ƏMLAK

Avtomobil hərracı keçiriləcək – QİYMƏT 2000 MANATDAN BAŞLAYIB
14 NOYABR
754

Avtomobil hərracı keçiriləcək – QİYMƏT 2000 MANATDAN BAŞLAYIB

2016-11-14 14:42:00

Xəbər veridiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 29-da növbəti əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata görə, həmin gün özəlləşməyə açılan səhmdar  cəmiyyətləri və kiçik müəssisələrlə yanaşı dövlətə məxsus  15 avtomobil də satışa çıxarılacaq. 

Onların ilkin satış qiyməti 1200 manatdan başlayır. Siyahıda 10 min, 16 min manata satılan maşınlar da var. Onlardan 2-si qəzalı vəziyyətdədir. 

Hərraca çıxarılan avtomobillərin istehsal tarixlər də fərqlidir. Məsələn, siyahıda ən köhnə maşın 1988-ci ilə aiddir. “ZİL-431410” markalı həmin maşın  xüsusi labarotoriyadır.

Qəzalı  vəziyyətdə olan “Mercedes Benz E 300” markalı maşının ilkin satış qiyməti  isə 16  min manat müəyyən edilib.

Hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin maşınların ilkin satış qiymətinin 10%-i məbləğində          beh ödəməlidirlər. 

Qeyd edək ki, avtomabillər üçün sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq:

Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275