ƏMLAK

Polis, müəllim və hərbiçilər ucuz qiymətə mənzil alacaqlar
17 NOYABR
796

Polis, müəllim və hərbiçilər ucuz qiymətə mənzil alacaqlar

2016-11-17 09:05:00

Sosial mənzillərdə ilkin ödəniş 10% oldu

Mənzil İnşaatı Dövlət Agentliyinin “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası təsdiq edilib.

 “MİDA” MMC-nin mənzilləri Qaydalarda qeyd olunur ki, “MİDA” MMC mənzilləri “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən güzəştli ipoteka krediti və ya nağd qayda ilə satacaqdır. Güzəştlə mənzil almaq üçün ASC-nin agent bankdan ipoteka krediti alınacaqdır.

BAZAR QİYMƏTİNDƏN AŞAĞI QİYMƏTƏ SATILACAQ

Qaydada bildirilir ki, mənzil güzəştli qiymətlə ipoteka krediti hesabına və ya ərizəçinin öz vəsaiti, yaxud kredit təşkilatından cəlb etdiyi kredit hesabına əldə edilir.  Güzəştli qiyməti (mənzilin satış qiymətini) “MİDA” MMC-nin təklifləri əsasında onun Müşahidə Şurası mənzilin orta bazar qiymətindən aşağı müəyyən edəcəkdir.

TƏMİRLİ VƏ MƏTBƏXT MEBELİ İLƏ SATILACAQ

Qaydalarda qeyd olunur ki, mMənzil tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil verilir.

Mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizini təşkil etməlidir (kreditin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla).

Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər açağıdakılardır:

- Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

1. şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

3. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

4. ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

5. ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

7. idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

elmlər doktoru elmi dərəcəsi olan şəxs;

– ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;

ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

– ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

ELAN VERİLƏCƏK

Qaydaya uyğun olaraq, yalnız layihə üzrə tikinti işlərinin 30 (otuz) və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan veriləcəkdir. Mənzillərin satışının başlanması ilə əlaqədar kütləvi informasiya vasitələrində, cəmiyyətin internet saytında, “Elektron hökumət” portalında və “AİF” ASC-nin internet  saytında yerləşdiriləcəkdir.

SIRA NÖMRƏSİ VERİLƏCƏK

Mənzilin güzəştlə əldə edilməsi üçün  Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər “MİDA”ya müraciət etməlidirlər.  Mənzilin güzəştlə əldə edilməsi üçün müraciət elektron qaydada “Elektron hökumət” portalında olan “Güzəştli mənzil” elektron sistemi vasitəsilə ediləcəkdir. Müraciətlər real vaxt rejimində “Güzəştli mənzil” elektron sistemində qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir. Müraciətə onun qeydiyyata alındığı gündən 5  iş günü ərzində baxılır. Əlavə araşdırmanın aparılması tələb olunduğu hallarda, müraciət edən şəxsə bu barədə məlumat verilməklə, həmin müddət 10  iş günü artırıla bilər. Müraciət etmiş şəxsin güzəştli  kateqoriyaya aid olması müəyyən edildikdə, cəmiyyət həmin şəxsin sistemdə qeydiyyata alınaraq, müraciətin qeydiyyataalınma nömrəsinə uyğun olaraq ona elektron kabinet verilməsi barədə qərar, həmin kateqoriyaya aid olmadığı müəyyən edildikdə isə elektron kabinet verilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edir.

“Güzəştli mənzil” sistemində qeydiyyata alınmış şəxs, barəsində elan verilmiş mənzili həmin sistemdə seçə bilər.

Müraciət edən şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır. Mənzilin seçilməsi və seçilmiş mənzilə məhdudiyyət qoyulması ilə bağlı müraciətedənin elektron kabinetində sistem vasitəsilə dərhal məlumat yerləşdirilir.

Binada mənzillərin güzəştlə satışı müddəti başa çatdıqdan sonra  və ərizəçinin seçdiyi mənzili onun əldə etməsinin mümkün olub-olmaması məsələsinə baxılır. Əgər müsbət qərar qəbul olunursa, agent banka müraciət edilir. Agent bank müraciət edən şəxsə ipoteka krediti ayırarsa o mənzilə sahib ola biləcəkdir.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272