun buraxıldığı yerdə möhkəm altlıq qoyulmalıdır.

13.25. Aparıcı konstruksiyaların əvvəlcədən möhkəmliyi yoxlanılmadan yüklərin örtük, dayaq və meydançaların üzərinə buraxılmasına yol verilmir.

13.26. Yükqaldıran mexanizmlərlə işləyən zaman aşağıdakılara yol verilmir:

13.26.1. yükü asılı vəziyyətdə qoymaq (saxlamaq);

13.26.2. insanlar üçün təyin olunmayan yükqaldırıcı mexanizmlərdə insanları qaldırmaq-endirmək;

13.26.3. kifayət qədər işıqlandırılmayan yerdə yükləri qaldırmaq, daşımaq;

13.26.4. yük kanatları maili vəziyyətdə olarkən yükləri daşımaq;

13.26.5. kütləsi mexanizmin yükqaldırma qabiliyyətindən atrıq olan yükləri, donmuş və ya sıxılmış yükləri, kütləsi məlum olmayan yükləri qaldırmaq;

13.26.6. yük qaldırılarkən, daşınarkən və ya aşağı endirilərkən onu dartmaq,eləcə də vəziyyətini öz kütləsi ilə düzəltmək;

13.26.7. yükqaldıran mexanizmin köməyi ilə yük altında qalan (sıxılmış) stropları, kanatları, zəncirləri azad etmək;

13.26.8. nasaz və ya sıradan çıxmış təhlükəsizlik cihazları və tormoz sistemləri ilə işləmək.

13.27. Mexanizm xarab olduqda, yükü aşağı endirmək mümkün olmadıqda, asılmış yükün altında qalan yer hasarlanır və “Təhlükəli zona”, “Keçid bağlıdır” yazılı plakatlar asılır.

13.28. Yük qaldırmazdan əvvəl onun stroplarla düzgün bağlanmasını, stropların bərabər dartılmasını, yükqaldıran mexanizmin dayanıqlığını və tormozun təsirinin etibarlığını yoxlamaq üçün yer səthindən 300 mm-dən çox olmayan hündürlüyə qaldırılmalıdır və yalnız bundan sonra yük tələb olunan hündürlüyə qaldırılmalıdır. Yükün stroplarını düzəltmək üçün o, aşağı endirilməlidir.

13.29. Yükün qaldırılması rəvan, dartmadan və yelləndirmədən, ətrafdakı əşyalara ilişmədən, stropları dolaşdırmadan yerinə yetirilməlidir.

13.30. Əl ilə idarə olunan ling ötürürücüsü olan bucurqadlarla işləyərkən aşağıdakılara yol verilmir:

13.30.1. lingin yelləndiyi müstəvidə və qaldırılan yükün altında olmaq;

13.30.2. uzadılmış ling tətbiq etmək;

13.30.3. lingi dartaraq bir kənar vəziyyətdən digərinə keçirmək.

13.31. İşləyən zaman daşınan yük qarmağa etibarlı şəkildə bərkidilməlidir. Əks gedişli tutacağın hərəkəti dartılmadan və ilişmədən rəvan olmalıdır. Dartıcı mexanizm və kanat bir düz xətt boyunca yerləşməlidir.

13.32. Aşağıdakı hallarda lingli bucurqadların istismarına yol verilmir:

13.32.1. düz gedişli tutacağın hərəkət istiqaməti dəyişərkən kanat sürüşdüyü zaman;

13.32.2. bir gedişə kanat kifayət qədər dartılmadığı zaman;

13.32.3. dartıcı mexanizmin sıxaclarından kanat sərbəst keçdiyi zaman;

13.32.4. qoruyucu ştiftlər və fiksatorlar kəsilən zaman.

13.33. Bucurqadların quraşdırılma yeri, bərkidilmə üsulları, eləcə də blokların yerləşdirilməsi icra planında göstərilməlidir.

13.34. Bucurqadın quraşdırılma yeri aşağıdakı tələblərə əsaslanaraq seçilməlidir:

13.34.1. bucurqad yüklərin qaldırılması və daşınması üzrə işlərin aparıldığı zonadan kənarda olmalıdır;

13.34.2. bucurqadın quraşdırıldığı yer iş zonasının görünüş sahəsini və qaldırılan (daşınan) yükün vizual müşahidəsini təmin etməlidir;

13.34.3. bucurqadın etibarlı şəkildə bərkidilməsi, kanatın bucurqadın barabanına bağlanması və düzgün istiqamətdə sarınması təmin edilməlidir;

13.34.4. Bucurqada gedən kanat insanların keçdiyi yolu və keçidləri kəsməməlidir.

13.35. Bucurqad binada quraşdırılarkən binanın sütununa, damın dəmir-beton və ya metal tirinə və divarın başqa elementlərinə polad kanatla bərkidilməlidir. Bu halda kanatın diametri və burumlarının sayı bucurqadın yükqaldırma qabiliyyəti üzrə 6-dan kiçik olmayan möhkəmliyin ehtiyat əmsalı ilə hesablanmalıdır. Bucurqadı ramaya (çərçivəyə) bərkidirlər, bu zaman ramanı qaynaq etməyə yol verilmir.

13.36. Bucurqad torpaq üzərində quraşdırıldığı zaman o, lövbəri vasitəsilə və ya əks ağırlıqlı dayaqla bərkidilməlidir. Bucurqadın dayanıqlığı hesablama yolu ilə yoxlanılır.

13.37. Torpaqda quraşdırılan və qaldırıcı ayaqaltıların daşınması üçün tətbiq edilən bucurqadlar onun dartıcı qüvvəsindən ən azı iki dəfədən çox olan tarazlaşdırıcı yüklə yüklənir. Ballast bucurqadın ramasına bərkidilir. Yükün aşağı vəziyyətində bucurqadın barabanında kanatın burumlarının sayı ikidən az olmamalıdır.

13.38. Əl ilə idarə edilən lingli bucurqadları avadanlığa xidmət göstərmək üçün təyin olunan meydadançalara qaynaq etməyə, boru xətlərinə və onların asqılarına bərkitməyə yol verilmir.

13.39. Bucurqada təsir edən çevirici (aşırdıcı) momenti azaltmaq üçün kanat barabana aşağıdan yanaşmalı, onun sarınan qolu isə mümkün olduqca üfüqi vəziyyətə yaxın olmalı, barabanın və bərabər məsafədə duran rebordların oxuna perpendikulyar olan müstəvidən 2o-dən çox kənara çıxmamalıdır ki, bu da istiqamətləndirici blokları tətbiq etməklə təmin edilir.

13.40. Baxış zamanı qüsurlar aşkar edilmiş bucurqadlar işə buraxılmırlar. Aşağıdakı hallarda bucurqadların istismarına yol verilmir:

13.40.1. bucurqad onun iş yerində lazım olduğu kimi bərkidilmədikdə;

13.40.2. tormozlar nasaz olduqda;

13.40.3. intiqal (ötürücü) nasaz olduqda;

13.40.4. intiqalın hasarı olmadıqda;

13.40.5. kanat barabana lazım olduğu kimi bağlanmadıqda və ya onun barabana sarınması düzgün olmadıqda.

13.41. Əlcəklər olmadan bucurqadı idarə etməyə, təmirinə və ya işləyərkən bərkidici detalları gərməyə yol verilmir.

13.42. Kanatlar nənniyə və bucurqadın barabanına birləşdiyi yerlərdə möhkəm bağlanmalıdır. Nənni qaldırılarkən və endirilərkən kanatların hərəkəti sərbəst olmalıdır. Kanatların konstruksiyanın çıxıntılarına dəyib sürtünməsinə yol verilmir.

13.43. Əl ilə idarə edilən bucurqada xidmət edən işçilərin sayı konkret iş şəraiti və bucurqadın tutacağına tətbiq edilən qüvvəyə (bucurqadın tutacağına bir içşinin tətbiq etdiyi qüvvənin hesabı ilə 120 N-dan (12kqQ) qısamüddətli qüvvə tətbiq etdikdə 200N-a 20 (kqQ) qədər) əsasən hesablanır.

13.44. İnsanların qaldırılması üçün tətbiq edilən elektrik intiqallı bucurqadlar elektrik mühərriki söndürülən zaman avtomatik işə düşən qəlibli tormozla təchiz olunurlar. Tormozlanmanın ehtiyat əmsalı 2-dən az olmamalıdır.

13.45. Sürtünən və yumruqcuqlu muftaların tətbiqinə, eləcə də insanları qaldırmaq üçün təyin edilmiş bucurqadın barabanının valı ilə elektrik mühərrikinin valını əlaqələndirmək üçün sürtünən və qayış ötürməsinin tətbiqinə yol verilmir.

13.46. Tal sistemləri müəyyən olunmuş tələblərə uyğun olmalıdır.

13.47. Tal sisteminin yerdən idarə olunan düyməli idarəetmə aparatının gövdəsi ya izolyasiya materialından hazırlanmalı, ya da ən azı iki naqillə yerləbirləşdirilməlidir. Naqillərdən birini yerləbirləşdirici kimi üzərində düyməli aparat asılmış trosdan istifadə etmək olar.

13.48. Əl ilə idarə edilən tal sisteminin işə salma aparatı elə uzunluqlu polad trosda asılmalıdır ki, qaldırılan yükdən təhlükəsiz məsafədə duraraq mexanizmi idarə etmək mümkün olsun. İdarəetmə aparatı döşəmədən 0,5 m-dən aşağıda yerləşərsə, o zaman o, döşəmədən 1-1,5 m hündürlükdə, trosa bağlanmış qarmaqdan asılmalıdır.

13.49. Əl ilə idarə olunan tal sisteminin mexanizmi, yükün öz ağırlığının təsiri altında rahat enməsini, qaldırma və ya endirmə zamanı istənilən anda dayandırılmasını təmin edən tormozla təchiz edilməlidir.

13.50. Tal sisteminin sonuncu elektrik açarları yükqaldırma mexanizminin dayandırılmasını elə təmin etməlidir ki, dayaqla yüktutan vasitə arasındakı məsafə (aralıq) 50 mm-dən az olmasın.

13.51. Yük qaldırılarkən yüktutan vasitəni (qarmaq qurşağını) sonuncu elektrik açarına qədər yaxınlaşdırmağa və qaldırıcı mexanizmin avtomatik dayandırılması üçün istifadə edilməsinə yol verilmir.

13.52. Tal sistemlərinin texniki yoxlanması sənədlərdə göstərilmiş yüklərlə və müddətdə keçirilir.

13.53. Tal sisteminin vəziyyəti hər istifadədən əvvəl yoxlanılır.

13.54. Yükü qarmaqla daşımaq və ya elektrik tal sistemi ilə qaldırılan yükü geri dartmağa yol verilmir. Yük qaldırılarkən yük kanatının şaquli xətdən meyl etməsi 5o-dən çox olmamalıdır.

13.55 . Polispastlar yığılarkən və yük qaldırılarkən diqqət yetirilməlidir ki, hərəkətli və hərəkətsiz sarğılar (qurşaqlar) bir-birinə paralel olsun. Bir blokun digərinə nisbətən çəpəki vəziyyətdə olması kanatın blokdan sürüşməsinə səbəb ola bilər.

13.56. Yüklər nəql olunarkən tövsiyə olunan düyünlər və polispastlar bu Qaydalarda (17 nömrəli Əlavə) nəzərdə tutulmuşdur.

13.57. Kanatın dartan (qaçan) ucu bucurqada tərəf elə yönəldilməlidir ki, polispastın blokunda əyrilik (çəplik) əmələ gəlməsin.

13.58. Ayırıcı blokların kanatını uzunluğu boyunca istənilən yerində bloka dolamağa imkan verən, sökülə bilən konstruksiyasını tətbiq etmək tövsiyə olunur. Ayırıcı bloklar elə yerləşdirilməlidir ki, onlardan keçən kanatın dartıcı ucu polispastın blokuna çəpəki sarınmasın.

13.59. Polispastları təchiz edərkən müxtəlif yükqaldırma qabiliyyətinə malik olan blokları tətbiq etməyə yol verilmir.

13.60. Yükqaldırma qabiliyyətinə görə blok seçilərkən rolikin qanovunun ölçülərinin kanatın diametrinə uyğun olması yoxlanılmalıdır. Rolikin qanovunun diametri kanatın diametrindən 1-3 mm böyük olmalıdır.

13.61. Polispastların yuxarı hərəkətsiz bloklarını asarkən yuxarı blokun qurşağı yan tərəfdən rigelə və ya tirə söykənməməlidir. Yuxarı blokun roliklərinin kanata nəzərən çəpəki durmasına yol verilmir.

13.62. Polispastlar təchiz edilərkən aşağıdakı tələblərə riayət edilməlidir:

13.62.1. polispastın cüt saylı sapları olduğu halda kanatın ucu hərəkətsiz bloka bağlanmalıdır;

13.62.2. polispastın tək saylı sapları olduğu halda kanatın ucu hərəkətli bloka bağlanmalıdır.

13.63. Blokların və polispastların texniki yoxlanması istehsalçının sənədlərində göstərilmiş yüklərlə yerinə yetirilir.

13.64. Kanatların, yükqaldırıcı mexanizmlərin stroplarının təhlükəsizliyinə olan tələblər aşağıdakılardır:

13.64.1. kanatlar, stroplar müəyyən olunmuş tələblərə uyğun olmalıdır;

13.64.2. iş zamanı diqqət yetirilməlidir ki, kanat digər kanatlara, yükün iti uclarına, avadanlığın hissələrinə toxunmasın, o cümlədən kiçik diametrli blokda və barabanda da həddindən artıq əyilmələr olmasın;

13.64.3. kanatların bilavasitə deşiklərə, sırğalara (qarmaqlara) və ramalara bağlayıcı element olmadan bağlanmasına yol verilmir;

13.64.4. içərisində sınıqlar, düyünlər, sapları qırıq (sintetik kanatlar üçün) və ya məftilləri qırıq (polad kanatlar üçün) olan və yol verilə bildiyindən artıq yeyilən kanatların tətbiqinə icazə verilmir;

13.64.5. yük kanatlarını bir-birinə calamağa (uc-uca bağlamağa) yol verilmir. Digər kanatları yalnız o hissədə calamaq olar ki, kanatın bloka və ya barabana sarılması istisna olunsun;

13.64.6. stropların ilgəyi kovuşu tətbiq edib ondan kanatın boş ucunu keçirmək yolu ilə, sıxıcıları quraşdırmaqla, müəyyən olunmuş tələblər üzrə başqa yoxlanılmış üsullarla yerinə yetirilməlidir.

13.65. Əllər üçün fərdi mühafizə vasitələri olmadan kanatlarla işləməyə yol verilmir.

