ƏMLAK

1 hektar torpağı olan obyekt – HƏRRACA ÇIXARILDI
15 NOYABR
476

1 hektar torpağı olan obyekt – HƏRRACA ÇIXARILDI

2016-11-15 08:37:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 6-da növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 14  kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında əmlak kompleksi, qeyri-yaşayış sahələri, kiçik sexlər, mağazalar, təmir və tikiş sexləri, yanacaqdoldurma  məntəqələri də var.   

Hərraca çıxarılan obyektlərdən biri də Yevlax şəhəri, Şadlinski küçəsi, 37 ünvanındakı 26 saylı Səyyar Mexanikləşdirilmiş Dəstədir. Müəssisə və onun yerləşdiyi torpaq sahəsinin

hərraca çıxarılan ümumi ilkin satış qiyməti 53 min manat müəyyən edilib. Hərra cda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10%-i məbləğində beh ödəməlidir.

Qeyd edək ki,  səyyar mexanikləşdirmə dəstəsinin  ümumi torpaq sahəsi 10 000 kv.metrdir və hamısı özəlləşdiriləcək. Tikilinin ümumi faydalı sahəsi isə 50 kv.metrdir. 1 mərtəbəli ayrı tikilidən ibarətdir.

Obyektin heç bir debitor borcu yoxdur, 1600 manat kreditor borcu qalıb.  

Xatırladaq ki, hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki,  hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Saatlı şəhəri üzrə:
ünvan: Saatlı şəhəri, Heydər Əliyev prospekti 133, əlaqə telefonu: (kod 02128) 5-46-58

Mingəçevir şəhəri üzrə: 
ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 26/11, əlaqə telefonu: (kod 02427) 4-45-00, 4-39-00

Hacıqabul şəhəri üzrə:
ünvan: Hacıqabul şəhəri, Heydər Əliyev prospekti 15, əlaqə telefonu: (kod 02120) 4-41-07

Yevlax şəhəri üzrə:
ünvan: Yevlax şəhəri, Q.Quliyev küçəsi 8A, əlaqə telefonu: (kod 022336) 6-45-62

Ucar şəhəri üzrə: 
ünvan: Ucar şəhəri, Heydər Əliyev küçəsi 28, əlaqə telefonu: (kod 02021) 3-01-13, 3-36-77

Sabirabad şəhəri üzrə: 
ünvan: Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 9, əlaqə telefonu: (kod 02123) 5-63-52

Cəlilabad şəhəri üzrə:
ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 151 əlaqə telefonu: (kod 02524) 5-50-03

Balakən şəhəri üzrə:
ünvan: Balakən şəhəri, Heydər Əliyev prospekti, 70 (Balakən şəhəri İcra Hakimiyyətinin binası) əlaqə telefonu: (kod 02429) 5-10-56

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274