ƏMLAK

Bakıda poliklinika – ÖZƏLLƏŞDİRİLƏCƏK
10 NOYABR
356

Bakıda poliklinika – ÖZƏLLƏŞDİRİLƏCƏK

2016-11-10 09:00:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 6-da növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 14 kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında əmlak kompleksi, tikiş fabriki, sənaye müəssisəsi, qeyri-yaşayış sahələri, kiçik sexlər, yeməkxana, təmir sexləri, yanacaqdoldurma  məntəqəsi də var.  

Hərraca çıxarılan obyektlərin sırasında  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Saray (K.İsmayılov) küçəsi, 9 ünvanında yerləşən  9 saylı Stomatoloji poliklinika da var. Tibb müəssisəsinin  yerləşdiyi torpaq sahəsi ilə birgə hərraca çıxarılan ümumi ilkin satış qiyməti  717 500 manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10%  məbləğində beh ödəməlidirlər.

Stomotoloji klinikanın 1 842 kv.metr torpaq sahəsi var. Bunun   1 488,4  kv.metri özəlləşdiriləcək. Obyektin faydalı sahəsi isə 488.6 kv.metrdir. İndiyədək poliklinikada 24 nəfər işçisi var. Heç bir debitor borcu yoxdur, 4 488 manat  kreditor borcu, 21 manat icarə haqqı borcu qalıb.

Qeyd edək ki, poliklinika indiyədək Səhiyyə Nazirliyinin balansındadadır. 

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Qeyd: Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Saatlı şəhəri üzrə:
ünvan: Saatlı şəhəri, Heydər Əliyev prospekti 133, əlaqə telefonu: (kod 02128) 5-46-58

Mingəçevir şəhəri üzrə: 
ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 26/11, əlaqə telefonu: (kod 02427) 4-45-00, 4-39-00

Hacıqabul şəhəri üzrə:
ünvan: Hacıqabul şəhəri, Heydər Əliyev prospekti 15, əlaqə telefonu: (kod 02120) 4-41-07

Yevlax şəhəri üzrə:
ünvan: Yevlax şəhəri, Q.Quliyev küçəsi 8A, əlaqə telefonu: (kod 022336) 6-45-62

Ucar şəhəri üzrə: 
ünvan: Ucar şəhəri, Heydər Əliyev küçəsi 28, əlaqə telefonu: (kod 02021) 3-01-13, 3-36-77

Sabirabad şəhəri üzrə: 
ünvan: Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 9, əlaqə telefonu: (kod 02123) 5-63-52

Cəlilabad şəhəri üzrə:
ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 151 əlaqə telefonu: (kod 02524) 5-50-03

Balakən şəhəri üzrə:
ünvan: Balakən şəhəri, Heydər Əliyev prospekti, 70 (Balakən şəhəri İcra Hakimiyyətinin binası) əlaqə telefonu: (kod 02429) 5-10-56

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275