ƏMLAK

Tikintiyə icazə yeni qaydalarla veriləcək
11 NOYABR
648

Tikintiyə icazə yeni qaydalarla veriləcək

2016-11-11 18:04:00

Azərbaycanda tikintiyə icazə yeni qaydalarla veriləcək. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin 85-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, tikintiyə icazə verilməsində yaşıllıqların mühafizəsi ilə bağlı yeni tələb müəyyən edilir. Yeni tələbdə yaşıllıqların mühafizəsi məcburi xarakter daşıyır.

Yeni qaydaya əsasən, tikintiyə icazə alan zaman tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır və tikinti layihələrinin icrasında götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar da tikinti layihəsinə daxil edilməlidir.

Məcəllənin qüvvədə olan həmin maddəsində isə bu tələb nəzərdə tutulmur. Belə ki, həmin maddəyə əsasən, tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və yaşıllıqların mühafizəsi nəzərdə tutulduqda, həmin ağaclar, kollar və yaşıllıqlar tikinti işləri zamanı müvafiq tədbirlər vasitəsilə qorunmalıdır.

Digər dəyişikiyə əsasən isə, tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazilərdəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks olunmalı, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272