ƏMLAK

Balıq zavodu – HƏRRACA ÇIXARILDI
17 NOYABR
448

Balıq zavodu – HƏRRACA ÇIXARILDI

2016-11-17 08:41:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 13-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 18  kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında kiçik sexlər, mağazalar, təmir və tikiş sexləri, yanacaqdoldurma  məntəqələri, ticarət müəssisəsi də var.   

Hərraca çıxarılan obyektlərdən biri də Şəmkir Balıq Zavodudur. Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən zavodun vətəkəsi  Sarıtəpə  kəndinin  ərazisindədir. Müəssisənin hər iki məkandakı ümumi torpaq sahəsi 14  493 kv.metrdir. Bunun 9 900 kv.metri Sarıtəpə kəndindəki vətəkənin  payına düşür.

Şəmkir Balıq Zavodu ətrafındakı 4 593 kv .metr torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. Müəssisənin ilkin satış qiyməti 90 500 manat müəyyən edilib. Hərra cda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10%-i məbləğində (9 050 manat) beh ödəməlidirlər. 

1 mərtəbəli ayrı tikililərdən ibarət olan zavodun indiyədək cəmi 1 nəfər işçisi var. Heç bir debitor və ya kreditor borcu yoxdur.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki,  hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Sabirabad şəhəri üzrə: 
ünvan: Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 9, əlaqə telefonu: (kod 02123) 5-63-52

Şirvan şəhəri üzrə:
ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 14, əlaqə telefonu: (kod 02121) 5-27-98

Şəmkir şəhəri üzrə:
ünvan: Şəmkir şəhəri, S.Vurğun küçəsi, 162 əlaqə telefonu: (kod 02230) 5-33-71

Goranboy şəhəri üzrə:
ünvan: Goranboy şəhəri, İlham İsmayılov küçəsi 31, əlaqə telefonu: (kod 02224) 5-21-67

Zaqatala şəhəri üzrə:
ünvan: Zaqatala şəhəri, Nizami Gəncəvi küçəsi, 9, əlaqə telefonu: (kod 02422), 5-22-52, 5-39-70

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272