13.66. Polad kanatlarla təchiz edilmiş yükqaldırıcı mexanizmlər, onlarla birlikdə yük altında sınaqlar daxil olmaqla texniki yoxlamadan keçirilirlər.

13.67. Kanatlar və stroplar istifadədən əvvəl və sonra yoxlanılmalı, istismar sənədlərinə uyğun olaraq texniki baxışdan və vaxtaşırı yoxlamadan keçirilməlidirlər.

13.68. Sintetik kanatlar və stroplar qapalı quru, birbaşa günəş şüalarından, yağdan, benzindən, ağ neftdən və başqa həlledicilərdən qorunan yerlərdə, asılı vəziyyətdə və ya taxta rəflərin üzərində qızdırıcı cihazlardan ən azı 1 m məsafədə saxlanılmalıdır.

13.69. Zəncirlərə aid təhlükəsizlik tədbirləri aşağıdakılardır:

13.69.1. həm yük daşımaq üçün, həm də stropların hazırlanması üçün istifadə edilən lövhəşəkilli, qaynaq edilmiş və ştamplanmış zəncirlər müəyyən edilmiş tələblərə uyğun olmalıdırlar;

13.69.2. yükqaldırıcı maşınlarda tətbiq edilən lövhəşəkilli zəncirlərin möhkəmliyinin ehtiyat əmsalı maşın ötürməsində 5-dən, əl ilə ötürmədə 3-dən az olmamalıdır;

13.69.3. stroplar üçün qaynaq olunmuş və ştamplanmış yük zəncirlərinin möhkəmliyinin ehtiyat əmsalı, sənədlərdə göstəriləndən az olmamalıdır;

13.69.4. zəncirlərin elektrik və ya dəmirçi-kürəçi qaynaq üsulu ilə yeni bəndlərin taxılması və ya xüsusi birləşdirici bəndlərin köməyi ilə calanmasına yol verilir. Calandıqdan sonra zəncirə baxış keçirilir və sənədə uyğun yüklə sınaqdan keçirilir.

 

14. Hündürlükdə polad və yığma daşıyıcı konstruksiyaların quraşdırılması və sökülməsi zamanı təhlükəsizlik tələbləri

 

14.1. Monolit-yığma, iripanelli və çoxmərtəbəli konstruksiyaların quraşdırılması icra planı üzrə yerinə yetirilir. İcra planının məzmununda əlavə olaraq, aşağıdakı məlumatlar əks olunmalıdır:

14.1.1. quraşdırılan konstruksiyaların spesifikası;

14.1.2. bu əməliyyatlar prosesində balanssızlıq, dayanıqsızlıq və ya əyilmələr istisna olmaqla, onların təhlükəsiz quraşdırılmasının texniki üsulları, quraşdırılan daşıyıcı konstruksiyaların qaldırılma və quraşdırılma üsulları;

14.1.3. konstruksiyanın elementlərində armaturun vəziyyətinin və yerləşdirilməsinin göstərilməsi;

14.1.4. elementlərə və bütövlükdə konstruksiyaya təsir edən yol verilən yüklər;

14.1.5. tələb edilən nərdivanların, ayaqaltıların, taxtabəndlərin, taxta döşəmələrin, platformaların, qaldırıcı qurğuların, montaj nənnilərinin və digər analoji vasitələrin, mobil iş platformalarının tətbiqi.

14.2. Daşıyıcı konstruksiyaların və onların hissələrinin qaldırılması icra planına uyğun, onların təsadüfən fırlanmasını istisna edən üsullarla yerinə yetirilir.

 

15. Hündürlükdə taxta konstruksiyaların quraşdırılması və sökülməsi zamanı təhlükəsizlik tələbləri

 

15.1. Hündürlükdə dülgər işlərini yerinə yetirən zaman yaranan əlavə təhlükəli və zərərli istehsal faktorları aşağıdakılardır:

15.1.1. tədarük olunan materialların, alətlərin və avadanlığın səthində iti ucların, qırıntıların və kələ-kötürlüyün olması;

15.1.2. hərəkət edən maşın və mexanizmlər;

15.1.3. vibrasiya (titrəyiş).

15.2. Söykəmə nərdivanlarla mərtəbələrarası tirlərin, çardaq örtüklərinin düzülməsi, tavanın altdan vurulması, eləcə də tirlərin düzülməsi qadağandır. Göstərilən işlər ayaqaltılar üzərində yerinə yetirilməlidir.

15.3. Mərtəbələrarası və ya çardaq örtüklərinin tirlərinə düzülmüş müvəqqəti taxta döşəmələrin lövhələri bir birinə yanaşı, birləşdiyi yerləri isə tirlərin oxu boyunca yerləşdirilməlidir.

15.4. Konstruksiyanın elementləri yığım yerinə hazır vəziyyətdə verilməlidir. Taxta konstruksiyalar quraşdırılarkən aşağıdakılara yol verilmir:

15.4.1. doğramaq, yonmaq, detallar və taxta-şalban üzərində başqa emal işləri aparmaq və ya konstruksiyanın detallarını taxta döşəmə və quraşdırılmış konstruksiya üzərində hazırlamaq (detalları yerinə oturtmaq istisna olmaqla);

15.4.2. ayaqaltıların və taxta döşəmələrin dayaqlarına taxta kəsiklərlə, kərpiclərlə və başqa nəzərdə tutulmayan qurğular və materiallarla paz vurmaq;

15.4.3. ayaqaltıları, söykəmə nərdivanları, asma nərdivanları döşəmə və ya tavan astarının üstünə qoymaq;

15.4.4. döşəmə və tavan astarlarının üstündə gəzmək və durmaq. İşçilərin göstərilən yerə keçməsi üçün tirlərin üzərinə eni 0,7 m-dən az olmayan müvəqqəti taxta döşəmə düzülməlidir;

15.4.5. dağıtma və qırma üsulu ilə ayaqaltıları, taxtabəndləri və döşəmələri sökmək;

15.4.6. taxtabəndlər üzərində taxta materialları, şalban, emal edilən detalları yığmaq.

 

16. Binaların damında dam örtüyü (taxtapuş) və digər işlərin yerinə yetirilməsi zamanı təhlükəsizlik tələbləri

 

16.1. Dam örtüyü işləri yerinə yetirilərkən işçilərə təsir edə biləcək əlavə zərərli istehsal faktorlarının qarşısını almaq üçün tədbirlər nəzərdə tutulmalıdır. Zərərli istehsal faktorlarına aşağıdakılar aiddir:

16.1.1. tədarük olunan materialların, alətlərin və avadanlığın səthində iti ucların, qırıntıların və kələ-kötürlüyün olması;

16.1.2. bitum mastikalarının yüksək temperaturu;

16.1.3. tətbiq edilən rulon və mastika materiallarının, durulaşdırıcıların, həlledicilərin yanğın-partlayış təhlükəsi;

16.1.4. işçi zonada havada yüksək dərəcədə tozun və qazın olması;

16.1.5. işçi zonanın kifayət qədər işıqlandırılmaması;

16.1.6. elektrik cərəyanı ilə vurulma təhlükəsi;

16.1.7. səs və vibrasiya.

16.2. Dam örtüyü və hidroizolyasiya işləri yerinə yetirilərkən işçilərə təhlükəli və zərərli istehsal faktorlarının təsirinin qarşısını almaq məqsədilə icra planına, texnoloji xəritələrə və naryad-buraxılış sənədlərinə əlavə tədbirlər daxil edilməlidir.

16.3. Binaların damında işçilərin dam örtüyü və başqa işlərin yerinə yetirilməsinə buraxılması, damın və hasarların daşıyıcı konstruksiyalarına məsul iş icraçısı və ya ustanın briqadirlə birlikdə baxış keçirməsindən və onların vəziyyəti, təhlükəsizlik tədbirləri müəyyən olunduqdan sonra, naryad-buraxılış sənədinə uyğun olaraq həyata keçirilir.

16.4. İşlərə başlamazdan əvvəl aşağıdakılar yerinə yetirilməlidir:

16.4.1. işlərin aparıldığı yerə 2,5 m və daha yaxın məsafədə olan elektrik şəbəkəsini və elektrik avadanlığını hasarlamaq;

16.4.2. dam örtüyünün möhkəmliyini yoxlamaq;

16.4.3. anker qurğularının quraşdırılma yerlərini, birləşdirici yarımsistemlərin istiqamətini müəyyən etmək;

16.4.4. anker qurğularını quraşdırmaq və onların etibarlığına əmin olmaq;

16.4.5. damda hərəkət etmək və materialları qəbul etmək üçün daşınan asma nərdivanları və meydançaları hazırlamaq;

16.4.6. işçiləri hündürlükdən düşmələrinə qarşı mühafizə vasitələri ilə, xüsusi geyimlə, ayaqqabılarla və qoruyucu dəbilqələrlə təmin etmək.

16.5. Hündürlükdə qoruyucu hasarlar olmadan işlərin icra olunması, icra planına və naryad-buraxılış sənədinə uyğun olaraq tutub saxlayan, mövqedə saxlayan, sığorta sistemlərinin və ya kanatla yanaşma sisteminin tətbiqi ilə həyata keçirilir.

16.6. Dama çıxmağı və oradan enməyi yalnız pilləkən marşları vasitəsilə və dama çıxmaq üçün quraşdırılmış nərdivanla yerinə yetirilməlidir. Bu məqsədlər üçün yanğın nərdivanlarından istifadə etmək qadağandır.

16.7. Dam örtüyünün elementləri və detalları, o cümlədən bənd (tikiş) kompensatorları, qoruyucu önlükləri, suaxıdan boru xətlərinin bəndləri, novları, dam kənarları hazırlanmış şəkildə konteynerlərdə iş yerinə çatdırılmalıdır (verilməlidir).

16.8. Dam örtüyünün elementlərini və detallarını bilavasitə dam üzərində tədarük etməyə yol verilmir.

16.9. Damda materialları yalnız, icra planında nəzərdə tutulmuş yerlərdə, onların düşməsinə, o cümlədən küləyin təsirinə qarşı tədbirlər görülməklə yerləşdirməyə icazə verilir. İşdə fasilələr zamanı texniki qurğular, alətlər və materiallar bərkidilməli və ya damdan yığışdırılmalıdır.

16.10. Hazır suaxıdıcı novçaların, qıfların və boruların, eləcə də tüstü və ventilyasiya (havalandırma) boruları üzərindəki qalpağın və çətirlərin, məhəccərlərin, dam kənarlarının quraşdırılması üzrə işləri xüsusi taxtabəndlər, kənara çıxan ayaqaltılar, özüqalxan nənnilər və ya avtomobil qaldırıcıları üzərindən, eləcə də kanatla yanaşma sistemindən istifadə etməklə yerinə yetirilməlidir.

16.11. Tüstü və ventilyasiya boruları üzərində çətirlər quraşdırılarkən söykəmə nərdivanlardan istifadə edilməsinə yol verilmir.

16.12. Dam örtüyü işlərinin aparıldığı yerlər ikidən az olmayan təxliyyə çıxışları (nərdivanları), telefon və ya başqa rabitə əlaqəsi, eləcə də müəyyən olunmuş normalar üzrə ilk yanğınsöndürmə vasitələri ilə təmin olunurlar.

16.13. Dam örtüyü işləri bir neçə bəndlə yerinə yetirildiyi zaman onlar arasındakı məsafə 10 m-dən az olmamalı, damın əsasına qaynar mastika çəkilən zaman isə ruberoidin yapışdığı yeri 1 m-dən çox keçməməlidir. Şaquli xətt boyunca bir bəndin digəri üzərində işinə yol verilmir.

16.14. Səthdə mastikanın, durulaşdırıcıların, həlledicilərin çəkilməsi (vurulması) havanın hərəkəti istiqamətində yerinə yetirilir.

 

17. Tüstü borularında işləyən zaman təhlükəsizlik tələbləri

 

17.1. Tüstü borularında işləyən zaman yaranan əlavə təhlükəli və zərərli istehsal faktorları aşağıdakılardır:

17.1.1. işçilərin yuxarıdan düşən əşyalar, o cümlədən borunun konstruktiv elementləri nəticəsində xəsarət alma təhlükəsi;

17.1.2. fəaliyyətdə olan tüstü borularında qazların, aerozolların, o cümlədən tüstünün olması;

17.1.3. güclü küləyin təsir etdiyi qüvvələr;

17.1.4. tüstü borusuna bərkidilmiş, stasionar nərdivanların və ya xaricdən quraşdırılmış metal pilləkənlərin möhkəmliyinin itirilməsi.

17.2. Tüstü borusuna çıxarkən yuxarıdan sonuncu pərçimdən tutmaq və onun üzərində dayanmaq qadağandır.

17.3. Ayaqaltıların üst yarusunun meydançası tüstü borusunun yuxarısından 0,65 m aşağıda olmalıdır.

17.4. Ayaqaltıların aşağıda yerləşən meydançalarından tutucu meydança kimi istifadə edilməlidir. Bu meydançalar işçilərin yuxarıdan düşə biləcək əşyalardan xəsarət alma təhlükəsinin olduğu yerlərdə, bacalara girişin üstündə, keçidlərin və iş yerlərinin üstündə quraşdırılmalıdır.

17.5. Boru divarı ilə işçi meydançanın daxili kənarı arasındakı məsafə 200 mm-dən çox olmamalıdır.

17.6. Boru ətrafındakı təhlükəli zonanı hündürlüyü 2,5-3 m, eni 2 m-dən, qalınlığı 40 mm-dən az olmayan ikiqat taxta lövhə ilə hasarlamaq, boruya doğru meyilli və hündürlüyü 150 mm-dən az olmayan bort lövhəli qoruyucu sipər quraşdırılmalıdır.

17.7. Tüstü borularında işləyərkən təhlükəli və zərərli istehsal faktorlarının işçilərə təsirinin qarşısını almaq üçün əlavə tədbirlər icra planına, texnoloji xəritələrə və naryad-buraxılış sənədinə daxil edilməlidir.

