ƏMLAK

"RecExpo II" sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib
14 NOYABR
137

"RecExpo II" sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

2016-11-14 12:02:00
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ,”Elan Expo” və “Atıcılık Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə 22-24 noyabr tarixlərində Bakı Expo Mərkəzində baş tutacaq"RecExpo II"  –Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə həsr edilmiş  2-ci mətbuat konfransı keçirilib. Konfransda Komitənin rəsmiləri ,sərginin təşkilatçıları, media  və ictimai təşkilatların nümayəndələri iştirak edib.
Mətbuat konfransı zamanı  Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov qeyd edib ki, sərgi daşınmaz əmlak və investisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün əhəmiyyətli platformadır.
"RecExpo II", Daşınmaz Əmlak və İnvestisiya Sərgisi, mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir. Eyni zamanda, özəlləşdirilmiş müəssisələrə investisiya yatırımları sayəsində onların fəaliyyətini tam potensialı ilə bərpa etməsi və gələcəkdə yeni iş yerlərinin yaradılmasına nail olunmasıdır. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
 
Sərgidə 9 müxtəlif ölkədən nümayəndələr iştirak edəcək. Sərgi çərçivəsində 23 noyabrda “Daşınmaz əmlak sektorunda investisiyalar” mövzusunda böyük konfransın keçirilməsi də nəzərdə tutulub. Həmçinin sərgi  iri investorların tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələrinin son istehsalçılar və dövlət nümayəndələri ilə görüşlərini təmin edəcəkdir.  Qeyd edək ki, sərgiyə giriş pulsuzdur və mütəmadi olaraq N.Nərimanov metrosundan sərgiyə pulsuz avtobuslar yola düşəcək. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272