ƏMLAK

Mebel dükanı 24 min manata satılacaq – ÖZƏLLƏŞDİRMƏ
01 NOYABR
314

Mebel dükanı 24 min manata satılacaq – ÖZƏLLƏŞDİRMƏ

2016-11-01 09:10:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın  22-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 36 kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında kafelər, dükanlar, qeyri-yaşayış sahələri, kiçik sexlər, mağazalar, təmir sexləri, yanacaqdoldurma  məntəqələri də var.  

Hərraca çıxarılan obyektlərdən biri də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, S.Ə.Şirvanı küçəsi, 34 mebel mağazasıdır. 1 mərtəbəli ayrı tikilinin ilkin satış qiyməti  yerləşdiyi torpaq sahəsi ilə birgə 24 min manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər mağazanın dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.

Obyektin ümumi torpaq sahəsi 281.3 kv.metr, faydalı sahəsi isə 194.1 kv.metrdir. Mağazanın debitor borcu yoxdur,  cəmi 169 manat  kreditor borcu qalıb. İndi obyekt İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır.  

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Qeyd: Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Abşeron rayonu üzrə:
ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 315 əlaqə telefonu: 349-21-83

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Xızı şəhəri üzrə: 
ünvan: Xızı şəhəri, Heydər Əliyev prospekti, 15 əlaqə telefonu: (kod 02331) 5-01-48

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Cəlilabad şəhəri üzrə:
ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 151 əlaqə telefonu: (kod 02524) 5-50-03

Oğuz şəhəri üzrə:
ünvan: Oğuz şəhəri, Heydər Əliyev küçəsi, 64 əlaqə telefonu: (kod 2421) 5-26-44

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270