 

18. Beton işləri yerinə yetirilərkən təhlükəsizlik tələbləri

 

18.1. Beton işləri (armaturun, özül detallarının, taxta qəliblərin quraşdırılması, beton tökülməsinin və hündürlükdə monolit dəmir-beton konstruksiyaların ucaldılması zamanı yerinə yetirilən digər işlər) yerinə yetirilən zaman yaranan əlavə təhlükəli və zərərli istehsal faktorları aşağıdakılardır:

18.1.1. qurğunun, obyektin, taxta qəlibin və tutucu bərkitmələrin müvəqqəti dayanıqsız vəziyyəti səbəbindən işçilərin xəsarət alma təhlükəsi;

18.1.2. güclü külək;

18.1.3. betonun tərkibində işçilərin dərisində kimyəvi yanıqların əmələ gəlməsinə və gözlərinin zədələnməsinə səbəb olan kimyəvi qarışıqların olması;

18.1.4. atmaturun millərini elektrik cərəyanı ilə qızdırarkən elektrik xəsarətlərinin alınması və yanıqların əmələ gəlməsi ehtimalı;

18.1.5. armaturun dartılması üzrə işlərdə xəsarət təhlükəsi;

18.1.6 elektrik vibrasiya alətlərinin istifadəsi, betonun elektriklə qızdırılması zamanı səsin, vibrasiyanın təsiri, elektrik xəsarətinin alınma ehtimalı;

18.1.7. mexaniki, hidravlik, pnevmatik qaldırıcı qurğuların tətbiqi zamanı xəsarət alma təhlükəsi.

18.2. Daimi döşəmələr qurulana qədər iş gedən dam örtüyünün və pilləkən üçün saxlanmış boş yerlərin bütün yarusları işçi yüklərə tab gətirə bilən taxta lövhələr və ya başqa müvəqqəti örtük materialları ilə örtülməlidir.

18.3. Hündür yerdə armaturların qaynağı inventar körpülər və ya ayaqaltılar üzərində həyata keçirilməlidir. Yerə düzülmüş armatur üzərində gəzməyə yalnız armatur karkasının üzərinə eni 0,6 m-dən az olmayan taxta lövhələr qoyulduqda icazə verilir.

18.4. Hər gün qəlibə beton tökməzdən əvvəl taranın, qəlibin və ayaqaltı vasitələrin (taxtabəndlərin) vəziyyəti yoxlanılır.

18.5. Divarların, rigellərin və tağtavanların (qübbələrin) yığma qəlibi qurularkən eni 0,8 m-dən az olmayan məhəccərli, işçi ayaqaltı qurğuları nəzərdə tutulmalıdır.

18.6. Dam örtüklərinin qəlibi bütün perimetr üzrə hasarlanmalıdır. Qəlibin işçi döşəməsində bütün dəliklər bağlı olmalıdır. Bu dəlikləri açıq vəziyyətdə buraxmaq lazım gəldikdə onlar məftil torla çəkilib bağlanılmalıdır.

18.7. Beton qarışığı üçün bunkerlər (badyalar) dövlət standartlarının tələblərinə cavab verməlidir. Yüklənmiş və ya boşaldılmış bunkerlərin daşınmasına yalnız sürgü bağlı olduğu halda icazə verilir.

18.8. Əgər icra planında başqa məsafə nəzərdə tutulmayıbsa, betonu bunkerdən tökərkən, bunkerin aşağı kənar hissəsi ilə əvvəlcə tökülmüş beton və ya betonun töküləcəyi səth arasındakı məsafə 1 m-dən çox olmamalıdır.

18.9. Qəlibin sökülməsi məsul iş icraçısının icazəsi ilə həyata keçirilməlidir. Qəlib çıxarılarkən işçilərin mümkün ola bilən xəsarət almalarının qarşısını almaq üçün tədbirlər yerinə yetirilməlidir.

18.10. Beton işləri zamanı təhlükəli və zərərli istehsal faktorlarının işçilərə təsirinin qarşısını almaq üçün əlavə tədbirlər icra planına, texnoloji xəritələrə və naryad-buraxılış sənədinə daxil edilməlidir.

 

19. Hörgü işləri yerinə yetirilərkən təhlükəsizlik tələbləri

 

19.1. İşçi ayaqaltıdan 0,7 m-ə qədər hündürlükdə və divarın xarici tərəfindən hörgünün başladığı səviyyədən torpağa (döşəmə örtüyünə) qədər məsafə 1,8 m-dən çoxdursa, hasar qurğular tətbiq etmək, buna imkan olmadıqda isə təhlükəsizlik sistemləri tətbiq edilməlidir.

19.2. Mərtəbələrarası örtüklərin (döşəmə-tavan) daşıyıcı konstruksiyaları, eləcə də pilləkən qəfəslərinin meydançaları və marşları quraşdırılmadan növbəti mərtəbələrin divarlarını hörməyə yol verilmir.

19.3. Sərbəst duran daş divarların son hədd tikilmə hündürlüyü (örtük salınmadan) və bu divarların müvəqqəti bərkitmə üsulları icra planında müəyyən edilməlidir.

19.4. Divarın üstündə divarı hörməyə yol verilmir və işlərin icrasının xüsusi şərtləri icra planında müəyyən edilir.

19.5. Pərvazın müvəqqəti bərkitmə elementlərinin, eləcə də kərpic tağların qəliblərinin, yalnız məhlulun layihədə müəyyən edilmiş möhkəmliyi əldə edildikdən sonra çıxarılmasına yol verilir.

19.6. İş yerində kərpiclər, kiçik bloklar daşınarkən və ötürülərkən yükün yerə düşməməsi üçün altlıqlar, konteynerlər və yüktutan qurğular tətbiq edilməlidir.

19.7. Hündürlüyü 7 m-dən çox olan binanın xarici divarları hörülərkən, binanın bütün perimetri üzrə daxili ayaqaltılardan yerdən 6 m-dən çox olmayan hündürlükdə qoruyucu sipərlər qurulur və divarlar tam hörülüb qurtarana qədər saxlanılır. İkinci sıra isə birinci sıra üzərində 6-7 m hündürlükdə, sonra isə divar hörüldükcə 6-7 m-dən sonra yenidən qurulmalıdır.

19.8. Hörgü işləri yerinə yetirilərkən təhlükəli və zərərli istehsal faktorlarının işçilərə təsirinin qarşısını almaq üçün əlavə tədbirlər icra planına, texnoloji xəritələrə və naryad-buraxılış sənədinə daxil edilməlidir.

 

20. Şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin təmizlənməsi zamanı təhlükəsizlik tələbləri

 

20.1. Şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin təmizlənməsi zamanı yaranan əlavə təhlükəli və zərərli istehsal faktorları aşağıdakılardır:

20.1.1. şüşənin kövrəkliyi;

20.1.2. pəncərə çərçivələrinin səthində iti ucların, kələ-kötürlüyün olması;

20.1.3. qüsurlu şüşələnmə (sınmış və zəif bərkidilmiş şüşələr);

20.1.4. küləyin gücü;

20.1.5. mənfi temperaturun təsiri;

20.1.6. səsin, vibrasiyanın təsiri.

20.2. Şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin təmizlənməsi zamanı təhlükəli və zərərli istehsal faktorlarının işçilərə təsirinin qarşısını almaq üçün əlavə tədbirlər icra planına, texnoloji xəritələrə və naryad-buraxılış sənədinə daxil edilməlidir.

20.3. Şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin (fasadların, pəncərələrin, çıraqların plafonlarının, işıq fənərlərinin) təmizlənməsi zamanı təhlükəsizlik aşağıdakı üsullarla təmin edilir:

20.3.1. şüşələnən yerə çatmaq üçün vasitələrin və üsulların seçilməsi (köməkçi körpülər, ayaqaltılar, vışkalar, nənnilər, meydançalar, işçi meydançası olan asma nərdivanlar və ya kanatla yanaşma sistemləri) ilə;

20.3.2. kollektiv və fərdi mühafizə vasitələrinin, tutucu və sığorta sistemlərinin, xüsusi geyimlərin və ayaqqabıların tətbiqi ilə;

20.3.3. iş yerlərinin etibarlı təşkili ilə;

20.3.4. işçilərin bacarığı, səriştəliliyi ilə;

20.3.5. şüşətəmizləyən vasitələrin (quru, yarımquru, yaş) və üsulların (əl ilə, mexanikləşdirilmiş) seçilməsi ilə;

20.3.6. yuyucu tərkibin və şüşələri çirklənmədən qoruma üsullarının seçilməsi ilə.

20.4. Pəncərə çərçivələrini açıq pəncərə yerinə quraşdırarkən çərçivənin bayıra düşməsinə qarşı tədbirlər təmin edilməlidir.

20.5. Şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin təmizlənməsi zamanı aşağıdakılara yol verilmir:

20.5.1. söykəmə nərdivanları şüşəyə və pəncərə çərçivələrinin şalban yanı tirlərinə söykəməyə;

20.5.2. bir şaquli xətt üzrə eyni vaxtda, bir neçə cərgədə şüşəsalma, şüşəyuma və şüşə təmizləmə işlərini görməyə;

20.5.3. pəncərə aralığında bərkidilməmiş şüşə lövhələri və ya şüşə profil elementlərini saxlamağa;

20.5.4. damların və fənərlərin şüşələnməsi işlərini iş yerinin altında şüşələrin və alətlərin düşməsinin qarşısını alan, taxta hasardan və ya brezentdən hazırlanmış meydançaları qurmadan yerinə yetirməyə (meydançalar olmadıqda təhlükəli zona hasara alınmalı və ya qorunmalıdır);

20.5.5. şüşələrin xarici səthini açıq nəfəslikdən və xəfəngdən (pəncərənin və ya qapının üst hissəsindən) silməyə;

20.5.6. şüşələri güclü qüvvə tətbiq etməklə, şüşəyə bərk basmaqla və təkanla silməyə;

20.5.7. sərbəst duran ayaqaltı vasitələrindən istifadə olunarkən təklikdə və müvafiq sığorta sistemləri olmadan işləməyə;

20.5.8. sutkanın qaranlıq vaxtlarında işləməyə.

20.6. Şüşələrin yuyulması üçün istifadə edilən suyun temperaturu 60oC-dən yuxarı olmamalıdır.

20.7. Hündürlükdə şüşə işlərini yerinə yetirərkən, şüşələr və digər materiallar xüsusi olaraq bu məqsədlər üçün hazırlanmış, meydançalarda və dayaqlarda qoyulan, xüsusi yeşiklərdə saxlanılmalıdır.

20.8. Şüşə onun quraşdırıldığı yerə müvafiq təhlükəsiz qurğular (vasitələr) və ya xüsusi tara tətbiq etməklə qaldırılmalı və daşınmalıdır.

20.9. Təhlükəsiz əmək şəraitinə təsir edə biləcək işlərin texnologiyasının, avadanlığın, qurğuların və alətlərin, yuyucu tərkibin və başqa faktorların dəyişdiyi, eləcə də əməyin mühafizəsi tələbləri pozulduğu halda və ya 60 təqvim günündən çox işə fasilə verdikdə (yükqaldırıcı mexanizmlər tətbiq olunmaqla hündürlükdə görülən işlər üçün-30 gündən çox), hündürlükdə şüşə ilə işləyən və binaların şüşələnmiş hissələrinin təmizlənməsi ilə məşğul olan işçilər plandan kənar təlimat keçməlidirlər. Hündürlükdə şüşə ilə işləyən və binaların şüşə hissələrinin təmizlənməsi ilə məşğul olan işçilər rübdə bir dəfədən az olmayaraq təkrar təlimat keçirlər.

 

21. Hündürlükdə bəzək işləri zamanı təhlükəsizlik tələbləri

 

21.1. Hündürlükdə bəzək (suvaq və rəngsazlıq) işləri yerinə yetirilən zaman yaranan əlavə təhlükəli və zərərli istehsal faktorları aşağıdakılardır:

21.1.1. əşyaların hündürlükdən düşməsi;

21.1.2. tədarük olunan materialların, alətlərin və avadanlığın (üzlük işləri üçün) səthində iti ucların, qırıntıların və kələ-kötürlüyün olması;

21.1.3. tətbiq edilən materialların kimyəvi cəhətdən zərərli olması;

21.1.4. havanın, dəri örtüyünün, fərdi mühafizə vasitələrinin kimyəvi birləşmələrlə, aerozolla, tozla həddindən artıq çirklənməsi;

21.1.5. yanğın-partlayış təhlükəsi.

21.2. Altında başqa işlər görülən, hündürlükdə bəzək işləri (suvaq və rəngsazlıq) yerinə yetirilərkən istifadə edilən ayaqaltı vasitələrinin döşəmələrində aralıqlar olmamalıdır.

21.3 Pilləkən marşları üzərində bəzək işləri xüsusi ayaqaltı vasitələr üzərində yerinə yetirilməlidir. İşçi döşəmənin üfüqi vəziyyətini təmin etmək üçün bu ayaqaltılarda dayaqlar müxtəlif uzunluğa malik olur.

21.4. Asma nərdivanlardan istisna hallarda və yalnız kiçik bəzək işlərinin yerinə yetirilməsi üçün istifadə edilməsinə yol verilir.

21.5. Məhlul nasos qurğularını tətbiq etməklə suvaq işlərini icra edən zaman operatorun qurğunun maşinisti ilə ikitərəfli əlaqəsi təmin edilməlidir.

 

22. Antena-dor qurğularında işləyən zaman təhlükəsizlik tələbləri

 

22.1. Antenna-dor qurğularında işləyən zaman aşağıdakı tələblər yerinə yetirilməlidir:

22.1.1. işçilər elektrik təhlükəsizliyi üzrə 3-cü qrupa malik olmalıdırlar;

22.1.2. antenna-dor qurğularına qalxmazdan əvvəl dor ağacının bütün siqnal işıqlandırması, antenanın qızdırılması söndürülməlidir və “İşə salmaq olmaz. Adamlar işləyir” plakatı asılmalıdır.

22.2. Aşağıdakı hallarda işçilərin antenna-dor qurğusuna qalxmasına yol verilmir:

22.2.1. 42 V-dan yuxarı gərginlik açılmadıqda;

22.2.2. tufan və onun yaxınlaşdığı vaxt;

22.2.3. buz bağlayanda, yağış, qar yağanda, dumanda;

22.2.4. sutkanın qaranlıq vaxtı və ya kifayət qədər işıqlanma olmadıqda;

22.2.5. küləyin sürəti 12 m/san-dən çox olduqda.

 

23. Su üzərində işləyən zaman təhlükəsizlik tələbləri

 

23.1. Su üzərində quraşdırılan ayaqaltılar, pontonlar, körpülər, piyada körpüləri və digər piyada keçidləri və ya iş yerləri, üstündə ayağa ilişə bilən və ya sürüşmə təhlükəsi olan, kənara çıxan və sürüşkən elementlərə malik olmamalıdırlar və aşağıdakı tələblərə uyğun olmalıdırlar:

23.1.1. möhkəm və dayanıqlı olmalı;

23.1.2. işçilərin təhlükəsiz hərəkətini təmin edən kifayət qədər enə malik olmalı;

23.1.3. xarici taxta ilə və ya başqa üzlük materiallarla örtülməli, məhəccərlə, kanatla və bortlarla hasarlanmalı;

23.1.4. kifayət qədər təbii işıqlanma olmadıqda müvafiq işıqlandırmaya malik olmalı;

23.1.5. kifayət sayda xilasedici üzgəclər, halqalar, stroplar, kanatlar və başqa xilasedici avadanlıqlarla təchiz olunmalı;

23.1.6 boş saxlanılmalı, üzərində alət və material yığını olmamalı;

23.1.7. təmiz saxlanmalı, sürüşkən yerlərə qum və ona bənzər material səpilməli, üstü yağdan, qardan, buzdan təmizlənməli;

23.1.8. cilovun və güclü küləyin təsirindən yerdəyişməyə qarşı bərkidilməli.

