ƏMLAK

Sosial evlərin aylıq ödənişi 200 manatdan az olacaq – EKSPERT
17 NOYABR
1022

Sosial evlərin aylıq ödənişi 200 manatdan az olacaq – EKSPERT

2016-11-17 09:03:00

Sosial evlərin satılması zamanı 3 otaqlı mənzil üçün aylıq ödənişin 300 manatdan az olmasına çalışılır. Fins.az xəbər verir ki, bu barədə  iqtisadçı Vüqar Bayramov məlumat verib.

Bildirib ki,  2 və 1 otaqlı mənzillər üçün aylıq ödəniş müvafiq olaraq aşağı olacaq və aylıq ödənişin 200 manatdan az olacağı gözlənilir. 

"İlk il 2 min mənzil istifadəyə veriləcək, daha sonra isə hər il 3 min mənzilin vətəndaşlara təklif olunması hədəflənir". 

İqtisadçı qeyd edib ki, güzəştli mənzillər ümumi illik mənzil tələbatının 10 faizini təşkil edəcək. Mənzillərin sahəsi ekonom olacaq. 3 otaqlı mənzillərin sahəsi təxminən 70 kv. metr, 2 otaqlılar isə 45 kv. metr olacağı gözlənilir. 

Bütövlükdə, yeni sistem mənzili olmayan amma güzəştli şərtlər ilə aylıq ödəniş etmək imkanı olanları ev sahibi edə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275