ƏMLAK

İcra hakimiyyətindən bələdiyyələrə qanunsuz torpaq ittihamı
31 OKTYABR
531

İcra hakimiyyətindən bələdiyyələrə qanunsuz torpaq ittihamı

2016-10-31 15:36:00

Səbail Rayon İcra Hakimiyyəti Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində aşkarladığı saxta torpaq  sənədləri Baş Prokururluğa təqdim edib. RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov  fins.az-a bildirib ki, həmin sənədlər Səbail rayon Bələdiyyəsindən verilib. 

“2000-ci  ildən etibarən icra hakimiyyətlərinin torpaq satmaq səlahiyyəti yoxdur. Bu məsələlərlə ancaq bələdiyyələr məşğul olur. Aparılan araşdırmalar zamanı üzə çıxan saxta sənədlər də  ancaq bələdiyyəyə məxsusdur”.

İ.Kərimov prokurorluğun araşdırmasından sonra saxta sənədlərlə torpaq satan şəxslərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.

Onun sözlərinə görə, indi Səbail rayonunun Şıx qəsəbəsi ərazisində və “Dostluq” parkının ərazisində də bu cür araşdırma aparılır: “Hələlik araşdırmalar davam edir. Yekun nəticə əldə edilmədiyi üçün bu barədə açıqlama  verə bilmirik. Araşdırmalar yekunlaşan kimi nəticələr mətbuata açıqlanacaq”.

Xatırladaq ki, Səbail Rayon İcra Hakimiyyəti Badamdar qəsəbəsi ərazisində  6 ha yaxın yeni ərazidə qeyri-qanuni zəbt olunan torpaq sahələri aşkarlayıb və onların dövlətə qaytarılması prossesinə başlanıb. Bir neçə gündə 3,4 ha ərazidəki hasarlar və qanunsuz tikililər sökülərək ərazi təmizlənib.

Araşdırmalar zamanı torpaq sahələrinin bəzi işbazlar və torpaq alverçiləri tərəfindən köhnə tarixlə hazırlanmış saxta sənədlər əsasında rəsmiləşdirilməyə cəhdlər olunduğu müəyyən edilib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270