23.2. Su üzərində tək işləməyə yol verilmir.

 

24. Hündürlükdə məhdudlaşdırılmış məkanda işləyən zaman təhlükəsizlik tələbləri

 

24.1. Hündürlükdə məhdudlaşdırılmış məkanda görülən işlərə bunkerdə, quyuda, tutumda, çəndə, boruların daxilində aparılan işlər aid edilir ki, burada iş yerlərinə keçid üçün xüsusi lüklər, qapılar, dəliklər nəzərdə tutulur.

24.2. Hündürlükdə məhdudlaşdırılmış məkanda işlər yerinə yetirilərkən yaranan əlavə təhlükəli və zərərli istehsal faktorları aşağıdakılardır:

24.2.1. əşyaların işçilərin üstünə düşməsi;

24.2.2. lüklərin qapağını açıb bağlayan zaman zədələnmə ehtimalı;

24.2.3. qapalı məkanın partlayışa, işçinin zəhərlənməsinə və ya yanmasına səbəb ola biləcək zəhərli və partlayış təhlükəli qazla dolması;

24.2.4. məhdudlaşdırılmış məkanın havasının həddindən artıq çirklənməsi və tozluluğu;

24.2.5. işçi zonanın kifayət qədər işıqlandırılmaması;

24.2.6. yüksək rütubətlilik.

24.3. Məhdudlaşdırılmış məkanda işlər naryad-buraxılış sənədi üzrə yerinə yetirilir.

24.4. İşçilərin düşməməsi üçün lüklər və deşiklər yuxarıdan qoruyucu məhəccərlərlə təchiz olunmalıdır.

24.5. Hündürlükdə məhdudlaşdırılmış məkanda işləyən zaman məsul iş rəhbəri hər işləyən işçi üçün bir nəzarətçi təyin edir.

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

1 nömrəli Əlavə

 

 

Hündürlükdə işləyən işçilərə dair tələblərin nümunəvi siyahısı

 

1. İlk dəfə hündürlükdə işləməyə buraxılan işçilər aşağıdakılarla tanış olmalıdırlar:

 - əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlarla;

 - həmin iş yerində, istehsal sahəsində, sexdə olan texnoloji proses və avadanlıq haqqında ümumi məlumatlarla;

- istehsal təlimatları ilə;

 - iş yerində əmək şəraiti ilə;

 - istehsal sanitariyası və şəxsi gigiyenanın əsas tələbləri ilə;

- müəssisələrdə, hündürlükdə baş vermiş bədbəxt hadisələrin, qəzaların, yanğınların, hündürlükdə işləyən zaman alınan xəsarətin yaranma şəraiti və xarakterik səbəbləri ilə, qəzalar, yanğınlar zamanı vəzifələr və hərəkətlərlə, sahədə olan yanğınsöndürmə, qəzaya qarşı mühafizə və siqnalizasiya vasitələrinin tətbiqi üsulları ilə, olduğu yerlə və qəza vəziyyətində təxliyyə sxemləri və marşrutları ilə;

- hündürlükdə işlər üçün xarakterik olan əsas təhlükəli və zərərli istehsal faktorları ilə;

- yüksək təhlükəli zonalarla, maşınlarla, mexanizmlərlə, cihazlarla, avadanlığın təhlükəsiz işini təmin edən vasitələrlə (qoruyucu, tormoz qurğuları və hasarlar, bloklama və siqnalizasiya sistemləri, təhlükəsizlik nişanları);

- işlərin təhlükəsiz yerinə yetirilmə metodları və qaydaları ilə.

Hündürlükdə ilk dəfə işləməyə buraxılan işçilər, avadanlığın, cihazların, mexanizmlərin (avadanlığın, işə salan cihazların, alətlərin və qurğuların, bloklaşdırma, yerləbirləşdirmə və digər mühafizə vasitələrinin saz vəziyyətinin yoxlanması) tətbiqinin praktiki vərdişlərə malik olmalı və zərərçəkənlərə ilk tibbi yardım göstərilməsini bacarmalı, müvafiq fərdi mühafizə vasitələrinin tətbiqinin, istifadədən əvvəl və sonra onlara baxış keçirməyin praktiki vərdişlərinə yiyələnməlidirlər.

2. Hündürlükdə işlərin təhlükəsizliyi üzrə 1-ci qrup işçilər (briqadanın tərkibində və ya işəgötürənin əmri ilə təyin olunmuş işçinin bilavasitə nəzarəti altında işə buraxılan fəhlələr) əlavə olaraq aşağıdakılarla tanış olmalıdırlar:

- bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısını alan metod və vasitələrlə;

- təxliyyə və xilasetmə texnikasının əsasları ilə.

Hündürlükdə işlərin təhlükəsizliyi üzrə 2-ci qrup işçilər (ustalar, briqadirlər, təcrübə rəhbərləri, eləcə də naryad-buraxılış sənədi üzrə işin icrasına təyin olunan işçilər) hündürlükdə işlərin təhlükəsizliyi üzrə 1-ci qrup işçilərə irəli sürülmüş tələblərdən əlavə aşağıdakılarla tanış olmalıdırlar:

- əməyin mühafizəsi və işlərin təhlükəsizliyi üzrə normaların, qaydaların, standartların və reqlamentin tələbləri ilə;

- bədbəxt hadisələrin və peşə xəstəliklərinin təhqiqatı və uçotu qaydaları ilə;

- mühafizə vasitələrinin istifadə, tətbiq, istismar, verilmə, xidmət, saxlama, baxış, sınaq keçirmə və çıxdaş etmə qaydaları və tələbləri ilə;

- iş yerlərinin təşkili və saxlanması ilə;

- kollektiv mühafizə vasitələri, hasarlama, təhlükəsizlik nişanları ilə.

Hündürlükdə işlərin təhlükəsizliyi üzrə 2-ci qrup işçilər 1 ildən artıq hündürlükdə iş təcrübəsinə malik olmalıdır, işlərə bilavasitə rəhbərlik etməyi, xilasedici tədbirlər keçirməyi, zərərçəkənin təhlükəsiz daşınmasını təşkil etməyi bacarmalıdır, eləcə də zərərçəkənə ilk tibbi yardım göstərilməsinin praktiki vərdişlərinə yiyələnməlidirlər.

Hündürlükdə işlərin təhlükəsizliyi üzrə 3-cü qrup işçilər, hündürlükdə işlərin təhlükəsizliyi üzrə 2-ci qrup işçilərə irəli sürülən tələblərdən başqa aşağıdakıları bacarmalıdırlar:

 - yıxılma (düşmə) riskləri barəsində tam təsəvvürə malik olmaq və iş yerinə baxış keçirmək;

 - işlərə uyğun qaydaları, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə tələbləri bilmək;

- işlərin təhlükəsizliyini təmin edən tədbirləri bilmək;

- işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək, icra planının işlənilməsini, naryad-buraxılış sənədinin tərtib edilməsini bacarmaq, briqada üzvlərinə nəzarət etməyi həyata keçirmək;

- işçiləri təlimatlandırarkən təhlükəsizlik tədbirləri barədə tələbləri dəqiq ifadə və izah etməyi bacarmaq;

- personala işlərin təhlükəsiz icra edilməsinin metod və qaydalarının, ilk tibbi yardımın göstərilməsinin praktiki qaydalarının öyrədilməsini bacarmaq;

- fərdi mühafizə vasitələrinin yoxlanılmasının keçirilməsi üzrə biliklərə sahib olmaq.

Müəllimlərə və hündürlükdə işlərin təhlükəsizliyi üzrə 3-cü qrup işçilərə irəli sürülən tələblər: 21 yaşdan böyük, hündürlükdə işləri icra etmə təcrübəsi, yaxud da texniki-texnoloji və ya təşkilati tədbirlərin təşkili sahəsində 2 ildən çox iş təcrübəsinin olması.

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

2 nömrəli Əlavə

 Nümunə

 

 

Hündürlükdə işə buraxılış haqqında vəsiqə

 

Hündürlükdə işə buraxılış barədə vəsiqənin (bundan sonra-vəsiqə) üz tərəfi:

 

 

Təlim keçirən və vəsiqə verən təşkilatın adı

 

VƏSİQƏ №____________

 

 

 

 

 

Foto

3х4

    Soyadı

    Adı

    Atasının adı

    _________________________________

                    (sənət, peşə, vəzifə)

    _________________________________

                               (təşkilat)

              

               Verilmə tarixi____  __________20__il

 

               Şəxsi imza

 

Vəsiqənin arxa tərəfi:

Hündürlükdə işlərin yerinə yetirilməsinin təhlükəsiz metodları və üsullarının öyrədilməsi üzrə təlim keçmişdir

 

                            Attestasiya Komissiyasının qərarı ilə

_____________________________________________________________

______________________________________________işə buraxıla bilər

                                             (işin adı)

  Əsas:  protokol  №_______      ____ ______________ 20 ___ il.

 

 

Vəsiqə verən

təşkilatın rəhbəri,____________       _____________________

                                 (imza)                             (soyadı, adı)

                                

M.Y.

 

 

Qeyd:

 

1. Vəsiqə işçinin göstərilən işi müstəqil yerinə yetirmə hüququnu təsdiq edən sənəddir.

2. Vəsiqə, xidməti vəzifələrini yerinə yetirərkən daim işçinin yanında olmalıdır və işəgötürənin yanında əmək qanunvericiliyinə riayət olunmasına nəzarəti həyata keçirən müəssisənin vəzifəli şəxslərinin tələbi ilə, eləcə də əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələbi ilə vəsiqəni göstərməlidir.

3. Əgər işçinin soyadı dəyişibsə və ya müəssisədə texnoloji proses dəyişmədən müəssisə yenidən təşkil edilibsə və bu halda vəzifələrin adları, vəzifə borcları və işçilərin iş şəraiti dəyişməyibsə vəsiqə, onun təsir qüvvəsinin müddəti başa çatana qədər etibarlıdır.

4. Vəsiqə laminatdan hazırlanır. Vəsiqənin ölçüsü 90 mm x 60mm-dir.

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

3 nömrəli Əlavə

Nümunə

 

Hündürlükdə işlərin icrasına

Naryad-buraxılış №___

Təşkilat: _________________________________________________________________

Bölmə:  _________________________________________________________________

                                                            

                                                             Verilib                    “____”  ______________20___ il

                                                           

                                                             Etibarlıdır               “____”  ______________20___ il

 

Məsul iş rəhbəri:  __________________________________________________________

                                                                          (soyadı, adı)

Məsul iş icraçısı:  __________________________________________________________

                                                                (soyadı, adı)

İşlərin yerinə yetirilməsinə____________________________________________________

İş icraçılarının (briqada üzvlərinin) tərkibi:

Soyadı, adı, atasının adı

İş şəraiti ilə tanış etdi, təlim keçirdi

(imza)

İş şəraiti ilə tanış oldu

(imza)

 

 

 

 

 

 

 

 

 

 

İşlərin yerinə yetirilmə yeri:             ____________________________________________

İşlərin məzmunu:                            ____________________________________________

İşlərin yerinə yetirilməsi şəraiti:      ____________________________________________

İşlərin yerinə yetirilməsi yerində mövcud        ____________________________________

olan və ya yarana bilən təhlükəli və zərərli     ____________________________________

 istehsal amilləri                                              ____________________________________

 

 

İşin başlanması:                    _____ saat ____dəqiqə       “____”  ______________20___ il

 

İşin  qurtarması                      _____ saat ____dəqiqə       “____”  ______________20___ il

 

Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi sistemləri:

 

Tutub saxlayıcı sistemlər

 

Mövqedə saxlayan sistemlər

 

Sığorta sistemləri

 

Təxliyyə və xilasetmə sistemləri

 

 

 

         1. İşlərin yerinə yetirilməsi üçün lazım olan:

Materiallar:    _____________________________________________________________

Alətlər:          _____________________________________________________________

Qurğular:      _____________________________________________________________

 

         2. İşə başlamadan əvvəl aşağıdakı tədbirlər yerinə yetirilməlidir:

 

 

Tədbirin adı, icra planına və ya texnoloji karta  istinad

Yerinə yetirilmə vaxtı

Məsul iş icraçısı

 

 

 

 

 

 

        3. İşlərin icra olunma prosesində aşağıdakı tədbirlər yerinə yetirilməlidir:

 

Hündürlükdə işlərin təhlükəsizliyi üzrə tədbirlərin adı

Yerinə yetirilmə vaxtı

Məsul iş icraçısı

 

 

 

 

 

 

 

        4. İşlərin icra olunmasının xüsusi şərtləri :

 

Şərtlərin adı

Yerinə yetirilmə vaxtı

Məsul iş icraçısı

 

 

 

 

 

 

 

Naryadı verdi:    __________________                                                  ________________

                                        (tarix)                                                                        (vaxt)

İmza:                  __________________                                                 ________________

                                        (imza)                                                                    (soyadı, adı)

Naryadı uzatdı :  __________________                                                 _______________

                                        (tarix)                                                                        (vaxt)      

İmza:                  __________________                                                 ________________

                                        (imza)                                                                    (soyadı, adı)        

 

         5. İş yerlərinin hazırlanmasına icazə və işlərin icrasına buraxılış:

 

İş yerlərinin hazırlanmasına icazə və işlərin icrasına buraxılışı verdi  (vəzifəsi, soyadı, adı və imzası)

 

Tarix, vaxt

İş yerlərinin hazırlanmasına icazə və işlərin icrasına buraxılışı alan işçinin imzası

1

2

3

 

 

 

 

 

 

 

İş yeri hazırlanmışdır.

