ƏMLAK

Komitə sədri vətəndaşları qəbul edəcək
17 NOYABR
60

Komitə sədri vətəndaşları qəbul edəcək

2016-11-17 13:56:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov 25 noyabr 2016-cı il tarixində Ağdaş rayonunda vətəndaş qəbulu keçirəcəkdir. Qəbulda yalnız Ağdaş, Yevlax rayonları və Mingəçevir şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Ağdaş rayonunda yerləşən Heydər Əliyev Mərkəzində  keçiriləcəkdir.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi idarəsi:

(02233) 6-70-09 (02023) 5-41-71

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275