ƏMLAK

Ticarət mərkəzi – ÖZƏLLƏŞDİRİLƏCƏK
18 NOYABR
344

Ticarət mərkəzi – ÖZƏLLƏŞDİRİLƏCƏK

2016-11-18 08:47:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 13-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 18  kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında zavodlar, yanacaqdoldurma məntəqələri, kiçik sexlər, mağazalar, təmir və tikiş sexləri də var.    

Hərraca çıxarılan obyektlərdən biri Sabirabad şəhəri, Nəsimi küçəsi, 4B ünvanındakı  “Muğan” Ticarət Müəssisəsidir. Obyektin yerləşdiyi torpaq sahəsi ilə birgə ilkin satış qiyməti  25 min manat müəyyən olunub. Hərracda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10%-i məbləğində (2 500 manat) beh ödəməlidirlər.

Ticarət Müəssisəsinin ümumi torpaq sahəsi 805.6 kv.metr,faydalı sahəsi isə  249.1 kv.metrdir. 1 mərtəbəli ayrı tikilidən ibarət obyektin debitor borcu yoxdur, 2 548 manat kreditor borcu qalıb.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Sabirabad şəhəri üzrə: 
ünvan: Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 9, əlaqə telefonu: (kod 02123) 5-63-52

Şirvan şəhəri üzrə:
ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 14, əlaqə telefonu: (kod 02121) 5-27-98

Şəmkir şəhəri üzrə:
ünvan: Şəmkir şəhəri, S.Vurğun küçəsi, 162 əlaqə telefonu: (kod 02230) 5-33-71

Goranboy şəhəri üzrə:
ünvan: Goranboy şəhəri, İlham İsmayılov küçəsi 31, əlaqə telefonu: (kod 02224) 5-21-67

Zaqatala şəhəri üzrə:
ünvan: Zaqatala şəhəri, Nizami Gəncəvi küçəsi, 9, əlaqə telefonu: (kod 02422), 5-22-52, 5-39-70

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275