Məsul iş rəhbəri

(iş icraçısı)                                                          __________________________

                                                                                      (imza, soyadı və adı)           

      

       6. Gündəlik işə buraxılma və onun başa çatma vaxtı:

 

Briqada təlimat almışdır və hazırlanmış iş yerinə buraxılmışdır

İş bitmişdir, briqada çıxardılmışdır

iş yerinin adı

Tarix, vaxt

imzalar (imza) (soyadı, adı)

Tarix, vaxt

Məsul iş icraçısının imzası (imza) (soyadı, adı)

 

Məsul iş rəhbəri

Məsul iş icraçısı

1

2

3

4

5

6

 

 

 

 

 

 

 

 

 

 

 

 

       

       7. Briqadanın tərkibindəki dəyişikliklər:

Briqadanın tərkibinə daxil edilmişdir                   (soyadı, adı)

Briqadanın tərkibindən çıxarılmışdır        (soyadı, adı)

Tarix, vaxt

İcazə verdi

(soyadı, adı)

 

1

2

3

4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

        8. İlkin buraxılışda  təlimin qeydiyyatı:

Təlimi keçirdi:  _____________________       Təlimi keçdi:   ________________________

                         

Naryadı verən                                                    Məsul iş                                       

 şəxs             ______________________         rəhbəri:         ________________________

                           (soyadı, adı)                                                              (soyadı, adı) 

                     ______________________                               ________________________

                                (imza)                                                                        (imza)

Məsul iş                                                            Məsul iş                                       

rəhbəri         ______________________          icraçısı:         ________________________

                           (soyadı, adı)                                                              (soyadı, adı) 

                     ______________________                               ________________________

                                (imza)                                                                        (imza)

 

 

Məsul iş                                                           Briqada                                       

icraçısı         ______________________        üzvləri:            ________________________

                           (soyadı, adı)                                                              (soyadı, adı) 

                     ______________________                               ________________________

                                (imza)                                                                        (imza)

 

Naryad buraxılışı

verdi:                            ______________________________________________________

                                         ( təşkilat rəhbərinin əmri ilə səlahiyyət verilmiş şəxs)

 

 

        9. İş görən müəssisənin (istismar edən təşkilatın) işlərin icra olunmasına yazılı icazəsi (akt-buraxılış) var. İnşaat işlərinin təhlükəsizliyi üzrə tədbirlər razılaşdırılmışdır ( iş görən müəssisənin ərazisində işlər yerinə yetirilərkən doldurulur):

 

                     (səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı və imzası)

 

       10. İş yeri və əmək şəraiti yoxlanmışdır. İstehsalın təhlükəsizliyi üzrə naryad-buraxılışda göstərilən tədbirlər yerinə yetirilmişdir.

 

İşin icrasına başlamağa

 icazə verirəm:                          _________________         _______________________

                                                        (tarix, imza)                                (soyadı, adı)

Naryad-buraxılış

uzadıldı:                                    _________________         _______________________

                                                        (tarix, imza)                                (soyadı, adı)

 

       11. İş tam həcmdə yerinə yetirilmişdir. Materiallar, alətlər, ləvazimatlar yığışdırılmışdır. Briqada üzvləri çıxarılmışdır, naryad-buraxılış bağlanmışdır.

 

    Məsul iş                                                           Naryad-buraxılışı

    rəhbəri:            _________________              verən şəxs               ___________________

                                  (tarix, imza)                                                                (tarix, imza)

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

4 nömrəli Əlavə

Nümunə

 

 

Hündürlükdə görülən işlərə buraxılış barədə vəsiqə

 

Hündürlükdə görülən işlərə buraxılış barədə vəsiqənin (bundan sonra –vəsiqə) üz tərəfi:

 

Təlim keçirən və vəsiqə verən təşkilatın adı

 

VƏSİQƏ №____________

 

 

 

 

 

           Foto

3х4

    Soyadı _____________________________

    Adı ________________________________

    Atasının adı _________________________

    ___________________________________

( peşə, vəzifə)

    ___________________________________

(təşkilat)

 

 

 

 

 

Verilmə tarixi             

 __  ________20__il            

Etibarlıdır

__ _______20_dək

 

Şəxsi imza

 

 

Vəsiqənin arxa tərəfi:

 

-Hündürlükdə işlərin yerinə yetirilməsinin təhlükəsiz metodları və üsulları üzrə təlim keçmişdir

-___________________________müddətdə təcrübə keçmişdir

   iş günlərinin (növbələrinin) sayı                   

                          Attestasiya Komissiyasının qərarı ilə

________________________________________________________________

_______________________________________________işə buraxıla bilər

                                             (işin adı)

  hündürlükdə işin təhlükəsizliyi üzrə______qrup

 

  Əsas:  protokol  №_______      ____ ______________ 20 ___ il.

 

Vəsiqə verən

təşkilatın rəhbəri,____________       _____________________

                                 (imza)                             (soyadı, adı)                      

M.Y.

 

Qeyd:

 

1. Vəsiqə işçinin göstərilən işi müstəqil yerinə yetirmə hüququnu təsdiq edən sənəddir.

Ayaqaltı vasitələrindən istifadə etməklə, hündürlüyü 1,1 m və daha çox qoruyucu hasarları olan meydançalarda, eləcə də ayaqaltı vasitələri tətbiq etmədən 5m və daha çox hündürlükdə yerinə yetirilən işlərə, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə bu vəsiqəni alan zaman bu Qaydaların 2 nömrəli əlavəsində nəzərdə tutulmuş vəsiqə verilməyə bilər.

  1.  Vəsiqə, xidməti vəzifələrini yerinə yetirərkən daim işçinin yanında olmalıdır və işəgötürənin yanında əmək qanunvericiliyinə riayət olunmasına nəzarəti həyata keçirən müəssisənin vəzifəli şəxslərinin tələbi ilə, eləcə də əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələbi ilə vəsiqə göstərilməlidir.

3. Əgər işçinin soyadı dəyişibsə və ya müəssisədə texnoloji proses dəyişmədən müəssisə yenidən təşkil edilibsə və bu halda vəzifələrin adları,vəzifə borcları və işçilərin iş şəraiti dəyişməyibsə, vəsiqə onun qüvvədə olma müddəti başa çatana qədər etibarlıdır.

4. Vəsiqə laminatdan hazırlanır. Vəsiqənin ölçüsü 90 mm x 60mm-dir.

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

5 nömrəli Əlavə

Nümunə

 

Hündürlükdə işin şəxsi uçot kitabçası

 

Üz hissəsi

 

 

 

 

 

 

 

Təşkilatın ünvanı

________________________

________________________

________________________

________________________

 

 

 

 

 

 

 

 

                             Hündürlükdə işin

ŞƏXSİ UÇOT KİTABÇASI

 

 

2-3-cü səhifələr

 

 

Qey. nömrəsi

 


Tarix

 

Soyadı____________________

 

Adı_______________________

 

Atasının adı________________     ___________

                                                         (şəxsi imzası)

Şəxsi kitabça №                        Doğum tarixi:

 

 

 

 

 

 

 

 

 

Şəxsi kitabça verilib:

_____________________________________________

_____________________________________________

(şəxsi kitabçanı verən və tədris fəaliyyətini həyata keçirən təşkilatın adı)

“___” ____________20__il tarixli ________№-li vəsiqə əsasında

 

Tədris müəssisəsinin rəhbəri:______ __________

(imza)  (soyadı və adı)

 

Qeyd.nömrəsi

_________

Şəx.kitabça №

 _________

Verilmə tarixi _____

Qurtarma tarixi _____

Hündürlükdə saatların cəmi _____

 

Qeyd.nömrəsi

_________

Şəx.kitabça №

 _________

Verilmə tarixi _____

Qurtarma tarixi _____

Hündürlükdə saatların cəmi _____

 

Qeyd.nömrəsi

_________

Şəx.kitabça №

 _________

Verilmə tarixi _____

 

 

4-5-ci səhifələr

 

Tibbi müayinənin nəticələrinə görə işə buraxılış haqqında həkimin rəyi

Qan qrupu

 

Tibbi sığorta kartoçkası

 

 

 

 


Müayinə tarixi

Tibbi rəy, həkim arayışının №-si

Həkimin S.A.A., imzası və şəxsi möhürü

 

 

 

 

 

 

 

 

 

 

 

Müayinə tarixi

Tibbi rəy, həkim arayışının №-si

Həkimin S.A.A., imzası və şəxsi möhürü

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

6-9-cu səhifələr

 

İxtisas hazırlığı, attestasiya və ixtisasartırma barədə məlumatlar

 

 

Tarix

Kursun keçirildiyi yer, təhsil müəssisəsi, təşkilat

Kursun adı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu məlumatlara ilkin hazırlıq, yenidən hazırlıq və ya ixtisasartırma kursları, treninqlər, istehsalatda zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üzrə kurslar, yerli və ya beynəlxalq tələblərə uyğun sertifikatlaşdırma daxildir.

 

 

Maksimal hündürlük/kursun müddəti

Attestasiyanın nəticələri, sertifikatın (vəsiqənin, protokolun)№-si

İmza, möhür

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

10-69-cu səhifələr

 

İş təcrübəsi barədə məlumatlar

 

Tarix

İşləri aparan müəssisənin adı

Görülmüş işin növü, naryad-buraxılışın nömrəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İş təcrübəsi haqqında məlumatlar

 

İş yeri

İşin davametmə müddəti (saatlarla)

Maksimal hündürlük(m)

İşlərin icrasına cavabdeh olan şəxsin imzası, müəssisənin möhürü

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekun

 

 

 

70-71-ci səhifələr

 

Doldurmağa aid tövsiyələr

   

     1. Şəxsi kitabçanın sahibinin eyniləşdirilməsi fotoşəkil və sahibin şəxsi imzası üzrə yerinə yetirilir.

     2. İşlənən saatların doldurulması vacibdir. Yalnız bilavasitə hündürlükdə işlənmiş saatları, eləcə də avadanlığın və mühafizə vasitələrinin hazırlanmasına, avadanlığın tədqiq edilməsinə və sınanmasına, iş yerinin tədqiq edilməsinə və hazırlanmasına sərf edilən vaxt nəzərə alınmalıdır.

     Hər üç sütun doldurulur.

     Nümunə yazı:

    8 iş saatı üçün:

 

    40 iş saatı üçün:

 

   3. Görülən işlərin növləri  barəsində dəqiq və aydın formada qeydlər edilməlidir. Bu məlumat işəgötürən, eləcə də şəxsi kitabçanın sahibi üçün vacibdir, çünki bununla işçinin təcrübə və bacarığını  göstərməyə imkan yaranır. 

    

     4. Görülən işlər barəsindəki qeydlərə maksimal hündürlük barədə məlumatlar daxil olmalıdır.

     5. Şirkətin adı barəsində məlumatlar xüsusilə bir ölkədən başqasına gedərkən, eləcə də bir neçə şirkətə subpodrat müqaviləsi üzrə işləyənlərə vacibdir.

6. İş yeri barəsindəki məlumatlara yerin adı (şəhər) və hündür obyektin adı daxil edilməlidir.

Qeyd:

1. Hündürlükdə işlərin uçotunun şəxsi kitabçası (bundan sonra-şəxsi kitabça) hündürlükdə işlənmiş saatların sayını, avadanlığın və mühafizə vasitələrinin hazırlanmasına sərf edilən vaxtı avadanlığın tədqiq edilməsi və sınağı, iş yerinin tədqiqi və hazırlanmasını, işlərin görüldüyü maksimal hündürlüyü və hündür obyektin adı barəsində məlumatları təsdiqləyir;

2. Şəxsi kitabça laminat cilddən və 70 səhifəlik blokdan ibarətdir. Şəxsi kitabçanın ölçüsü 145 mm x 100 mm-dir.

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

6 nömrəli Əlavə

Nümunə

 

 

Hündürlükdə işlərin icra edilməsi planının (icra planı) məzmunu

 

1. İcra planında aşağıdakılar müəyyən edilir və göstərilir:

a) daimi hasarlama konstruksiyalarının birinci dərəcəli qurğusu;

b) müvəqqəti hasarlayıcı qurğular;

c) istifadə olunan ayaqaltı vasitələri, o cümlədən nərdivanlar, asma nərdivanlar, döşəmələr, teleskopik qüllələr, ayaqaltılar;

ç) istifadə olunan yükqaldırıcı mexanizmlər, qaldırıcıların (vışkaların) nənniləri;

d) hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlər və bunlara daxil olan qurğuların nomenklaturası, işçilərin hündürlükdən düşməyə qarşı kollektiv və fərdi mühafizə qurğuları, vasitələri və bunlara olan tələbat;

e) iş şəraitininin qiymətləndirilməsi zamanı aşkar olunan təhlükəli və zərərli iş şəraitindən (səs-küy, vibrasiya, digər təhlükəli faktorların təsiri, eləcə də işçi zonanın havasında olan zərərli maddələr) işçilərin mühafizəsi üzrə vasitələrin nomenklaturası;

ə) hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin bərkitmə yerləri və üsulları;

f) işçilərin iş yerlərinə və ya işlərin icra olunduğu yerə qaldırılma yolları və vasitələri;

g) iş yerlərinin, keçidlərin və gediş yollarının işıqlandırma vasitələri, eləcə də siqnalizasiya və rabitə vasitələri;

ğ) texniki təhlükəsizlik vasitələrinin və ilk yanğınsöndürmə vasitələrinin tətbiqi ilə iş yerlərinin təşkili üzrə tələblər;

h) işçilərə sanitar-məişət xidməti göstərilməsi üzrə tələblər.

2. İcra planında aşağıdakı tələblər əks olunur:

a) konstruksiyaların və avadanlığın montaj texnologiyası ilə təmin edilməsi üzrə;

b) istehalat təhlükəsi şəraitində yerinə yetirilən işlərin həcminin və çətinliyinin azaldılması üzrə;

c) maşın və mexanizmlərin təhlükəsiz yerləşdirilməsi üzrə;

ç) texniki təhlükəsizlik vasitələrinin tətbiqi ilə iş yerlərinin təşkili üzrə.

3. Konstruksiyaların, məhsulların və ya materialların qaldırıcı kran vasitəsilə daşınması, onların quraşdırılması və ya anbara yığılması zamanı dayanıqlığını itirdiyi zaman hündürlükdən düşmə təhlükəsinin qarşısını almaq məqsədilə icra planında aşağıdakılar göstərilir:

a) tək-tək və səpələnən materialların, beton və məhlulun daşınması üçün daşınan yükün xarakteri və onların iş yerinə rahat çatdırılması nəzərə alınaraq konteynerləşdirmə və tara vasitələri;

b) elementlərin layihəyə uyğun və ya ona yaxın vəziyyətə verilməsini təmin edən stroplama üsulları;

c) konstruksiya elementlərinin dayanıqlı vəziyyətdə saxlanılması üçün qurğular (piramidalar, kasetlər);

ç) məhsulların, materialların və avadanlığın anbara yığılması qaydaları və üsulları;

d) konstruksiyaların tam (yekun) bərkitmə üsulları;

e) binaların və tikililərin konstruksiyalarının sökülməsi zamanı sökülən elementlərin müvəqqəti bərkidilməsi üsulları;

ə) tullantıların və zibillərin təmizlənməsi üsulları;

f) bir şaquli xətt boyunca işlər yerinə yetirilərkən qoruyucu örtüklər (döşəmələr) və sipərlər.

