Noyabrın 15-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbəti hesabat-seçki konfransı olub. Fins.az-ın məlumatına görə, 19 nəfərdən ibarət yeni İdarə Heyətinə və MNTK-ya seçkilər keçirilib. Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı və "Koneko Group" LTD-nin direktoru Vüqar Orucun sədrliyə namizədliyi irəli sürülüb. Əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı səs çoxluğu ilə AQC-nin növbəti 3 il üçün İdarə Heyətinin sədri seçilib. Tanınmış əmlak eksperti "MBA Qrup" MMC şirkətinin rəhbəri Nüsrət İbrahimov və qurumun İdarə Heyətinin əvvəlki sədri İradə Şükürova sədr müavinləri seçiliblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır