ƏMLAK

Maşın Meliorasiya Stansiyası 750 min manata satılır – ÖZƏLLƏŞDİRMƏ
26 OKTYABR
261

Maşın Meliorasiya Stansiyası 750 min manata satılır – ÖZƏLLƏŞDİRMƏ

2016-10-26 09:52:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 15-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 11 kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında kafelər, dükan, qeyri-yaşayış sahələri, kiçik sexlər, mağazalar var. 

Hərraca çıxarılan obyektlərdən biri də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi, 8 ünvanındakı Maşın Meliorasiya Stansiyasıdır. Obyektin  yerləşdiyi torpaq sahəsi ilə birgə ilkin satış qiyməti 750 min  manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.

Qeyd edək ki, stansiyanın  ümumi torpaq sahəsi 2 2239.2 kv.metr, faydalı sahəsi isə 566.5 kv.metrdir. Ərazidə 1 və 2 mərtəbəli ayrı tikililər yerləşir. İndiyədək stansiyanın 4 nəfər işçisi var. Heç bir debitor borcu yoxdur, 9 096 manat kreditor borcu qalıb.

Obyekt indi Kənd Təsərrüfatı Nazirliyinin balansındadır.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271