4. İcra planında maşınların (mexanizmlərin) tətbiqi ilə aşağıdakılar nəzərdə tutulur:

a) maşınların (mexanizmlərin) tipləri, quraşdırılma yerləri və iş rejiminin seçilməsi;

b) maşinistin və yaxında işləyən insanların istehsalat faktorlarının zərərli və təhlükəli təsirindən qorunma üsulları və vasitələri;

c) maşının gediş yolunun və ya dönmə bucağının məhdudlaşdırılmasının həcmi;

ç) maşinistin işçilərlə rabitə vasitələri (səs siqnalizasiyası, radio və telefon rabitəsi);

d) təhlükəli zonada maşının quraşdırılmasının xüsusi şərtləri.

5. Elektrik cərəyanı ilə zədələnmədən qorunmanı təmin etmək üçün icra planına aşağıdakılar daxil edilir:

a) xətlərin seçilməsi, müvəqqəti güc və işıqlandırıcı elektrik şəbəkələrinin müəyyən edilməsi, cərəyan keçirən hissələrin hasarlanması və giriş-paylayıcı sistem və cihazların yerləşdirilməsi üzrə göstərişlər;

b) elektrik avadanlıqlarının metal hissələrinin yerləbirləşdirilməsi və yerləbirləşdirmə konturlarının icra edilməsi üzrə göstərişlər;

c) yüksək risk və xüsusi təhlükəli işlərin icrası zamanı əlavə qoruyucu tədbirlər.

6. Tikililərin, kommunikasiyaların, işləyən qurğuların yaxınlığında birləşdirilmiş işlər icra olunarkən, işləyən istehsal şəraitində işlər yerinə yetirilərkən icra planında əlavə tədbirlər nəzərdə tutulur.

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

7 nömrəli Əlavə

Nümunə

 

Naryad-buraxılış üzrə işlərin uçotu jurnalı

 

A 4 formatı

Baş vərəq:

_______________________________________________________________________________

(Təşkilatın, struktur bölmənin adı)

 

Naryad-buraxılış üzrə işlərin uçotu jurnalı

Başlanıb:  “____”  __________________20___il

Qurtarıb:  “____”  __________________20___il

Növbəti vərəqlər:

 

Naryad-buraxılışın nömrəsi

 

İşin yeri və adı

İşin icraçısı (soyadı, adının baş hərfi, hündürlükdə işlərin təhlükəsizliyi üzrə səriştəlik səviyyəsi)

 

Naryad-buraxılışı verən işçi(soyadı, adının baş hərfi, hündürlükdə işlərin təhlükəsizliyi üzrə səriştəlik səviyyəsi)

İşə başlamışlar (tarix, vaxt)

 

İş bitmişdir (tarix, vaxt)

 

1

2

3

4

5

6

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

        Qeyd

1. İşlər icra olunan zamanı naryad-buraxılış üzrə işlərin uçotu jurnalında (bundan sonra-jurnal) yalnız işlərə ilk buraxılış  qeyd olunur və naryad-buraxılışın nömrəsi, işin yeri və adı, işin başlama və tam bitmə tarixi və vaxtı göstərilir. (1,2,5 və 6-cı qrafalar).

2. Jurnal nömrələnməli, tikilməli və müəssisənin möhürü ilə möhürlənməlidir.

3. Jurnalın saxlanma müddəti – naryad-buraxılış jurnalında sonuncu qeyd olunan işin tam  bitməsi haqqında 6-cı qrafa doldurulduğu gündən etibarən bir aydır.

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

8 nömrəli Əlavə

Nümunə

 

 

Ayaqaltılar və taxtabəndlərin qəbulu və təftişi jurnalı

__________________________________________________________________________

(müəssisənin adı, bölmələri)

 

Ayaqaltıların (taxtabəndlərin) quraşdırılma yeri və hündürlüyü; quraşdıran təşkilatın adı

Ayaqaltıların (taxtabəndlərin) tipi, pasportu kim tərəfindən təsdiq edilmişdir

Ayaqaltıların (taxtabəndlərin) qəbulu  (baxışı)  tarixi və qəbul aktının nömrəsi

Ayaqaltıların  (taxtabəndlərin) istismara  yararlığı haqqında qərar

Ayaqaltıların (taxtabəndlərin) istismara  qəbulunu (baxışını)  həyata keçirən işçinin soyadı, adı, atasının adı və vəzifəsi

Ayaqaltıların (taxtabəndlərin) istismara  qəbulunu (baxışını)  həyata keçirən işçinin imzası

1

2

3

4

5

6

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

9 nömrəli Əlavə

Nümunə

 

 

Takelaj vasitələri, mexanizmlər və qurğuların uçotu və təhlili jurnalı

 

(müəssisənin adı, bölmələri)

 

Mexanizmin, qurğunun və  vasitələrin adı

İnventar nömrəsi

Yükqaldırma qabiliyyəti, kq

Sonuncu sınağın keçirilmə tarixi

Sınağın, təftişin səbəbi

Tarixi göstərilməklə təmirin keçirilməsi haqqında məlumat

Təftiş

Statik sınaqlar

Dinamik sınaqlar

Sınağın, təftişin tarixi və nəticəsi

Növbəti texniki yoxlamanın tarixi

Komissiyanın sədri və ya sınağı keçirən işçinin soyadı və adının baş hərfi

İmza 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

10 nömrəli Əlavə

 

Anker qurğularının yerləri ilə əlaqədar olan təhlükəli faktorlar (amillər)

 

1. Faktorun müəyyən edilməsi üçün qrafik sxem.

 

      

Faktorun xarakteristikası

Sığorta sistemlərində düşmənin dayandırılması üçün təyin olunan, düşmə anında adama ötürülən  qüvvə sığortalayıcı kəmər istifadə olunduğu halda 6 kN-dan çox olmamalıdır. Düşmənin dayandırılma anında adama ötürülən qüvvə, amortizatorun işləməyə başlamasına qədər  işçinin düşmə hündürlüyünün sığorta sisteminin birləşdirici elementlərin cəmi uzunluğuna nisbəti ilə müəyyən edilən  düşmə faktorundan asılıdır.

 İşçinin başı üstündə anker qurğusunun yerinin seçilməsi daha üstün tutulur, yəni sığorta sisteminin birləşdirici elementlərin onun ipinə bərkidilmə nöqtələrindən yuxarıdadır. Bu halda düşmə faktoru sıfra bərabərdir.

Amortizator, uc birləşmələri və birləşdirici elementlər daxil olmaqla sığorta sisteminin stropla birlikdə ümumi uzunluğu, istehsalçı tərəfindən hündürlükdən düşməyə qarşı fərdi mühafizə vasitələrinə aid istismar sənədlərində  göstərilir.

 

2. Faktorun müəyyən edilməsi üçün qrafik sxem.

     
     
Faktorun xarakteristikası

 Ehtiyat hündürlük stroplarının və birləşdiricilərin cəmi uzunluğu, işə düşən amortizatorun uzunluğu, işçinin boyunun uzunluğu, eləcə də  işçinin düşməsi dayandıqdan sonra onun tarazlıq vəziyyətində işçi ilə aşağıda qalan səthə qədərki boş fəza nəzərə alınaraq  hesablanır.            

Amortizatoru nəzərə alaraq, uc birləşmələrin uzunluğu daxil olmaqla, stropun maksimal uzunluğu 2 m-dən çox olmamalıdır.

İşə düşən amortizatorun maksimal uzunluğu əlavə olaraq istehsalçı tərəfindən hündürlükdən düşməyə qarşı fərdi mühafizə vasitələrinə aid istismar sənədlərində göstərilməlidir.

3.1. Faktorun müəyyən edilməsi üçün qrafik sxem.

          
Faktorun xarakteristikası

      Əgər stropda göstərilən ehtiyat hündürlük  işçinin təhlükəsizliyini təmin etmək üçün kifayət etmirsə, bu halda təhlükəsizlik sistemi kimi anker xətti üzərində  sürüngəc tipli mühafizə vasitələrindən (sxem 3.1) və ya düşməyə qarşı dartıcı tipli mühafizə vasitələrindən  istifadə edilməlidir (sxem 3.2).

3.2. Faktorun müəyyən edilməsi üçün qrafik sxem.

 

4. Faktorun müəyyən edilməsi üçün qrafik sxem.

     

 

Faktorun xarakteristikası

İşçinin anker qurğusuna görə yerləşdiyi yer α≥30o təşkil etdiyində, rəqqas faktorunu, yəni işçinin düşmə  ehtimalının xarakteristikasının rəqqas hərəkəti ilə müşayiət olunmasını nəzərə almaq tələb olunur. Rəqqas faktoru düşmə faktorunu nəzərə alır, amortizator işə düşdüyündən işçinin düşmə trayektoriyasının dəyişməsi, ehtiyat hündürlüyün və boş fəzanın olması düşən yerin altında təkcə şaquli xətt boyunca deyil , bütün düşmə trayektoriyası boyunca baş verir.

5. Faktorun müəyyən edilməsi üçün qrafik sxem.

 

     
     
Faktorun xarakteristikası

Rəqqas faktoruna işçi düşərkən  onun rəqqasvari hərəkəti nəticəsində  əmələ gələn, stropun kənarın 1 nöqtəsindən 2 nöqtəsinə qədər qırılana kimi sürtülüb yeyilmə ilə  mümkün yerdəyişməsi daxil edilməlidir.

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

11 nömrəli Əlavə

 

 

Yüksək təhlükəli zonanın müəyyən edilmə qaydası

 

Hündürlükdə işlər yerinə yetirilərkən hasarlar quraşdırılmalı və müəyyən olunmuş qaydada aşağıdakılara əsaslanaraq yüksək təhlükəli zonaların sərhədləri işarələnməlidir:

1. Hündürlükdə işləyərkən yuxarıdan əşyaların düşmə ehtimalının olduğu yerlərdə yüksək təhlükəli zonaların sərhədləri, daşınan (düşən) cisimlərin üfüqi proyeksiyasının kənar nöqtəsindən daşınan (düşən) yükün ən böyük qabarit ölçülərini və əşya düşərkən aşağıdakı cədvələ uyğun olaraq kənara atılmasının (uçmasının) minimal məsafəsini əlavə etməklə müəyyən edilir.

 

Cədvəl

Düşmə hündürlüyündən asılı olaraq yüklərin, əşyaların kənara uçma məsafəsi

Yükün (əşyanın) mümkün düşmə hündürlüyü, m

 

Daşınan (düşən) yükün (əşyanın) minimal kənara uçma məsafəsi, m

Kranla daşınan yük düşdüyü halda

əşyalar binadan düşdüyü halda

10-a qədər

4

3,5

20-ə qədər

7

5

70-ə qədər

10

7

120-ə qədər

15

10

200-ə qədər

20

15

300-ə qədər

25

20

450-ə qədər

30

25

 

Mümkün düşmə hündürlüyünün aralıq qiymətlərində kənara uçma məsafəsi interpolyasiya üsulu ilə müəyyən edilir.

2. Qüllələrin və dorların istismarı və təmiri zamanı onların ətrafında  yüksək təhlükəli zonaları dayağın (dorun, qüllənin) mərkəzindən onların hündürlüyünün 1/3–nə bərabər məsafə ilə müəyyən edilir.

3. Hündürlükdə  odlu işlər görülərkən metalın közərmiş hissəciklərinin bir-birinə bitişik yerlərə, qonşu mərtəbələrə düşməsinin qarşısını almaq üçün bütün baxış, texnoloji və digər lüklər, örtüklərdə, divarlarda və arakəsmələrdəki deşiklər yanmayan materiallarla bağlanmalıdır, elektrik qaynağı (kəsmə) zamanı uçuşan qığılcımlardan qaynaq işlərinin getdiyi hündürlükdən asılı olaraq yanğın təhlükəsizliyi üzrə normativ sənədlərə uyğun hüdudlarda təhlükəli zona alışqan maddələrdən və materiallardan təmizlənməlidir.

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

12 nömrəli Əlavə

 

 

Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi sistemləri

 

1. Qrafik sxem

     

 

Qrafik sxemin təsviri

 

Tutub saxlayan sistem.

Sxemdə olan işarələr:

1 – tutub saxlayan  ip (qoruyucu qayışsız kəmər), insan bədənini əhatə etməklə ayrı-ayrı detallardan ibarətdir ki, bu detallar müəyyən hündürlükdə iş zamanı stroplarla birlikdə işçini müəyyən hündürlükdə asılı vəziyyətdə saxlayır;

2 – komponentlərin birləşdirilməsi üçün açılabilən qurğu, işçiyə özünü birbaşa və ya dolayı yolla asqı ilə dayağa bərkitməyə imkan verir (bundan sonra-birləşdirici element (karabin);

3 – anker bərkimə nöqtəsi, bu nöqtəyə anker qurğusu və ya uzun müddətə tikiliyə (binaya) bərkidilmiş struktur ankeri montaj olunduqdan sonra ona fərdi mühafizə vasitələri bağlana bilər;

4 – işçinin saxlanılması üçün uzunluğu tənzimləyən, dartılmış vəziyyətdə olan strop;

5 - 1,8 m-dən çox olan hündürlüklər fərqi.

Tutub-saxlayan sistemin komponentləri və elementləri 15 kN-dan az olmayan statik yükə, sintetik materiallardan hazırlanmış stroplar isə 22 kN-dan az olmayan statik yükə tab gətirməlidirlər.

 

2. Qrafik sxem

 

Qrafik sxemin təsviri

Mövqedə saxlama sistemi, işçiyə dəstəklə işləməyə imkan verir, bu zaman onun düşməsinin qarşısı alınır.

Sxemdə olan işarələr:

1 - bədəni saxlamaq üçün bel kəməri, bədəni bel hissəsindən əhatə edir;

2 –bel kəmərinin anker nöqtəsi ilə və ya konstruksiya ilə birləşdirməsi üçün istifadə olunan və onu dayaq vasitəsi kimi əhatə edən, iş yerində mövqedə saxlamaq üçün, dartılmış vəziyyətdə olan, tənzimlənən uzunluqlu strop,

3 – amortizatorlu strop;

4 – sığortalayıcı ip;

Mövqedə saxlama sisteminin bel kəməri  sığorta sisteminin tərkibinə komponent kimi daxil ola bilər.

