Yeni qüllə 72 möhtəşəm apartament və 189 ayrı otel nömrəsindən ibarətdir. Buradan mükəmməl dizayner layihəsi olan Heydər Əliyev Mərkəzinə, o cümlədən şəhər və Xəzər dənizinə gözəl mənzərə açılır. Qüllənin özü qabaqcıl dizayn elementləri və maksimal rahatlığın vəhdətini təşkil edir.

Trump Organization şirkətinin prezidenti və sədri Donald Trampın sözlərinə görə, Trump International Hotel & Tower Baku Trump Organization şirkətinin dəyişməz keyfiyyət standartı və qlobal inkişafın ən yaxşı layihələrində iştirakımızı təcəssüm etdirir. Açılış baş tutduqda binamızın ziyarətçiləri və sakinləri Bakıda analoqu olmayan möhtəşəm daşınmaz əmlakla yanaşı, dünyada ən yaxşı binalardan birini görmüş olacaqlar.

Tikili 20 min kvadrat metr ərazidə, yol ayırıcında, lakin geniş bağlar, fəvvarələr və parkların əhatəsində yerləşir.

“Biz dünyada lüks sinifli tikinti işlərini həyata keçirən Trump Organization şirkəti ilə əməkdaşlıqdan son dərəcə şadıq. Bu, bizə Bakını ziyarət edən şəxslər və şəhər sakinlərinə yeni üslub nəslini, eksklüzivlik və nüfuzu simvolizə edən dünya dərəcəli apartament və otel təqdim etməyə imkan verir”, – deyə, Garant Holding-in İdarə Heyətinin sədri Anar Məmmədov bildirib.

Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən Mixity Design Ltd şirkəti tərəfindən hazırlanıb, inşaat işlərini isə Garant Holding qrupu həyata keçirib. Sahələri 84-dən 890 kvadrat metrədək dəyişən 70-dən çox apartament uzunmüddətli icarə əsasında təqdim olunacaq. Trump Tower-in su instalyasiyası ilə işlənilmiş ayrıca hərəkət yolu qonaqları və şəhər sakinlərini çox heyrətləndirəcək. Binanın lobbisi üfüqi və şaquli işıqlandırma və teksturalı şüşə elementləri ilə vəhdət təşkil edən sütunlarla işləniləcək. Kompleksin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran yerləşəcək.

Otelin 189 otağından ən kiçiyinin sahəsi 60 kvadrat metr təşkil edəcək. Bu otaqlardan şəhər yaxud dənizə möhtəşəm mənzərə açılacaq. Hər bir nömrənin divarı təbii daş və palıd şponlar ilə işlənəcək. Nömrələrin daxilindəki şüşə fasadlar məkana daha çox genişlik gətirəcək. Otelin iki mərtəbə hündürlüyündə olan lobbisi elə düşünülüb ki, qonaqları təmtəraqla və zərif şəkildə qarşılasın və bu zaman onlara rahatlıq hissi gətirsin. Zalda çoxlu sayda oturaq yerlər və sakit hissələrlə bərabər, incəsənət əsərləri də nümayiş olunacaq. Otelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşəcək. Ümumilikdə Trump Baku müxtəlif növ görüş və tədbirlər üçün 2800 kvadrat metr sahə təqdim edəcək.
Trump Tower-in sakinləri və qonaqları TRUMP Hotel Collection-nın təqdim etdiyi digər eksklüziv servislərdən də yararlana biləcəklər.

Mənbə: Marja