ƏMLAK

“Laçın” restoranı satılacaq – ƏMLAK HƏRRACI
10 NOYABR
211

“Laçın” restoranı satılacaq – ƏMLAK HƏRRACI

2016-11-10 08:44:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın  29-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 35 kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında kafe və restoranlar, dükanlar, qeyri-yaşayış sahələri, kiçik sexlər, mağazalar, təmir sexləri, yanacaqdoldurma  məntəqələri də var.  

Hərraca çıxarılan obyektlərdən biri də Sumqayıt şəhəri, Bağlar massivi, Dəniz kənarı, Sahil küçəsində yerləşən “Laçın” restoranıdır.

Restoran yerləşdiyi torpaq sahəsi ilə birgə hərraca çıxarılıb və ilkin satış qiyməti  386 min  manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.

1 mərtəbəli ayrıca tikilidə yerləşən obyektin ümumi torpaq sahəsi 2 440 kv.metr, faydalı sahəsi isə 442.5 kv.metrdir. İndiyəcən cəmi 1 nəfər işçisi var. Debitor borcu yoxdur, 4 351 manat kreditor borcu qalıb.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Qeyd: Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Abşeron rayonu üzrə:
ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 315 əlaqə telefonu: 349-21-83

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Saatlı şəhəri üzrə:
ünvan: Saatlı şəhəri, Heydər Əliyev prospekti 133, əlaqə telefonu: (kod 02128) 5-46-58

Mingəçevir şəhəri üzrə: 
ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 26/11, əlaqə telefonu: (kod 02427) 4-45-00, 4-39-00

Salyan şəhəri üzrə: 
ünvan: Salyan şəhəri, Heydər Əliyev küçəsi 107, əlaqə telefonu: (kod 02125) 5-04-57, 5-05-16

Göyçay şəhəri üzrə: 
ünvan: Göyçay şəhəri, Əli Kərim küçəsi 76, əlaqə telefonu: (kod 02027) 5-36-37

Kürdəmir şəhəri üzrə:
ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 41 telefonu: (kod 2025) 5-55-39

Ucar şəhəri üzrə: 
ünvan: Ucar şəhəri, Heydər Əliyev küçəsi 28, əlaqə telefonu: (kod 02021) 3-01-13, 3-36-77

Tovuz şəhəri üzrə: 
ünvan: Tovuz şəhəri, M.Şəhriyyar küçəsi 3, əlaqə telefonu: (kod 02231) 5-43-19

İmişli şəhəri üzrə: 
ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi 11, əlaqə telefonu: (kod 02124) 6-35-31, 6-40-29

İsmayıllı şəhəri üzrə:
ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 46, əlaqə telefonu: (kod 02028) 5-64-64

Qobustan şəhəri üzrə:
ünvan: Qobustan şəhəri, Yeni Massiv ərazisi, (DƏDRİX-in 14 saylı ərazi idarəsi), əlaqə telefonu: (kod 02024) 5-29-93

Qəbələ şəhəri üzrə:
ünvan: Qəbələ şəhəri, Z.Əliyeva küçəsi, 6 əlaqə telefonu: (kod 2420) 5-23-00

Şəki şəhəri üzrə:
ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti, 9A, əlaqə telefonu: (kod 02424) 4-26-10, 4-40-36

Quba şəhəri üzrə: 
ünvan: Quba şəhəri, Qasım İsmayılov küçəsi 3, əlaqə telefonu: (kod 02333) 5-31-62

Qusar şəhəri üzrə: 
ünvan: Qusar şəhəri, M.Füzuli küçəsi 21, əlaqə telefonu: (kod 02338) 5-24-87

Masallı şəhəri üzrə: 
ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti 32A, əlaqə telefonu: (kod 022521) 5-32-00

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270