İşçi mövqedə saxlama sistemindən istifadə edərkən həmişə sığorta sisteminə birləşdirilməlidir. Birləşdirmə anker kanatlarında və ya birləşdirici stroplarda hər hansı zəiflik olmadan həyata keçirilməlidir.

 

3. Qrafik sxem

 

     
Qrafik sxemin təsviri

 

Sığortalamaq məqsədi ilə birləşdirilən, sığortalayıcı kəmər və yarımsistemdən ibarət sığorta sistemi.

 

Sxemdə olan işarələr:

1 - anker xəttinin hər bir ucunda struktur ankeri;

2 – fərdi mühafizə vasitələrini bərkitmək üçün elastik kanatdan və ya struktur ankerlər arasında trosdan  olan anker xətti;

3 - strop;

4 - amortizator;

5 - sığortalayıcı kəmər (qayışlı qoruyucu kəmər) sığorta sisteminin bir komponenti olmaqla, hündürlükdən düşmənin qarşısını almaq məqsədilə insan bədənini saxlayır və düşmə zamanı və  ondan sonra bütövlükdə bədəni saxlamaq üçün müvafiq qaydada bərkidilmiş birləşdirici stroplar, toqqalar və elementləri özündə birləşdirə bilər.

Birləşdirici-amortizasiya yarımsisteminin işçiyə birləşdirilməsi A markası olan kəmər elementi hesabına həyata keçirilir. Birləşdirmə zamanı kürəkdə yerləşən və sxemdə A hərfi ilə işarə edilmiş nöqtəyə üstünlük verilir, çünki bu işçi tərəfindən təsadüfi şəkildə kəmərin ayrılma (açılma) ehtimalını aradan qaldırır və işin icrası zamanı maneə yaratmır.

 

4. Qrafik sxem

  

 

 

Qrafik sxemin təsviri

 

Bucurqad quraşdırılmış, dartma tipli mühafizə vasitələrindən istifadə edən xilasetmə və təxliyyə sistemi.

 

Sxemdə olan işarələr:

1 – sərt anker xətti, eyni zamanda həm zərərçəkən işçinin xilasetmə və təxliyyə sisteminə bərkidilməsi, həm də xilasetmə əməliyyatları aparan işçinin sığorta sisteminə bərkidilməsinə imkan verir.

2 - bucurqad quraşdırılmış, dartma tipli mühafizə vasitələri;

3 – xilasedici kəmər, lazımi qaydada yerləşdirilmiş və montaj edilmiş qayışlar, fitinqlər, toqqa və digər elementləri özündə birləşdirməklə, insanı xilas etmək üçün onun bədənini rahat bir mövqedə saxlayır;

4 - strop;

5 - amortizator;

6 - sığortalayıcı kəmər.

Xilasetmə və təxliyyə sistemində xilasedici kəmərlərdən  əlavə xilasedici ilgəklərdən də  istifadə edilə bilər.

Aşağıdakılar ayırd edilir:

- A sinif  xilasedici ilgək: elə bir şəkildə düşünülmüş və konstruksiya edilmişdir ki, xilasetmə prosesi zamanı xilas olunan insan qayışları qoltuq altından keçirilmiş xilasedici ilgək vasitəsilə saxlanılır;

- B sinif xilasedici ilgək: elə bir şəkildə düşünülmüş və konstruksiya edilmişdir ki, xilasetmə prosesi zamanı işçi xilasedici ilgəyin qayışları vasitəsilə "oturaq" mövqedə saxlanılır;

- C sinif xilasedici ilgək: elə bir şəkildə düşünülmüş və konstruksiya edilmişdir ki, xilasetmə prosesi zamanı işçi xilasedici ilgəyin topuqlar ətrafında yerləşən qayışları vasitəsilə başı aşağı mövqedə saxlanılır;

 

5. Qrafik sxem



 

Qrafik sxemin təsviri

 

Daşına bilən müvəqqəti anker qurğusundan istifadə edən xilasetmə və təxliyyə sistemi.

Sxemdə olan işarələr:

1 - Üçayaq (tripod);

2 - bucurqad;

3 - xilasedici kəmər;

4 - qayışın dartılması zamanı avtomatik özünübloketmə funksiyasına malik və avtomatik olaraq artıq uzadılmış qayışın dartılması və ya geri çəkilməsinə imkan verən sığorta qurğusu;

5 – dartıcı stropda yerləşən amortizator (enerjinin paylanması funksiyası 4 ilə işarə edilmiş sığorta qurğusunun özü tərəfindən yerinə yetirilə bilər);

6 - sığortalayıcı kəmər.

 

6. Qrafik sxem

 

 

Qrafik sxemin təsviri

 

İşçinin hündürlükdə müstəqil olaraq özünü xilas etməsi üçün nəzərdə tutulmuş fərdi xilasetmə qurğusundan (FXQ)  istifadə edilən xilasetmə və təxliyyə sistemi.

Sxemdə olan işarələr:

1 - FXQ, işçinin enməsi zamanı fırlanma və sərbəst düşmə imkanını istisna edir, eləcə də qəfil enməni dayandırır və enmənin sürətinin avtomatik olaraq 2 m/san-ni aşmamasını təmin edir;

2 - B sinif  xilasedici ilgək (A sinif xilasedici ilgəyin də istifadəsi mümkündür).

İstehsalçı FXQ üçün istismar qaydaları sənədlərində əlavə olaraq enmə üçün maksimal hündürlüyü göstərir.

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

13 nömrəli Əlavə

 

 

Anker qurğusunda yükün (qüvvənin) hesablanması

 

Anker qurğusunda öz aralarında bir neçə anker nöqtəsinin birləşdiyi halda şaquli müstəviyə nisbətən müxtəlif bucaqlar altında yerləşən kanatların ilgəyindən istifadə etməklə yükün hesablanması cədvəl 1-də verilmişdir.

Cədvəl 1

s/s

 

Bərkidilmənin qrafik sxemi

 

Bərkidilmənin xarakteristikası

İlgəyin şaquli müstəviyə(β)  görə yerləşmə bucağından və qüvvənin (P1)  şaquli müstəvidən  yayınma bucağından asılı olaraq anker nöqtəsinə (F) təsir edən qüvvə

1

2

3

4

 

 

İki anker nöqtəsində  və ümumi ilgəkdə

 

β °

 

60°

 

45°

 

30°

α°

0

50

0

40

0

30

F2/P1

1,5

1,3

1,05

1,06

0,82

0,93

F1/P1

1,5

0,66

1,05

0,63

0,82

0,61

 

 

 

 

İki anker nöqtəsində və iki sərbəst ilgəkdə

 

R

 

60°

 

45°

 

30°

1,0

0,75

0,58

15°

1,12

0,87

0,82

30°

1,15

0,99

1,0

Cədvəldə , müxtəlif bucaqlarda α və β anker nöqtəsinə təsir edən qüvvələr göstərilir F2/P1 (F1/P1)

 

 

İki anker nöqtəsində və bir qapalı ilgəkdə

 

β = 30-45° üçün
α bucağından asılı olmayaraq, alınır:
F1 = F2 (0,6 - 0,7)P1

 

 

ipin uclarını ilgəkdə bağlayan düyün

 

 

 

 

Üç anker nöqtəsində  və üç sərbəst ilgəkdə

β°

 

 

 

 

45°

30°

α°

0

15°

0

10°

F1/P1

0,29

0

0,33

0

F2/P1

0,58

0,45

0,44

0,47

F3/P1

0,29

0,63

0,33

0,62

 

 

Üç anker nöqtəsində və üç sərbəst ilgəkdə

 

β= 30-45° olduqda
α bucağından asılı olmayaraq, 
F1 = F2 = F3 (0,36 - 0,42) P1 alırıq.

P1 – kanata düşən yükün həcmi
F1, F2, F3 – anker nöqtələrinə təsir edən qüvvələr

Sığorta, tutub saxlayan, mövqedə saxlayan və ya kanatla yanaşma sistemlərinin kanatları şaquli vəziyyətdə yerləşdirilməlidir. Əgər kanatların bərkidilməsi lazımi şaquli xətdən kənarda bərkidilibsə, o zaman cədvəl 2-nin 3 və 4-cü sxemlərində göstərilmiş dartıcılar tətbiq edilməlidir.

Cədvəl 2

Sxemin №-si

Bərkidilmənin qrafik sxemi

Bərkidilmənin xüsusiyyətləri

1

2

3

 

 

Kanatı üfüqi vəziyyətdə bağladıqda nəzərə alınmalıdır ki, onun sallanma bucağı nə qədər kiçik olarsa, onun bərkidildiyi nöqtələrdə (A və B) əmələ gələn qüvvə bir o qədər böyük olacaq. Əgər dartılan kanatın sallanma bucağı 10o-yə bərabərdirsə, A və B nöqtələrindəki qüvvə 3 dəfə artır.                           (FA=PL/2h).(Əgər L = 12 m; h = 2 m; Р = 800 N– onda,  FA = 800 x 12/(2 x 2) =2400N).

 

 

Anker qurğusunda  nöqtələrinin şaquli  təkrarı. A və B nöqtələri arasında bucaq 30°-dən çox olmamalıdır.

 

          

 

Kanat karabinin dartıcısından (a) keçirildiyində  kanata bağlanmış dartıcı halqa sürüşən ola bilər və kanat karabinə “kəpənək” (b) düyünü ilə bağlandıqda  kanat fiksasiya edilmiş ola bilər. Birinci halda (bənd 3, a) dartıcı halqa bərabər təsir edən kanatın dartma qüvvəsi  ilə yüklənir. İkinci halda (bənd 4, b) isə əlavə olaraq kanatın qüvvəsinin bir hissəsi ilə də yüklənə bilər, çünki burada dartıcı halqanın  kanat boyunca sürüşmə imkanı istisna olunmuşdur.  Bunu dartıcı halqaları quraşdırarkən nəzərə almalı və onları dayaq kanata tətbiq edilən qüvvələrin istiqaməti arasındakı bucağın tənböləni üzrə yerləşdirməyə çalışılmalıdır.

 

 

     

 

 

Dartıcı halqaların möhkəmliyi və bərkidilməsinin etibarlılığı kanatların bərkidilməsinin müvafiq möhkəmliyinə və etibarlılığına uyğun olmalıdır. Dartıcı halqaların konstruksiyası və kanatla birləşmə üsulları icra planında göstərilir.

Kanatı ayaqaltı üçün dayağın müstəvisi səviyyəsində  bağlamaq üçün onu əvvəlcədən dartmaq lazım deyil. Bu halda kanatın uzunluğu elə seçilməlidir ki, uclarından bərkidilmiş və ortasında 100N (10kqQ) qüvvə ilə dartılan kanat  quraşdırıldığı konstruktiv elementin qabarit ölçülərindən kənara çıxmasın.

Cədvəl 3

Anker xəttin kanatının sallanmasının miqdarı

Bağlanma nöqtələri arasında məsafə, m

Kanatın qabaqcadan dartılmasının miqdarı,          N (kqQ)

Kanatın aşırımın ortasında nəzarət olunan sallanmasının miqdarı kanatın mm-lə diametrinə uyğun olaraq,   sallanma,  mm

8,8; 9,1; 9,7

10,5; 11,0

12

1000 (100)

55

75

24

1000 (100)

220

300

36

2000 (200)

240

340

48

3000 (300)

280

400

60

4000 (400)

330

480

 

Qeydlər

1. Kanatlar üçün cədvəldə göstərilməyən, aşırımın ortasında kanatın ilk dartılması ilə sallanma miqdarı arasındakı nisbət standartlarla və ya konkret konstruksiyaların kanatlarına aid  texniki şərtlərlə müəyyən edilməlidir.

2. Sallanmanın miqdarını ölçən zaman kanat, onun bağlandığı aralıq dayaqlardan azad edilməlidir.

3.  Nəzarətdə olan  qiymətin cədvəl 3- də verilmiş qiymətlərdən kənara çıxmasının son həddi +/- 15mm.

Bərkitmənin çiyinləri arasındakı bucaqdan və onların birləşdirmə (blokirovka)  üsullarından (sxemləri)  asılı olaraq anker nöqtələrində yükün paylanması cədvəl 4-də verilmişdir.

Cədvəl 4

S/sN

Təkrarlanmış anker nöqtələrinin qrafik sxemi, yükün hesablama formulu

bucaq, °

 

0

15

30

45

60

75

90

105

120

135

150

165

180

 

50

50

52

54

58

63

71

82

100

131

193

183

1146

 

71

75

82

90

100

113

131

156

193

256

383

764

2292

 

Üfüqi vəziyyətdə bağlanmış sığorta (yük) kanatının sallanma bucağından asılı olaraq anker nöqtələrinə yükün paylanması cədvəl 2-nin1-ci bəndində göstərilir.

Kanat iki anker nöqtəsinə bağlandığı halda ilgəklərin çiyinləri arasındakı bucaq 90o-dən böyük olmamalıdır. Bu halda çiyinlərə düşən yük bərabər paylanmalıdır.

Kanat, qapalı ilgəklə birləşmiş (ilgəklər anker nöqtələrinə bağlanmadan) iki anker nöqtəsindən ibarət anker qurğusuna bağlandığı halda ilgəklərin çiyinləri arasındakı bucaq 45°-dən böyük olmamalıdır. Bu halda çiyinlərə düşən yük bərabər paylanmalıdır.

Əgər kanatı iki anker nöqtəsindən  birinə bağlayırlarsa, ikinci anker nöqtəsi birincidən yuxarıda yerləşməli, onlar arasındakı bucaq isə 30°-dən böyük olmamalıdır (cədvəl 4, bənd 2).

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

14 nömrəli Əlavə

 

 

Kanatla yanaşma sistemi


Qrafik sxem

     
     
Qrafik sxemin təsviri

Kanatla yanaşma sistemi işçinin iş yerinə yanaşması və geri dönməsi, meydança üzərinə çıxması və iş mövqeyinin (pozisiyasının) dəyişməsini təmin edir, dayanmaq və lazımi pozisiyada durmaq imkanı verməklə, onu hündürlükdən düşməkdən qoruyur, lazım olduqda xilasını təmin edir.

