ƏMLAK

Sosial evlər üçün müraciət nə vaxtdan başlanır? – TARİX AÇIQLANDI
18 NOYABR
1058

Sosial evlər üçün müraciət nə vaxtdan başlanır? – TARİX AÇIQLANDI

2016-11-18 13:44:00

Ölkədə inşa edilən sosial evləri almaq üçün müraciətlərin qəbuluna yaxın 3-4 ay ərzində başlanacaq. Fins.az xəbər verir ki, bu barədə Agentliyin rəhbəri Samir Nuriyev bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyevin fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaradılacaq «Güzəştli mənzil» sistemi 201 alınması üçün elektron müraciətlər başlanacaq: «May ayının 1-dən etibarən bu ist7-ci ilin mayın 1-dən işə düşəcək. Həmin tarixdən etibarən güzəştli mənzillərin emi işə düşəcək. Vətəndaşlar mənzillərin alınması üçün elektron müraciətlərə mayın 1-dnə başlayacaq».

O vaxta qədər isə əhali sosial evləri almaq üçün elektron olmasa da, kağız formasında ASAN Xidmət vasitəsilə müraiətlər edə biləcək: «Amma ona qədər ASAN xidmət vasitəsilə, kağız formatda qəbul ediləcək. Ona görə də qeydiyat daha tez olacaq. Bu proses 3-4 aya başlanacaq. Ona görə də kim hesab edirsə ki, bu kateqoriyaya daxildir, o müraciət edə bilər».

Agentlik direktoktoru bildirib ki, sosial mənzillərlə bağlı sifarişlər qəbul edildikdə onların nə vaxt edildiyi nəzərə alınacaq. Üstünlük ilk növbədə müraciət edənlərə veriləcək: «Elan verildikdən sonra ilk növbədə müraciət edənlər daha böyük üstünlük əldə edəcəklər. Bu məlumatdan sonra da onlar hazırlaşıb elektron qeydiyyata müraciət edəcəklər».  

Direktor bildirib ki, sənədlərə baxılması 5 gün çəkəcək. Mənzillərin azı 30% tikintisi başa çatdıqdan sonra isə onların satışı barədə elan veriləcək. Vətəndaşlar elektron üsulla binaların layihələrinə, buradakı ayrı-ayrı mənzillərin layihələrinə və ölçülərinə baxaraq sifariş edə bilərlər: «Sifariş edilən mənzillər bloklanacaq və onu başqa şəxsə satmaq mümkün olmayacaq. Amma insan həmin mənzildən imtina edirsə, o mənzil yenidən satışa çıxarılacaq» - deyə Samir Nuriyev bildirib. 

Direktor sosial mənzillərin satışı və kirayə verilməsi ilə bağlı 3 illk qadağaya da aydınlıq gətirib. Onun sözlərinə görə, insanlar həmin mənzilləri ucuz qiymətə aldıqdan sonra bazara çıxarsalar bu əmlak bazarına mənfi təsir edə bilər. Buna görə də məhdudiyyətlər var. Yəni 3 il ərzində mənzilləri nə sata. Nə də kirayəyə verə bilər. Mənzillər elə birinci gündən tam mülkiyyətə veriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275