ƏMLAK

Sosial evlər üçün 3 illik qadağa – YENİ QAYDALAR
17 NOYABR
3823

Sosial evlər üçün 3 illik qadağa – YENİ QAYDALAR

2016-11-17 09:51:00

Azərbaycanda əhaliyə sosial mənzillərin satışı zamanı ilkin ödəniş cəmi 10% təşkil edəcək. Həmin mənzilləri 3 il müddətinə satmaq, girov qoymaq, icarəyə və kirayəyə vermək isə qadağan ediləcək. Fins.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyevin noyabrın 16-da imzaladığı fərmanla təsdiqlənmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştli satışı qaydasında nəzərdə tutulub.

Fərmana əsasən yaradılacaq «Güzəştli mənzil» sistemində digər məsələlərlə yanaşı, mənzilləri güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxslərin Cəmiyyət tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatı aparılacaq.

Fərmana əsasən hər il dövlət büdcəsindən güzəştli sosial ipoteka kreditləri üçün İpoteka Fonduna ayrılan vəsaitlərin bir hissəsi də məhz sosial evlərin alınmasına yönəldiləcək. Başqa sözlə, fərmandan məlum olur ki, sosial ipoteka kreditləri ilə bu mənzilləri almaq mümkün olacaq.

3 il müddətində qadağa

Fərmana görə, güzəştlə satılan sosial mənzillər 3 il ərzində başqasına satıla, girov qoyula, icarəyə və kirayəyə verilə bilməz. 

Mənzillər bazar qiymətindən aşağı satılacaq

Qaydalara görə, sosial mənzillər güzəştli qiymətlə satılacaq. Güzəştli qiyməti, yəni mənzilin satış qiymətini cəmiyyətin təklifləri əsasında onun Müşahidə Şurası mənzilin orta bazar qiymətindən aşağı müəyyən edir.

Mənzilli 3 üsulla satılacaq

«MİDA» Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştli satışı qaydasına görə, sosial mənzillər 3 üsulla satılacaq. 1) ipoteka krediti hesabına, 2) ərizəçinin öz vəsaiti hesabına, 3) digər kreditlər hesabına.

Mənzillər mətbəx mebeli ilə veriləcək

Qaydalara görə, mənzillər tam təmirli və mətbəx mebeli ilə təmin olunmuş qaydada veriləcək.

Sosial evlər bünövrədən satılacaq

Sosial evlərin satışa çıxarılması üçün onların tikintisinin başa çatması tələb olunmayacaq. Belə ki, əqaydalara görə, layihə üzrə tikinti işlərinin 30 (otuz) və daha çox faizi yerinə yetirildikdə mənzillərin satışa çıxarılması barədə elan verilə bilər.

Qaydalara əsasən, tikinti mərhələsində cəmiyyət banklara aşağıdakı təminatları verə bilər.

1) binanın tikilib başa çatdırılması üzrə cəmiyyətin öhdəliklərinin təminatı kimi, evin 12 aylıq ödənişi həcmində məbləğ həmin bankda depozit kimi saxlanacaq.

2) tikintisi başa çatmayan mənzilə hər hansı səbəbdənsə tutma yönəldikdə və ev hərraca qoyulduqda, satılmasa. Ya da ucuz satılsa, həmin evi cəmiyyət özü alacaq.

Qabaqcadan qeydiyyat

Bununla yanaşı, satışa çıxarılan mənzillər, yəni hələ tikintisi başa çatmasa da, dövlət qeydiyyatından keçiriləcək. Qeyd edək ki, ölkə qanunvericiliyi tikintisi tamamlanmayan tikililərin də qabaqcadan qeydiyyatına imkan verir (bu, Mülki Məcəllədə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda nəzərdə tutulub). Bu mənzillər də qabaqcadan qeydiyyata alınıb onlara «çıxarış» (kupça) veriləcək. Nəticədə onların satış prosesləri (alqı-satqı, girov qoyma və s) üçün müqavilələr bağlanac biləcək. Eləcə də qaydaya görə, sosial evlərin dövlət qeydiyyatı ilə bağlı xərclər dövlət büdcəsindən ödəniləcək.

Mənzillərin satışı prosesi

Sosial evlərin satışı ilə bağlı elan satışın başlanmasına azı 30 gün qalmış verilməlidir. Bununla bağlı verilən müraciətlərə 5 gün ərzində baxılacaq, bu müddət zəruri hallarda daha 10 gün artırıla bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275