ƏMLAK

Prezident Trampın dəbdəbəli əmlakları – FOTOLAR
10 NOYABR
1467

Prezident Trampın dəbdəbəli əmlakları – FOTOLAR

2016-11-10 00:08:00

Noyabrın 8-də ABŞ-da keçirilən seçkilərdə qalib gələrək ölkənin 45-ci prezidenti olan Donald Tramp hələ nənəsinin başladığı biznesi davam etdirərək bütün dünyada özünə «Əmlak kralı» adı qazanıb. Trampın nənəsi Elizabet Krayt Tramp öz oğlu Fredlə birlikdə daşınmaz əmlak satışı üzrə agentliyi hələ 1923-cü ildə yaratmışdı. Agentlik «Elizabeth Trump & Son» adlanırdı. 

Başqa sözlə, sahibkarlıq istedadı Donald Trampa nənəsindən qalıb. Və prezidentin indiki varidatını görsəydi, nənəsi şübhəsiz ki, onunla fəxr edərdi.
ABŞ-ın 45-ci prezidentinə məxsus olan «The Trump Organization» konqlomeratı daşınmaz əmlaka, investisiyalar, onnun satış və marketinqi, eləcə də əmlak idarəçiliyi ilə məşğuldur. Trampın var-dövlətinin sayı-hesabı bilinmir. Onun çoxsaylı yaşayış binaları, otelləri, kurortları, qolf meydançaları var. Ümumilikdə yeni prezidentə məxsus olan 515 obyekt var ki, onların 264-ü Trampın adını daşıyır.

Trampın varidatının heç də hamısı daşınmaz əmlakdan ibarət deyil. Onun şirkəti əyləncə, mass-media, model biznesi ilə məşğuldur, maliyyə əməliyyatları aparır, geyim əşyaları, mebal və zərgərlik məmulatları buraxır. Bütün bunları nəzərə alanda «The Trump Organization»ın baş vurmadığı sahəni tapmaq çətindir. Fins.az Donald Trampa məxsus olan ən maraqlı tikililəri təqdim edir.

Manhettendəki Tramp qülləsi

Manhettendəki «Trump World» qülləsi, (fotoda mərkəzdə)

Atlantik-Sitidəki «Taj-Mahal» əyləncə mərkəzi

Nyu-Yorkdakı «The Trump» binası

Florida ştatının Palm-Biç şəhərindəki malikanə

Çikaqodakı «Trump International» hoteli

Nyu-Yorkdakı «Wollman Rink» buz meydançası

Las-Veqasdakı «Trump» hoteli

Dubaydakı «Trump World» qolf-klubu

Nyu-Yorkdakı «AXA» maliyyə mərkəzi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275