Sxem aşağıdakılardan ibarətdir:

1 - uzun müddətə tikiliyə (binaya) və ya anker qurğusuna  bərkidilmiş struktur ankerlər elementdən və ya elementlər sırasından, komponentlərdən ibarətdir ki, buraya anker nöqtəsi və  ya nöqtələri daxildir;

2 - anker kanatı;

3 - istehsalçının təlimatına əsasən yerləşmə qurğusunun kanatla birləşmə nöqtəsi;

4 - kanatda yerləşmə qurğusu, müvafiq diametr və tipli anker kanatına quraşdırılan zaman istifadəçiyə həmin kanat üzərindəki vəziyyətini dəyişməyə imkan verir;

5 - sığorta sisteminin kanatı;

6 - pozisiyasını dəyişən zaman istifadəçini müşayiət edən və kanatda statik və dinamik yükün təsiri altında  avtomatik bloklayan A tipli sığorta sisteminin (enməni idarə edən qurğu) kanatlarında mövqedə saxlama qurğusu;

7 - sığortalayıcı kəmər;

8 - amortizator;

A- sığortalayıcı kəmərə aid (A hərfi ilə markalanmış) istehsalçının təlimatına uyğun olaraq birləşmə nöqtəsidir.

Aşağıdakıları ayırd edirlər:

-kanat üzrə qalxmaq üçün B tipli kanatlarda mövqedə saxlama qurğusu əl ilə hərəkətə gətirilir, işçi kanata bağlandığı halda yükün təsiri altında bir istiqamətdə  blokirovka olur və əks istiqamətdə sərbəst sürüşür (B tipli kanatlarda mövqedə saxlama qurğusu hər zaman sığorta sisteminin A tipli qurğusu ilə birlikdə tətbiq olunması üçün təyin edilir).

- işçi kanat üzrə enmək üçün əl ilə hərəkətə gələn və sürtünmə yaradan, istifadəçiyə idarə edilən aşağı enmə və işçi kanatda istədiyi yerdə “əllər olmadan” dayanmaq  imkanı verən C tipli kanatlarda mövqedə saxlama qurğusu (C tipli kanatlarda mövqedə saxlama qurğusu hər zaman sığorta sisteminin A tipli qurğusu ilə birlikdə tətbiq olunması üçün təyin edilir).

Kanatla yanaşma sistemindən istifadə edən zaman işçi həmişə hər iki sistemin (kanatla yanaşma və sığorta sistemləri) anker kanatlarına bağlanmalıdır. Bağlanan zaman anker kanatlarında və birləşdirici stroplarda  hər hansı zəiflik olmamalıdır.

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

15 nömrəli Əlavə

 

 

Konstruksiyalar üzrə hərəkət edən zamanı işçinin təhlükəsizliyin təmin edilməsi sistemləri

1. Qrafik sxem

 

Qrafik sxemin təsviri

İşçi karabini daşıyıcı konstruksiyalara birləşdirmək məcburiyyətindədir, bununla o, sığorta sistemini təşkil etmək mümkün olmayan hallarda,  hündürlükdə konstruksiyalar üzrə hərəkəti (qalxma və ya enmə) zamanı fasiləsiz özünüsığortalama hesabına öz təhlükəsizliyini təmin edir.

Sxemdə olan işarələr:

1 - sığortalayıcı kəmər;

2 - özünüsığortalama stropları;

3 - amortizator;

4 - birləşdirici (karabin), işçiyə özünü birbaşa və ya dolayı yolla dayağa bərkitmək üçün sığorta sistemini birləşdirməyə imkan verir.  Karabinin konstruksiyası təsadüfi açılma, həmçinin onunla işləyən zaman əlin sıxılması və xəsarət alması ehtimalını istisna etməlidir.

2.1. Qrafik sxem

     

2.2. Qrafik sxem

 

     
     
2.3. Qrafik sxem

     
   

 

 

 

2.4. Qrafik sxem

  

Qrafik sxemin təsviri

İşçi karabini aparıcı konstruksiyalara birləşdirmək məcburiyyətindədir, bununla o, sığorta sistemini təşkil etmək mümkün olmayan hallarda hündürlükdə konstruksiyalar üzrə horizontal hərəkət edən zaman özünüsığortalamanın fasiləsizliyi hesabına öz təhlükəsizliyini təmin edir.

Sxemdə olan işarələr:

1 - sığortalayıcı kəmər;

2 - özünüsığortalama stropları;

3 - amortizator;

4 - birləşdirici (karabin).

 

3. Qrafik sxem

 

     
    

 

 Qrafik sxemin təsviri

İşçi konstruksiyalar və çoxmərtəbəli obyektlər üzrə hərəkət edən zaman ikinci (sığortalayan) işçi tərəfindən öz təhlükəsizliyini təmin edərək düşmə faktoru 1-dən çox olmayan (10 nömrəli Əlavə, sxem1) müvəqqəti anker nöqtələrinin təşkilini həyata keçirməlidir.

Qrafik sxemin izahı:

1 - sığortalayıcı kəmər;

2 - sığortalayan kanat;

3 - amortizator;

4 - birləşdirici (karabin);

5 - əl ilə hərəkətə gətirilən və sürtünmə yaratmaqla sığortalayan şəxsə sığortalayıcı kanat üzrə hərəkəti idarə etməyə və sığortalayıcı kanat üzərində istənilən nöqtədə "əllər olmadan" dayanmağa imkan verən qurğu;

6 - sığortalayan şəxsin əllərinin mühafizəsi.

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

16 nömrəli Əlavə

 

 

Müxtəlif tormoz sistemlərinin qrafik sxemləri, onların xarakteristikaları, qoruyucu kanatın əyilmə bucağından və dartılma gücündən asılı olaraq anker qurğularında əmələ gələn qüvvələrin nisbəti

 

Tormoz sisteminin qrafik sxemi

Tormoz sisteminin xarakteristikası

Tormoz sistemində qüvvələrin nisbəti

1

2

3

Bir karabin vasitəsilə. Karabindən keçən kanatın əyilmə bucağı 90°-dən çox olmamalıdır.

α-nın  0°-dan  30°-yə qədər qiymətində:
Р2 = 0,5Р1
P2 + P1 = Pk = 1,5P1

İki karabindən keçən  kanat

 

α və β-nın 
0°-dən 30°-ə kimi qiymətlərində:
Р2 = 0,25 Р1
Рk2= 0,75 Р1
Pk1= 1,5 Р1

 

İki karabindən keçən  və kanat üzrə aşağı enmək üçün qurğu

Σθ = 360° - 420°
α1-ın  0°-dən  30°-ə kimi və α2-nin 60°-dən 120°-ə kimi qiymətlərində:
Р2 = (0,1-0,12) Р1
Pk1= 1,5 P1
Рk2 = (0,6-0,62) Р1

Enmə qurğusunun istifadə edilməsi

α-nın istənilən qiymətində

Р2<< Р1

Karabindən və kanat üzrə enmə qurğusundan keçən

 

Σθ = 360° - 420°
β-nın  60°-dən 120°-ə kimi qiymətində:
Р2 = (0,1-0,12) Р,
Рk = 1,5 Р,

P1 – sığortalayanın saxladığı işçinin üzərinə düşən qüvvə (dartılma qüvvəsi);

Р2 – sığortalayana təsir edən qüvvə;

Рk, Рk1, Рk2- karabinlərə təsir edən qüvvə;

Σθ- karabinlərin və kanat üzrə enmə qurğusunun  sığorta kanatı ilə cəmi əhatə bucağı

 

Anker nöqtəsinə bərkidilmiş karabindən tormoz sistemi kimi istifadə olunursa, karabindən keçən kanatın əyilmə bucağı 90°-dən artıq olmamalıdır.

Karabinlə sığortalanmanın təmin olunması zamanı sığortalayan iş zamanı daim sığorta kanatının dartılmasını, həmçinin işçinin qalxmasını  (enməsini) yoxlayır və sığorta kanatının daim sallanmadan (zəifləmədən) işçini saxlamasını təmin edir.

İşçi düşdüyü halda yaranan dinamik (dartılma) qüvvənin tədricən (rəvanlıqla) ötürülməsi üçün  sığortalayan,  işçinin düşəcəyi hündürlüyün  təxminən 1/3-nə bərabər məsafə qədər kanatı tormoz sistemindən sərbəst buraxmaq yolu ilə  əvvəlcə kanatı bir qədər zəiflədib buraxmalı, daha sonra işçinin düşməsini dayandırmalı və onun tutub  saxlanılmasını  təmin etməlidir.

Qalxan (enən) işçini  sığorta kanatının sığorta edənin çiynindən və belindən keçirilməsi yolu ilə saxlanılmasına, həmçinin sığortalayanın kəmərinə bərkidilmiş hər hansı texniki qurğulardan istifadə etməyə yol verilmir.

 

 

 

 

 

“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na

17 nömrəli Əlavə

 

 

Yüklərin qaldırılması və endirilməsi zamanı istifadəsi tövsiyə edilən düyünlər və polispastlar

                                                                                                                                Cədvəl 1

N s/s

Düyünün adı

Düyünlərin qrafik sxemləri

Kanatın ucunun bərkidilmə nöqtəsinə bağlanması üçün istifadə olunur.

 

İki şlaklı süngü

 

Kanatın ucunun bərkidilmə nöqtəsinə bağlanması üçün istifadə olunur.

 

Düz

Dayaqların və yüklərin bağlanması üçün istifadə edilir.

 

"Səkkizlik"

Kanatın ucunun bərkidilmə nöqtəsinə bağlanması üçün istifadə olunur.

 

İkili ilgəkli “Səkkizlik”

İki anker nöqtəsinin bir sistemə birləşdirilməsi üçün tətbiq olunur. İkili ilgək əmələ gətirir ki, bu da onun qırılmaya qarşı möhkəmliyini artırır.

 

Qarşı-qarşıya “Səkkizlik”

Eyni diametrli kanatların bağlanması üçün tətbiq edilir.

 

Qreypvayn

 

Eyni diametrli kanatların bağlanması üçün tətbiq olunur

 

Bramşkot

 

Fərqli diametrli kanatların bağlanması üçün tətbiq olunur

 

"Marşara"

Yükün təsirindən tutub saxlayan düyün. 6-8 mm-lik poliamid ipdən hazırlanır. Qəza zamanı iş yerindən təxliyyə məqsədilə istifadə oluna bilər.

 

"Prusika"

Yükün təsirindən tutub saxlayan düyün. Diametri 6 mm olan poliamid ipdən 10-12 mm-lik kanatın üstündə yerinə yetirilir.

 

 

"Baxmana"

Yükün təsirindən tutub saxlayan düyün. Polispastlarda tətbiq oluna bilər.

 

UIAA

Yük aşağı endirilərkən  kanatı tormozlamaq (dayandırmaq) üçün tətbiq edilir. Qəza zamanı iş yerindən təxliyyə məqsədilə istifadə oluna bilər.

 

“Kəpənək”

Kanatın istənilən yerində aralıq ilgəyin bağlanması üçün tətbiq edilir.

 

Üzəngi

Asılı vəziyyətdə olarkən özünü xilas etmək üçün, eləcə də kanatı anker nöqtəsinə bağlamaq üçün tətbiq edilir.

 

"Qarda"

Yük qaldırılarkən  kanatın əks hərəkətinin (gedişinin) qarşısını almaq üçün tətbiq edilir. Təhlükəsiz tətbiq edilməsi üçün karabinlər eyni ölçü və formada olmalıdırlar.

 

Dayandırıcı düyün

Kanatın sonunda dayandırıcı düyün kimi tətbiq edilir.

 

Dayandırıcı düyündən (Cədvəl 1, bənd 15)  çıxan kanatın uzunluğu 10 sm-dən az olmamalıdır.

İstifadəyə icazə verilən düyünlər icra planında, texniki sxemlərdə, eləcə də naryad-buraxılışda göstərilməlidir.

 

Düyünlərin bağlanmasını səriştəli işçi yerinə yetirməlidir.

Yükün endirilməsi aşağıdakı tormoz sistemlərin tətbiq edilməsi ilə həyata keçirilməlidir:

1) kanat üzrə endirmək üçün bərkidilmiş qurğu ilə;

2) "UIAA" düyünü;

3) Karabinli tormoz.

 

Yükü endirməyə hazırlayarkən və endirərkən aşağıdakı işlərin ardıcıllığına riayət olunmalıdır:

 

1) tormoz sisteminin bərkidilməsi üçün anker qurğusunu hazırlamaq;

2) yük endirilən kanatı tormoz sisteminə keçirmək və bərkitmək;

3) yükü karabinlə (yaylı qarmaq) kanata bərkitmək, karabinin muftasını burmaq;

4) aşağıda olan işçiləri yükün endirilməsi barədə xəbərdar etmək;

5) yükü tikilinin kənarına  (hündürlüyün dəyişmə sərhədi) daşımaq;

6) tormoz sistemindən fiksasiyanı çıxartmaq, yükü endirməyə başlamaq.

Yükün endirilməsi əllərin fərdi mühafizə vasitələrindən məcburi  istifadə edilməsi ilə yerinə yetirilir.

Yükün ağırlığının dartı qüvvəsinə nisbətindən asılı olaraq, onun qaldırılması üçün cədvəl 2-də sxemləri verilmiş hərəkətli və ya fiksasiyalı blokları olan polispast sistemləri tətbiq edilir.

 

                                                                                                                           Cədvəl 2

Bir hərəkətli bloku olan polispastın qrafik sxemi

(yükün kütləsinin dartı qüvvəsinə nisbəti 2-yə bərabərdir)

İki hərəkətli bloku olan polispastın qrafik sxemi

(yükün kütləsinin dartı qüvvəsinə nisbəti 4-ə bərabərdir)

Bir fiksasiya edilmiş və iki hərəkətli bloku olan polispastın qrafik sxemi

(yükün kütləsinin dartı qüvvəsinə nisbəti 6-ya bərabərdir)

Yük kanatında dartı sıxacından yuxarıda, kanatın yük bərkidilmiş ucunun əks hərəkətinin qarşısını alan sıxac quraşdırılmalıdır. İcra planında risk halları nəzərə alınmaqla sıxac yerinə özübağlanan düyünün istifadəsinə icazə verilə bilər.

 

 

 

Akronimlər

 

m- metr

mm - millimetr

kq - kiloqram

N - nyuton

kN - kilo nyuton

V - volt

kqQ - kiloqram qüvvə

kqQ/m- kvadrat metrdə kiloqram qüvvə

MPa - meqa paskal

…° - dərəcə

 

Tormoz sisteminin qrafik sxemi

Tormoz sisteminin xarakteristikası

Tormoz sistemində qüvvələrin nisbəti

1

2

3

Bir karabin vasitəsilə. Karabindən keçən kanatın əyilmə bucağı 90°-dən çox olmamalıdır.

α-nın  0°-dan  30°-yə qədər qiymətində:
Р2 = 0,5Р1
P2 + P1 = Pk = 1,5P1

İki karabindən keçən  kanat

 

α və β-nın 
0°-dən 30°-ə kimi qiymətlərində:
Р2 = 0,25 Р1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272