ƏMLAK

Bakı sakinləri nə qədər kirayə pulu ödəyir?
10 NOYABR
6545

Bakı sakinləri nə qədər kirayə pulu ödəyir?

2016-11-10 14:13:00

Bakı əhalisinin 86 %-i öz şəxsi mənzilində yaşayır. Fins.az-ın məlumatına görə, bu barədə «ACT Azərbaycan» şirkətinin 11-14 sentyabr tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrində bildirilir. 

Sorğuda iştirak etmiş respondentlərin 8 %-i kirayədə yaşadığını, 3% isə dost-tanış evində sığınacaq tapdığını  bildirir. Sorğuda iştirak edənlərin daha 3%-i ipoteka krediti ilə aldıqları evdə yaşadığını bildirib. 

Kirayə mənzildə yaşayan respondentlərin 59 %-i aylıq əsasən 200-400 AZN ödəniş edir. 31 % respondentin kirayə haqqı üçün ayırdığı vəsait 200 AZN-ə qədərdir. 400-600 AZN arası kirayə haqqı ödəyənlər sorğuda 2 % təşkil edib. 

Sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275